/ / İşğal altındakı ərazilərimizdə maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır
İşğal altındakı ərazilərimizdə maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır
06.03.2015 [10:01]
Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup ilə birgə “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İşçi Qrupun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, müvafiq dövlət qurumlarının əməkdaşları, QHT rəhbərləri, dini konfessiyaların nümayəndələri, alimlər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Mübariz Qurbanlı işğal altında qalan abidələrimizdən danışaraq qeyd edib ki, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətləri, işğal altındakı bütün maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır. Bildirib ki, işğal olunmuş ərazilərimizdə çoxlu sayda həm tarixi, həm də dini abidələrimiz məhv edilib. Onların içərisində məscidlər, kitabxanalar və mədəniyyət ocaqları var. Dağıdılan abidələr içərisində təkcə müsəlman abidələri deyil, eyni zamanda, xristian alban məbədləri də var.
Xanhüseyn Kazımlı konfransda əsas məruzə ilə çıxış edərək bildirib ki, erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqi, habelə onların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən dəyərləndirilməsi zəruridir. Qeyd edib ki, memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub. Ermənilərin bütün bu vandallıqları, Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə dəyən zərər beynəlxalq standartlara uyğun qiymətləndirilməlidir. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bu kimi vəzifələrin həllinə nail olmaq üçün Avrasiya Qiymətləndiricilər Assosiasiyası qarşısında hələ 2014-cü ildə münaqişə, müharibə və tələfatlara görə itkilərin hesablanması üzrə beynəlxalq standartların qəbul edilməsi barədə məsələ qaldırılıb. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı məsələ hələ bir il bundan əvvəl qəbul olunub və qeyd edilən standartın layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə olunub.
Bildirilib ki, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 901, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500, beynəlxalq əhəmiyyətli abidələrin sayı 13, qəbiristanlıqların sayı 900-dür.
Tarix və Mədəniyyət Abidələri üzrə İctimai Birliyin sədri, itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun üzvü Faiq İsmayılov, “Mak Consultancy Baku LTD”nin baş direktoru, itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun üzvü Zamin Hüseynov, “MBA LTD” qiymətləndirmə şirkətinin prezidenti, Sosial-İqtisadi və Ekoloji İnkişaf Birliyinin sədri Rahilə Mehdiyeva çıxış edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirələrin və diskussiyaların aparılmasının, bu barədə cəmiyyətin və beynəlxalq qurumların məlumatlandırılmasının zəruriliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30

