Azərbaycan nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak edir
02.09.2015 [10:14]
Nyu-Yorkda BMT-nin mənzil qərargahında Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı öz işinə başlayıb.
Builki tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament meyarının artması, qanunverici orqanların işində gender bərabərliyinin təşviqi, yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində parlamentin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Azərbaycanı bu konfransda Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.
Tədbirin açılışında çıxış edən BMT-nin baş katibi Pan Gi Mun BMT-nin sülhyaratma fəaliyyəti, müasir dövrün çağırışları və vəzifələri barədə danışaraq, parlament üzvlərini hər bir insan üçün təhlükəsiz gələcəyin, bərabərhüquqlu cəmiyyətin yaradılması naminə daha böyük əzmlə çalışmağa çağırıb. Davamlı inkişafı təmin edən proqramdan söz açan Beynəlxalq Parlamentlər Birliyinin (Inter-Parliamentary Union) prezidenti Saber Çoudhuri isə qeyd edib ki, 2030-cu ilə qədər yoxsulluğun səviyyəsini olduqca azaltmaq nəzərdə tutulub.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Y.Hamaçek bu ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və ikitərəfli əlaqələrin inkişafını müsbət qiymətləndirib. Azərbaycan-Çexiya əlaqələrindən məmnunluğunu bildirən O.Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu xatırladıb. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğulayıblar.
Parlament Sədrlərinin Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

