Ermənipərəst “xor kapellası” ölkəmizə qarşı şər kampaniyasını davam etdirir
09.05.2015 [12:17]
İlk Avropa Oyunlarına qalan vaxt azaldıqca erməni diasporunun və islamofob dairələrin təlimat və maliyyə dəstəyi ilə fəaliyyət göstərən təzyiq qrupları daha da fəallaşırlar
Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın gücünün və xoş məramının təsdiqidir. Ölkəmiz Oyunlara çox yüksək səviyyədə hazırlaşmaqla malik olduğu dəyərləri bütün dünya ilə paylaşmaq, yarışları dövlətlər və xalqlar arasında dostluq, həmrəylik bayramına çevirmək əzmi nümayiş etdirir. Bütövlükdə Avropa idman ailəsinin yüksək etimadı, Oyunlara qatılacaq ölkələrdən gələn müsbət rəylər Azərbaycanın təşəbbüslərinin və qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə verdiyi dəyərli töhfələrin adekvat qarşılandığını təsdiqləyir. Bunlar ölkəmiz üçün qürurverici məqamlardır.
Lakin Azərbaycanın xoş məramına və Avropa idman ailəsinin Oyunlara hazırlığı yüksək dəyərləndirməsinə rəğmən, xaricdəki bəzi qüvvələr ölkəmizə qarşı yeni “qara piar” təbliğatına başlayıblar. Söhbət erməni lobbisinin, ABŞ-dakı bəzi qüvvələrin və Avropa ölkələrində “lövbər” salan islamofob dairələrin birləşmiş xorunun oxuduğu zəhlətökən mahnılardan gedir. Məqsəd isə belədir: “Qara piar” təbliğatı ilə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək və birinci Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmaq.
Xora NED dirijorluq edir
Sirr deyil ki, bəzi “beynəlxalq” təşkilatlar, əslində, milli dövlətlərə qarşı təzyiq rolunda çıxış edirlər. Biz dəfələrlə “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational” kimi təşkilatların Azərbaycanla bağlı heç bir reallığı əks etdirməyən “hesabatlar” hazırladıqlarının şahidi olmuşuq. Ölkəmizə qarşı tez-tez cəfəng səslənmələrlə gündəmə gələn “beynəlxalq” təşkilatlardan biri də “Demokratiyaya Milli Dəstək Fondu” (National Endowment for Democracy - NED) adını daşıyan qurumdur. NED-in vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülməsi barədə dəfələrlə məlumatlar yayılıb. NED-in ölkəmizlə bağlı açıqlamaları o qədər qərəzli, birtərəflidir ki, adam heç deməyə söz də tapmır. Açıq-aydın hiss olunur ki, Azərbaycan iqtidarının davamlı olaraq milli maraqlardan çıxış etməsi bu qurumu və onun havadarlarını qane etmir.
Bu günlərdə “APA Analitik Mərkəzi”nin dərc etdirdiyi araşdırma yazısında isə NED-lə bağlı yeni faktlar aşkar olunub. APA-nın əldə etdiyi sənədlərdən aydın olur ki, birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı növbəti “qara piar” kampaniyasının dirijoru NED-dir. Azərbaycan əleyhinə təbliğatın moderatoru qismində məhz bu təşkilat müəyyənləşdirilib.
NED isə ona həvalə olunan “vəzifə”nin öhdəsindən can-başla gəlməyə çalışır. Belə ki, bu günlərdə NED-ə bu və ya digər formada bağlılığı olan təşkilatlar vasitəsilə Azərbaycanın, guya, qeyri-demokratik ölkə olduğu, söz və mətbuat azadlığının məhdudlaşdırıldığı, jurnalistlərə və QHT nümayəndələrinin peşə fəaliyyətlərinə görə “həbs edildiyi” və digər məsələlərlə bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya və şantaj xarakterli məlumatlar artan xətt üzrə dövriyyəyə buraxılır.
Azərbaycan əleyhinə yeni layihənİn İlk tədbİrlərİndə yenə də ölkəmİzİn həqİqətlərİ təhrİf olunub
“APA Analitik Mərkəzi”nin araşdırma yazısında o da qeyd olunub ki, NED-in Azərbaycanla bağlı xüsusi layihəsi təsdiq mərhələsindədir və yaxın günlərdə açıqlanması nəzərdə tutulur. Qarşıdakı 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait də ayrılıb. Mayın 7-də NED-in təşkilatçılığı ilə Vaşinqtonda keçirilən “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” tədbiri qurumun ona həvalə olunan layihəyə start verdiyini təsdiqləyir.
