Şərur rayonunun Kürkənd kəndində kompleks quruculuq işləri aparılıb
18.02.2015 [11:24]
Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da sosial-iqtisadi inkişafı təmin edib, quruculuq işləri geniş vüsət alıb, kənd yaşayış məntəqələrində də şəhər rahatlığı yaradılıb. İstifadəyə verilən yeni sosial obyektlər kəndlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunu da əhatə edib, Kürkənddə yeni sosial obyektlər inşa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, fevralın 16-da Şərur şəhər - Kürkənd avtomobil yolunun açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun yenidən qurulması münasibətilə sakinləri təbrik edib, açılışı bildirən lenti kəsib.
Daha sonra Kürkənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kürkənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və kollektivi təbrik edib: “Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Gənclərimiz də bilməlidirlər ki, onlar bu gələcəyin təminatçısı kimi yetişməlidirlər. Ona görə də hər bir gənc özünü bu gələcəyə hazırlamalı, yaxşı təhsil almalı, vətənpərvər böyüməlidir. Kürkənd tam orta məktəbində yaradılan şərait, pedaqoji kollektivdə bütün fənlər üzrə müəllimlərin fəaliyyət göstərməsi gənclərin yüksək təhsil almasına və onların hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Məktəbin ötən dövrdəki fəaliyyəti, qazandığı uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə tədris düzgün qurulmuşdur. Burada nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır”.
Ali Məclisin sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə də maraqlanıb. Bildirilib ki, 2014-2015-ci tədris ilində Kürkənd tam orta məktəbinin birinci sinfinə 12 şagird qəbul olunub. Sağlam və vətənpərvər gənc nəslin böyüdülməsi müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Məktəbin hərbi kabineti imkan verəcəkdir ki, ilkin hərbi hazırlıq dərsləri səmərəli tədris olunsun. İdman zalında da şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.
Müəllimlərlə görüşən Ali Məclisin sədri deyib ki, məktəbdə müəllim-şagird nisbətinin uyğun olması tədrisin keyfiyyətinə müsbət təsir göstərib, ali məktəblərə qəbul imtahanlarında nailiyyətlər qazanılıb. Lakin kollektiv bu nailiyyətlərlə kifayətlənməməli, kəmiyyətlə bərabər keyfiyyətə də diqqət yetirilməlidir. Bu gün ölkəmizdə təhsilə göstərilən qayğı, yaradılan şərait imkan verir ki, gənclər dünyanın istənilən universitetində ali təhsillərini davam etdirsinlər. Artıq muxtar respublikadan xarici ölkələrdə təhsil alan gənclərin sayı ilbəil artır. Kürkənd tam orta məktəbinin kollektivi də bu imkanlardan səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir.
Sakinlərin rahatlığına və dövlət qurumlarının səmərəli fəaliyyətinə təminat verən növbəti kənd mərkəzi Kürkənddə inşa olunub. Fevralın 16-da kənd mərkəzinin və yeni xidmət mərkəzinin açılışı olub.
* * *
Kürkənddə geniş abadlıq işləri də aparılıb. Belə ki, kəndin rabitə, elektrik və qaz təchizatı yaxşılaşdırılıb, 2980 metr fiber-optik, 8850 metr yerüstü, 1300 metr yeraltı rabitə və 1300 metr qaz xətti çəkilib, 2,5 kilometrlik elektrik xətti yenilənib.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10

