Gənclər Fondunun Müşahidə Şurasının 12-ci iclası keçirilib
18.02.2015 [11:26]
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov iclası açıq elan edərək gündəliyin layihəsini diqqətə çatdırıb. Bildirib ki, iclasda Fondun 2014-cü ildəki fəaliyyətinə dair hesabata rəy verilməsi, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi və digər məsələlərin müzakirə olunması nəzərdə tutulub.
Gündəlik təsdiq edildikdən sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2014-cü ildə gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən il ərzində gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün 2 qrant müsabiqəsi təşkil olunub, ümumilikdə 844 layihə maliyyələşdirilib. Həmin layihələrə 4 milyon 667 min 700 manat vəsait ayrılıb. Maliyyələşdirilmiş layihələr sırasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, region gənclərinin ictimai fəallığının artırılması, ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliği, xüsusi qayğıya ehtiyacı olanların dəstəklənməsi, “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişaf etdirilməsi, gənclərin elmi fəaliyyətinin təşviq olunması, incəsənət sahələri üzrə müsabiqələrin və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi kimi istiqamətlər üstünlük təşkil edib. İl ərzində Fondun fəaliyyətinə maraq artıb, müraciət edənlərin sayı çoxalıb. Belə ki, Fondun rəsmi internet səhifəsində 105 min daxilolma, “Facebook” sosial şəbəkəsində isə 35,5 min istifadəçi qeydə alınıb. Təqdim olunmuş hesabatda 59 gəncin dünyanın müxtəlif ölkələrində keçirilmiş simpozium, konfrans, seminar və digər tədbirlərdə iştirakına maliyyə dəstəyinin verildiyi diqqətə çatdırılıb, Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalarda təbliği baxımından həmin tədbirlərdə gənclərimizin təmsil olunmasının əhəmiyyəti vurğulanıb. Hesabatda Fond tərəfindən maliyyələşdirilmiş layihələrin Azərbaycanın 42 şəhər və rayonunda reallaşdırılması, beynəlxalq tədbirlərdə 29 ölkənin nümayəndələrinin iştirak etməsi və digər məsələlər barədə məlumatlar əks olunub. 2014-cü il ərzində layihələrin icra olunduğu şəhər və rayonlarda Fondun əməkdaşları tərəfindən monitorinqlər keçirilib, aşkar edilən nöqsanlarla bağlı qeydlər aparılıb və resipiyentlərin yekun hesabatları zamanı nəzərə alınıb.
Müşahidə Şurasının üzvləri Fondun 2014-cü ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı fikir və təkliflərini səsləndirib, sənədə müsbət rəy verilməsi ilə bağlı qərar qəbul ediblər.
Təkliflər nəzərə alınmaqla hesabatın təkmilləşdirilməsi tövsiyə olunub.
İclasda qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb, müvafiq işçi qrup tərəfindən hazırlanmış yeni sənəd - “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları” təsdiq edilib.
Daha sonra Müşahidə Şurasının üzvlərindən və Fondun aparatının əməkdaşlarından ibarət tərkibdə yaradılmış işçi qrupun təklifləri dinlənilib, erməni diasporuna qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı araşdırmalarının stimullaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri - təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Fondun aparat rəhbəri Faiq Qürbətov və baş mühasibi Elmar Talıblı iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49

