/ / Fəttah Heydərov: Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan dairələr sonra peşman olacaqlar
Fəttah Heydərov: Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan dairələr sonra peşman olacaqlar
25.04.2015 [12:04]
“İlk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr bu Oyunlar keçiriləndən sonra peşman olacaqlar”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, bu dairələrin məqsədi Azərbaycanda gedən bugünkü inkişafın üzərinə kölgə salmaqdır: “Azərbaycanda gedən bugünkü inkişaf, yəni ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan bir dövlətin apardığı ağıllı, məqsədyönlü siyasət, Azərbaycanın nüfuzunun artması, dünya dövlətləri içərisində həm iqtisadi, həm də siyasi cəhətdən nümunəvi ölkəyə çevrilməsi bir çox dairələri narahat edir və onlar bu kampaniyanı guya bizim ölkəmizdə gedən inkişafın qarşısını almaq üçün bir vasitə hesab edirlər”.
O qeyd edib bu dairələr özləri də bilirlər ki, bütün bunlar hamısı yalandır, böhtandır: “Onların heç biri bir şey edə bilməyəcək. Avropa Oyunları Azərbaycanda çox böyük müvəffəqiyyətlə keçiriləcək və bunu qarayaxma ilə məşğul olan dairələr də görüb çox peşman olacaqlar”.
Millət vəkili ilk Avropa Oyunlarının ölkəmizə gətirəcəyi faydalardan da danışıb. F.Heydərov vurğulayıb ki, bu Oyunların Azərbaycanda keçirilməsi dövlətimiz, xalqımız üçün böyük tarixi hadisədir: “Əvvəla, bu, Azərbaycanın beynəlxalq aləmdə, inteqrasiya etdiyimiz Avropada necə böyük önəm daşıdığının bariz nümunəsidir. Bu Oyunlar keçirilən müddətdə bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bütün dünya ölkəmizin nə qədər təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək, Azərbaycanın beynəlxalq aləmdə sözünün kəsəri daha da artacaq. Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlı da, təbii ki, belə bir nəhəng idman yarışının məhz Azərbaycanda keçirilməsindən fərəh, qürur hissi duymalıdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30

