Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

03.10.2014 [10:01]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib. Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə İSESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini deyib. Baş direktor Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə də toxunulub.

Paylaş:
Baxılıb: 773 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31