Türkiyə Ermənistanla sərhədləri açır
14.03.2009 [15:44]
Artıq xeyli müddətdir ki, Türkiyənin Ermənistan siyasətinin dəyişməsi haqqında məlumatlar yayılmaqdadır. İlkin variantda bu tipli məlumatlarda qeyd olunurdu ki, Türkiyə Ermənistanla sərhədlərini açmağa və bu işğalçı ölkə ilə hərtərəfli əməkdaşlıq əlaqələri qurmağa hazırlaşır. Bu məlumatların bizim üçün narahatverici məqamı isə Dağlıq Qarabağla bağlı məsələ idi. Daha doğrusu, ilk olaraq “Azadlıq” radiosunun erməni redaksiyasının yaydığı, daha sonra isə Türkiyə mətbuatının da təsdiqlədiyi informasiyalarda “Türkiyə Ermənistanla sərhədlərini açmağa hazırlaşır və əvvəlki illərdən fərqli olaraq rəsmi Ankara işğalçı erməni ordusunun Dağlıq Qarabağdan çəkilməsini əsas şərt kimi irəli sürmür” bəndi ağırlıq təşkil edirdi.
Yəni, belə məlum olurdu ki, Türkiyənin AKP iqtidarı Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin əsas şərt olması tələbindən imtina edib, yaxud da etməyə hazırlaşır. Lakin başda Baş nazir Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin rəhbər şəxslərinin açıqlamaları Azərbaycanda “Türkiyə heç zaman bunu etməz” qənaətini formalaşdırdı. Azərbaycan vətəndaşları “bu, düşmənlərin iki qardaş dövlətin arasını vurmaq üçün hazırladıqları təxribatdır” sözləri ilə özlərinə təsəlli verməyə çalışdı. Amma, görünür, bu məsələ hələ də qapanmayıb.
Hər halda, dünən Türkiyə mətbuatında yayılan bir xəbər belə deməyə əsas verir. Həmin xəbərdə deyilir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı saziş bu ilin aprelində imzalanacaq. APA-nın Türkiyənin “Star” qəzetinə istinadən yaydığı məlumatda bildirilir ki, sənəddə iki ölkə arasında sərhədlərin açılması, ticari əlaqələrin başlanması və 1915-ci ildə baş verən hadisələrin ortaq tarix komissiyası tərəfindən araşdırılması nəzərdə tutulur. Qəzet iddia edir ki, sazişin mətni aprelin 24-dən əvvəl açıqlanacaq. Bu prosesə paralel olaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları da davam etdirəcək.
Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərt olmadığı göstərilib. Qəzet bildirir ki, rəsmi Ankara və İrəvan arasındakı danışıqlarla bağlı Azərbaycan tərəfə mütəmadi məlumat verilir. Türkiyə Minsk Qrupunun danışıqlarının ən yaxın zamanda müsbət nəticə verəcəyinə ümid edir. ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfəri zamanı xarici işlər naziri Əli Babacanla görüşdə münaqişənin həllini tapacağına ümid etdiyini vurğulayıb.
Onu da bildirmək yerinə düşər ki, dünən ölkəmizin aparıcı politoloqları sözügedən məsələyə öz münasibətlərini bildiriblər. APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib ki, Qarabağ məsələsini Türkiyə heç vaxt Ermənistanla danışıq mövzusu edə bilməz: “Amma həmişə bu barədə yalançı informasiyalar verilib. İndiyə kimi Türkiyə Ermənistanla Qarabağa dair nə danışıb? Heç nə. Türkiyə Ermənistanla danışıqlarda heç vaxt Qarabağ məsələsini qoya bilməz. Türkiyə ayrı, Azərbaycan ayrı, Ermənistan isə ayrı dövlətdir. Onlar Qarabağ məsələsini ortaya qoyan kimi gərək Ermənistanla bütün əlaqələr kəsilsin. Digər tərəfdən, indi məsələnin həlli ilə Minsk Qrupu məşğuldur. Ankara-İrəvan danışıqlarında söhbət Türkiyənin Qarabağ problemini həll etməsindən yox, Türkiyə-Ermənistan əlaqələrinin bərpasından gedir. Bunlar hamısı ikitərəfli əlaqələrə aiddir. Ona görə də bu çərçivəyə Qarabağ məsələsi heç cür daxil edilə bilməz”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar 8 aydır gedir: “AKP-dən Vaşinqtona gedən deputat qrupu da belə bir hadisənin baş verəcəyini bildirmişdi. Sərhədlərin aprel ayında açılması planlaşdırılır. ABŞ da bunu Türkiyədən tələb edir. Amma məsələ sərhədlərin açılması ilə bitməyəcək, diplomatik əlaqələr yaradılması da nəzərdə tutulur”.
Q.Hüseynlinin sözlərinə görə, bunların qarşılığında yalnız Ermənistanın qondarma “soyqırımı” iddiasından imtina etməsi gözlənilir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə daha kəskin münasibət bildirib. Politoloq Türkiyənin kifayət qədər ciddi səhvə yol verdiyini düşünür. Onun sözlərinə görə, Türkiyənin daxilindəki erməni təşkilatları AKP iqtidarına təsir imkanlarına malikdir: “Ermənilər martın 29-u və aprelin 24-dən istifadə edərək çalışırlar ki, məqsədlərini həyata keçirsinlər. Son 5 ildə ermənilərin prioritet məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaq olub və artıq bu məqsədə nail oldular. Ona görə də Qarabağ məsələsi arxa plana keçib. Türkiyənin ziyanına olan bu məsələ Ankaranın regionda apardığı siyasəti də əngəlləyəcək”.
Məsələyə münasibət bildirən Rasim Musabəyov isə, ümumiyyətlə, ermənilərlə türklər arasındakı problemlərin həll olunacağına inanmır: “Hələ ermənilərlə türklər arasında bu məsələnin həll olunub-olunmayacağı böyük sual altındadır. Ona görə ki, aprel ayında qondarma “soyqırımı”la bağlı məsələnin müzakirəsi gözlənilir. Türkiyə böyük dövlətdir, öz maraqları var. Bununla belə, biz hər zaman gözləyirik ki, Türkiyə bu məsələlərdə prinsipial mövqeyini hansısa xırda mənafe üçün qurban verməyəcək”.
Bir sözlə, Rasim Musabəyovun da qeyd etdiyi kimi, biz Türkiyənin prinsipial mövqeyini hansısa xırda mənafe üçün qurban verəcəyini gözləmirik. Yəni, bütün yayılan informasiyalara rəğmən, Türkiyənin bu addımı atmayacağına ümid bəsləyirik. Eyni zamanda, onu da yaxşı bilirik ki, Türkiyənin Ermənistanla sərhədləri açmaq naminə atdığı addımlar hesabına qazanacağı yalnız və yalnız hansısa mərhələdə ermənilərin “soyqırım” iddialarından müvəqqəti olaraq-bəli, həmişəlik deyil, məhz müvəqqəti olaraq-imtina etmələri ola bilər. Yəni, ermənilərin Türkiyəyə qarşı ərazi iddiasından və təzminat davasından birdəfəlik imtina edəcəklərini düşünənlər ya, sadəcə, kifayət qədər sadəlövhdürlər, ya da onlar özləri bilmədən belə erməni oyununun içində yer alıblar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

