Yeni Azərbaycanın möhtəşəm Zəfər yolu
06.10.2026 [12:10]
Xatirə Əliyeva
Əməkdar jurnalist
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının hər bir qurultayı qəbul olunan mühüm qərarlarla, irəli sürülən təkliflərlə, bu günümüzə və gələcəyimizə xidmət edən çağırışlarla tarixə yazılır. Yarandığı gündən dövlətə və xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP xalqın inamını, etimadını real addımları ilə doğruldur. Partiyanın keçdiyi çətin və şərəfli yola bələdçilik edən VIII qurultayda dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dərin məzmunlu çıxışı Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin geniş təhlili, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yolun, hazırkı dövrün çağırışlarının, yeni mərhələdə qarşıda dayanan vəzifələrin təqdimatı ilə diqqətdədir.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji və ideoloji xəttə əsaslanır. Dahi şəxsiyyətin YAP-a inamının ifadəsi kimi dəyərləndirilən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyamızın keçdiyi bütün mərhələlərdə əsas siyasi prinsip olub. Bu çağırış partiyanın dövlətçilik və cəmiyyət qarşısındakı vəzifələrini müəyyən edir. Hər bir ölkənin inkişafında aparıcı siyasi partiyaların rolunu nəzərə alsaq, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının xalqımızın zəfərlərində payı daha parlaq şəkildə görünür. Cənab İlham Əliyev VIII qurultaydakı çıxışına “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” fikirləri ilə başlaması partiyamızın bu gün cəmiyyətdə yerinin və mövqeyinin, regionda və dünyada qazandığı nüfuzun aydın ifadəsidir. YAP yarandığı gündən ümumxalq etimadının ünvanı kimi tanınıb, tutduğu yola sadiqliyi ilə 34 illik tarixini uğurlu səhifələrlə zənginləşdirib və bundan sonra da zənginləşdirəcək.
Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın müstəqillik tarixinin reallıqlarının öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması üçün zəngin mənbədir. Yaxın zamanlarda Azərbaycanın müstəqilliyinin bərpasının 35 illiyini qeyd edəcəyik. Dövlətimizin başçısı İlham Əliyev tarixi paralellər əsasında Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin geniş təhlilini verdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqın tələbi olduğunu qeyd edən cənab İlham Əliyev bildirdi ki, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açdı. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır.
Azərbaycanın bu çətin günlərində xalq nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcək yeganə şəxsin Ulu Öndər Heydər Əliyevin olduğu qeyd edilmişdi. Yeni Azərbaycan Partisaının yaradılması Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Partiyanın yaradılmasından qısa müddət sonra Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Ulu Öndərin hakimiyyətə qayıdışı, müstəqil dövlət quruculuğu və Onun daim müasirləşən siyasi irsinin davam etdirilməsi tarixi Zəfəri, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdi. Dövlətimizin başçısı İlham Əliyev VIII qurultaydakı çıxışında bu təhlillər əsasında böyük inamla bildirdi ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.
Partiyamız VIII qurultayını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi dövrdə keçirdi. Bu, partiyanın tarixinə qürurverici səhifə kimi yazıldı. Bundan öncə, 2021-ci ilin 5 mart tarixində YAP VII qurultayını tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında keçirmişdir. Partiyanın yaranmasından şanlı Qələbəmizə qədər dövr üçün qarşıya qoyulan bütün vəzifələr yerinə yetirildi.
VII qurultaydan sonra “Biz birlikdə güclüyük!” çağırışı ilə ictimaiyyətə təqdim edilən yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində mühüm addımlar atılıb. Bu birlik, həmrəylik hər bir hədəfin gerçəkləşdirilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb etdi, ədalət zəfər çaldı, 30 illik işğala son qoyuldu, torpaqlarımız separatçılardan təmizləndi, azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı ucaldıldı, genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı, Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində soydaşlarımız mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdırlar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu gününə və gələcəyinə hesablanmış, düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələrə fəth edir. Prezident İlham Əliyev çıxışında Heydər Əliyev siyasətindən geniş bəhs edərək bildirdi ki, bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Hər şey göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir. Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi: “İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik”.
Dövlət başçısı İlham Əliyev yeni mərhələdə qarşıda dayanan vəzifələri, yeni inkişaf strategiyasının əsas istiqamətlərini diqqətə çatdırdı. Hər bir ölkənin inkişafında sabitlik, təhlükəsizlik əsas amillərdən biridir. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Cənab İlham Əliyevin çıxışında bildirdiyi kimi, bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır.
İdeoloji işin gücləndirilməsi əsas çağırışlar sırasında oldu. “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq” ,- söyləyən cənab İlham Əliyev bildirdi ki, ilk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Vəzifələrin çox olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər.
Nəticə etibarilə, mövcud reallıqlar deməyə əsas verir ki, 1992-ci ildən başlanğıcını götürən qələbələrimiz bundan sonra da davamlı olacaq, dünya daim Azərbaycanın timsalında hər dövrün çağırışlarını zamanında və yüksək səviyyədə yerinə yetirən güclü, qüdrətli, sözü imzası qədər dəyərli olan ölkəni görəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Gündəm
06 Oktyabr 12:50
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25

