/ / Mingəçevir ərazisində məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir
Mingəçevir ərazisində məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir
07.01.2015 [09:48]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə yanvarın 6-da Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.
AzərTAc xəbər verir ki, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələrinin, eləcə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhərin elektrik enerjisi, təbii qaz, içməli su, istilik sistemi, telekommunikasiya sahələri üzrə idarələrinin rəhbərlərinin, eləcə də “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin atletlər kəndinin və idman xidməti şöbəsinin müdiri Donna Teylerin, Kanoe Atletlər Kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalovun iştirakı ilə əraziyə birgə baxış keçirən Əli Həsənov yeni şəhərcikdə tikinti işlərinin hazırkı vəziyyəti, indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlarını verib.
Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin yayında “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Əli Həsənov “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçirdiklərini bildirib.
Əli Həsənov sözünə davam edərək deyib: “Bu gün biz Mingəçevirə yenidən səfər edərək yeni şəhərcikdə yarışın təşkilatçılarının tələblərinin icra olunması vəziyyətini yoxladıq. Onların dediklərinə görə, hələ ki, ərazidə işlər yaxşı gedir. İdmançıların qalmaları və məşq etmələri üçün lazımi şərait yaradılır. Biz bu binaları mart ayının əvvəlində “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təhvil verəcəyik. Bu gün Mingəçevir şəhərinin bəzi xidmət təşkilatlarının rəhbərlərinə də yarışlar zamanı bu şəhərcikdə yerləşəcək idmançılara hər cür şəraitin yaradılması üçün öz tapşırıqlarımı verdim. Burada qonaqların rahatlığının təmin olunması üçün lazımi işlər görüləcək. Hesab edirəm ki, şəhərcikdə inşaat işləri artıq başa çatdırılıb. Hazırda binaların daxilində təmir işləri sahəsində və ətrafın abadlaşdırılması ilə bağlı son tamamlama işləri görülür.
Bu gün biz “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atletlər kəndinin və idman xidməti şöbəsinin müdiri Donna Teyler və Kanoe Atletlər Kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalov ilə müəyyən məsləhətləşmələr apardıq ki, gələcəkdə heç bir çətinlik olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq inşaatçılar işlərini vaxtında və keyfiyyətlə icra edirlər. Dövlətimizin başçısı İlham Əliyev Mingəçevirə səfəri zamanı bu yeni şəhərciyə də baxış keçirəcək, yaradılan şəraitlə tanış olacaq”.
Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.
Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.
Məlumat verilib ki, ötən ilin mayında ərazidə tikinti işlərinə başlanılıb və hazırda binalarda son tamamlama işləri görülür. Binalarda hörgü işləri başa çatdırılıb, fasad hissəsində suvaq-malyar və rəngləmə işləri yekunlaşıb, elektrik, su-kanalizasiya xətləri çəkilib.
Əli Həsənov inşaat işlərinin sürətləndirilməsi məqsədilə konkret tapşırıqlar verib, işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. O, tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əlavə işçilərin cəlb edilməsi ilə bağlı tapşırıq verib.
Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin, dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
Müşavirədə tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar və kifayət qədər işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53

