Mübariz Qurbanlı: Miqrantların yaranması Avropanın ikili siyasətinin nəticəsidir
22.08.2015 [11:04]
“Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərar bizi bir tərəfdən təəssüfləndirir, bir tərəfdən təəccübləndirir, digər bir tərəfdən isə Avropada siyasi elitanın, siyasi dairələrin ikili standartdan çıxış etdiyini bariz şəkildə nümayiş etdirir. İnsan haqlarından, tolerantlıqdan, bərabərlikdən danışan Avropa siyasətçiləri, ATƏT-in iclaslarında ayrı-ayrı ölkələrdəki hadisələri şişirtməklə məşğul olanlar, Avropa Şurasının tribunasından öz siyasi məqsədləri üçün müxtəlif ölkələrə təzyiq vasitəsi kimi istifadə edənlər indi nə üçün susurlar? Nə üçün ikili yanaşmaya öz münasibətlərini bildirmirlər?”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, qərar qəbul edilməmişdən əvvəl miqrantların yaranma səbəbləri araşdırılmalı idi: “Miqrantların yaranması məhz elə Avropanın, Qərb ölkələrinin apardıqları ikili siyasətin məntiqi nəticəsidir. Yəni zamanında Şimali Afrikadakı, Yaxın Şərqdəki hadisələrə ikili yanaşılmasaydı, müəyyən proseslərə süni müdaxilələr edilməsəydi, müxtəlif ölkələrin daxili işlərinə siyasi məqsəd və maraqlar naminə qarışılmasaydı, indi də bu qədər miqrant yaranmazdı. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, o cümlədən, dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var. 30-a yaxın münaqişə ocağında qanlı savaş gedir. Bu savaşların kökündə iqtisadi bərabərsizlik, Avropanın özü üçün bir çətir düzəldərək qorunmaq üçün başqalarını istismar siyasəti, yeni imperializm siyasəti dayanır”.
Mübariz Qurbanlı, həmçinin, onu da qeyd edib ki, Avropa ölkələrində miqrantların yerləşdirilməsində müsəlmanlara qarşı ayrı-seçkilik edilməsi də elə həmin siyasətin bir hissəsidir: “Bu islamofobiyadır, insan haqlarına qarşı yönəlmiş siyasətdir, dünyanı bölmə siyasətidir, multikulturalizmə, tolerantlığa qarşı yönəlmiş siyasətdir. Bu da əlbəttə ki, insanlarda haqlı olaraq hiddət yaradır. Bütün bunlara son qoymağın bir yolu var. O da dünyada multikultural, tolerant dəyərlərə hörmət etməkdir. Ayrı-ayrı dinlərə görə, ayrı-ayrı konfessiyalara görə yox, dünyada gedən hadisələri real olaraq nəticələrə uyğun şəkildə həll etmək lazımdır. Çox təəssüf ki, Qərb dünyası hələ də orta əsrlərdə olduğu kimi özünün maraqları naminə başqalarını güdaza vermək siyasəti yürüdür”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22