Əslində, NED-in təşkilatçılığı ilə keçirilən tədbirdə hər hansı bir yenilik baş verməyib. Necə deyərlər, yenə də köhnə hamam, köhnə tas. Bu dəfə də iştirakçılar Azərbaycanda insan haqlarının pozulmasından, azad mətbuata qarşı repressiv addımların artması ilə bağlı cəfəng fikirlər dilə gətiriblər, ölkəmizdə konkret cinayət əməllərinə görə baş tutan ayrı-ayrı həbslərə məqsədli don geydirilib. Bir sözlə, tədbirdə Azərbaycan cəmiyyətindəki bütün pozitiv məqamların üstündən çalın-çarpaz xətt çəkilib.
Oxşar anlar bu günlərdə Brüsseldə keçirilən tədbirdə də yaşanıb. Belə ki, “CEEBank watch Network”, “Anti-TAP”, “Platform” adlı təşkilatların qatıldıqları tədbirin elə adından onun hansı çirkin məqsədlə keçirildiyi bəlli olur. Təşkilatçılar tədbirin “Cənub qaz dəhlizi: İtaliyadan Azərbaycana qədər enerji təhlükəsizliyi, demokratiya və insan haqlarının pozulması” mövzusunda keçirildiyini bəyan ediblər. Manipulyasiya göz qabağındadır. Azərbaycana qarşı qərəzli mövqedə dayanan qüvvələr “qara piar”ın baş tutması üçün, necə deyərlər, malı-mala qatıblar.
Bu arada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Azadlıq” radiosuna verdiyi müsahibə ilə gündəmə gəlib. Sabiq səfirin bu müsahibəsi “qarğa, məndə qoz var” məsəlini xatırladır. Belə ki, müəyyən şəxsi maraqlarının təmin olunmamasından yana daim Azərbaycana qisasçılıq mövqeyindən münasibət sərgiləyən R.Kozlariç bu dəfə də öz ampluasındadır. Yuxarıda haqqında bəhs olunan araşdırma yazısına münasibət bildirən sabiq səfir yenə də baş verənlərə subyektiv baxış bucağından münasibət ifadə edərək ölkəmizi qınaq obyektinə çevirib.
NED-in, Azərbaycanda iqtisadi maraqları təmin olunmayan sabiqlərin eyni vaxtda fəallaşmaları və tutuquşu kimi eyni şeyləri təkrarlamaları təsadüf sayıla bilməz. Bu, bir daha təsdiqləyir ki, ölkəmizə qarşı fəallaşan qüvvələr eyni mərkəzdən gələn sifarişləri yerinə yetirirlər.
Bəs “sapı özümüzdən olan baltalar”a nə deyəsən?
Məlumdur ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələr öz məkrli planlarını həyata keçirmək üçün sınanmış metoddan - “beşinci kolon” təmsilçilərinin xidmətlərindən bəhrələnirlər. Əsasən, ölkəmizdəki radikal müxalifət düşərgəsində yer alan “sapı özümüzdən olan baltalar” müəyyən şirnikləndirici vədlərin, ələlxüsus da qrantların, ianələrin müqabilində sözügedən dairələrin Azərbaycan əleyhinə layihələrində məmnuniyyətlə yer alırlar. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı yönələn “qara piar”da da “beşinci kolon” təmsilçilərinə böyük “etimad” göstərilib. Azərbaycanın bədxahları ölkəmizə qarşı çirkin niyyətlərini məhz onların yaxından iştirakı ilə həyata keçirmək niyyətindədirlər. Bunu NED-in yuxarıda bəhs etdiyimiz tədbirində “sapı özümüzdən olan baltalar”ın fəal iştirakı bir daha təsdiqləyir. Belə ki, Vaşinqtonda keçirilən tədbirdə Emin Milli və Kənan Əliyev Azərbaycan əleyhinə yönələn məruzələrlə çıxış ediblər. Brüsseldəki tədbiri isə yenə də Emin Milli ilə İdrak Abbasov və Arzu Qeybullayeva “şərəfləndiriblər”. Doğma Vətənə, mənsub olduğu xalqa yadların xəyanət planlarında yer alan “sapı özümüzdən olan baltalar”ın ikrah doğuran əməllərinə qiymət vermək üçün söz tapmaq belə çətindir...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53

