/ / Azərbaycan ilə İsrail arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycan ilə İsrail arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
04.07.2014 [09:58]
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iyulun 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub. Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən danışıb, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin rolunu vurğulayıb.
AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qonağa beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verilib.
Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində görülən işlərdən danışan AzərTAc-ın baş direktoru son illərdə ölkəmizin regionlarında da informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini, əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu bildirən səfir Rafael Harpaz ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rol oynadığını söyləyib.
Zəngin tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını xüsusi vurğulayan səfir bu modelin dünya ölkələri üçün uğurlu örnək olduğunu deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14

