Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

06.10.2026 [22:24]

Körfəzdən Çinə uzanan TD3C marşrutu üzrə böyük xam neft tankerləri üçün ton başına yük daşımaları tarifləri 5 dəfə artıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-İran müharibəsi başlamazdan əvvəlki son ticarət günü olan fevralın 27-də Körfəzdən Çinə gedən çox böyük xam neft tankerləri üçün ton başına yük daşımaları tarifləri 45,42 dollar təşkil edib, sentyabr ayında isə bu rəqəm 229,76 dollar olub. Bu marşrut üzrə daşınma xərcləri müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən 406 faiz və ya 5 dəfə artıb.

Daşıma xərclərinin artması Hörmüz boğazından keçid tələb etməyən marşrutlarda da qiymətlərə təsir edib. Belə ki, Oman körfəzindən Çinə gedən TD34 marşrutunda ton başına yük daşımalarının qiyməti martın 26-da 36,78 dollar olduğu halda, sentyabrda təxminən 3,8 dəfə artaraq 140,02 dollara yüksəlib.

Sentyabr ayının sonuna Hörmüz boğazından keçən TD3C marşrutunda nəqliyyat xərcləri, boğazdan keçid tələb etməyən TD34 marşrutundan təxminən 64 faiz yüksək olub.

Qeyd edək ki, müharibədən əvvəl Hörmüz boğazından keçən neft və neft məhsullarının təxminən 80 faizi Asiyaya daşınırdı.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31