/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak edib
13.05.2015 [10:41]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra mayın 10-da - Ulu öndərin anadan olmasının 92-ci ildönümü günündə istifadəyə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin açılışında iştirak ediblər.
Məlumat verilib ki, 1930-cu ildə tikilən bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə təmir işləri aparılıb. Ötən ilin oktyabrında isə Fondun dəstəyi ilə binada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Körpələr evinin binası tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb.
Azərbaycanın birinci xanımı körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış olub. Uşaq tərbiyə müəssisəsi bütün standartlar nəzərə alınmaqla yenidən qurulub, müasir çarpayılar və oyuncaqlarla təmin edilib. Bu evin balaca sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı əyləncə qurğuları da quraşdırılıb.
Birinci xanım Mehriban Əliyeva müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlanıb. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, burada valideyn himayəsindən məhrum olan 3 yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm surətdə tibbi müayinədən keçirilir və hazırda səhhətlərində heç bir problem yoxdur.
Heydər Əliyev Fondunun prezidenti körpələr evində ərzaq təminatı məsələsinə də toxunub, uşaqların vaxtında və sağlam qidalanmalarının vacibliyini vurğulayıb.
Körpələr evində yaradılan şəraitdən məmnun qalan və kollektivə uğurlar arzulayan Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

