Mübariz Qurbanlı: “Xocalıya ədalət” hücum diplomatiyamızın tərkib hissəsidir
19.02.2014 [09:16]
“Azərbaycan tərəfi Xocalıda baş verənləri soyqırımı aktı kimi dünyaya bəyan edib və indi bizim apardığımız ideoloji-siyasi mübarizədə qarşımızda duran vəzifələrdən biri həmin hadisəni dünya miqyasında soyqırımı aktı kimi tanıtmaq, eyni zamanda bu faciənin törədilməsində günahkar olanların “insanlıq əleyhinə cinayət törədilməsi” müddəası ilə cəzalandırılmasına nail olmaqdır”. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Millət vəkilinin sözlərinə görə, tarixə qısa da olsa nəzər salsaq, ermənilər bu faciəyə qədər də xalqımıza qarşı çox böyük faciələr törədiblər: “Ermənilər Xocalı faciəsinə qədər də çox böyük faciələr törədiblər. Tarixə qısaca ekskursiya etsək görərik ki, 1905-1907, 1918-ci illərdə ermənilər azərbaycanlılara qarşı çox böyük qətliamlar, faciələr törədiblər. Ancaq çox təəssüf ki, sovet dövründə bizim tariximizi özümüzə yaxşı tədris etməyib, faktları gizlədib, erməniçilik ideologiyasını təbliğ ediblər. Ona görə də, biz tarixdə başımıza gələnləri, bizim həqiqi tariximizi heç zaman unutmamalıyıq. Tarixdən ibrət dərsi almağı bacarmalıyıq. Tarixdən alacağımız ən böyük ibrət dərsi odur ki, biz heç zaman xəyanətkar düşmənin hiyləsinə uymamalı, onun şirin dilinə aldanmamalıyıq. Bəzən görürsən ki, Azərbaycanda elə adamlar meydana çıxır ki, onlar torpaqlar qaytarılmadan ermənilərlə hansısa siyasi-iqtisadi əlaqələrin yaradılmasına çağırışlar edirlər. Onlar anlamırlar ki, hiyləgər, öz məqsədlərinə çatmaq naminə hər şeydən keçən bir düşmənlə üz-üzədirlər”.
M.Qurbanlı deyib ki, Xocalı faciəsinin məram və məqsədləri Azərbaycanın gözünü qorxutmaq, dinc əhalini müharibə dövründə ərazidə qalmasının qarşısını almaqdan ibarətdir: “Dünyada çoxsaylı müharibələr olub. Heç bir müharibədə dinc əhali ərazidən çıxarılmayıb. Lakin ermənilər işğal olunmuş torpaqlarda etnik təmizləmə əməliyyatı həyata keçirdirlər. Onlar səhra əməliyyatı həyata keçirərək həm fiziki, həm də maddi təmizləmə həyata keçirdilər. Ermənilər mülkləri viran etmək, dağıtmaqla yanaşı, dinc əhalini də həmin ərazilərdən kütləvi şəkildə çıxarıblar”.
Millət vəkili qeyd edib ki, belə bir düşmənlə üz-üzə olduğumuz vaxtda “Xocalıya ədalət” kampaniyası çox vacib bir kampaniyadır: “Bu, ölkə başçısının hücum diplomatiyasının tərkib hissəsidir. Biz düşmənlə mübarizədə bütün vasitələrdən istifadə etməliyik. Ümumiyyətlə, hazırda biz Ermənistanla müharibə vəziyyətindəyik və bu müharibə bütün sahələrdədir. Biz Ermənistanla iqtisadiyyat, mənəvi-psixoloji, ideoloji cəbhədə, beynəlxalq diplomatiyada, mədəniyyət, idman, incəsənət və digər sahələrdə də üz-üzəyik. Bizim hər hansı bir sahədə əldə etdiyimiz uğur düşmən üzərində qələbə deməkdir. Hətta idman yarışlarında bizim qalib gəlməyimiz Ermənistanda çox böyük məyusluq yaradır. Ermənilərin diplomatik cəbhədə bizimlə üz-üzə dayanması mümkünsüzdür. Ona görə də erməni rəhbərləri danışıqlar zamanı ölkə başçımızın irəli sürdüyü tezislərə cavab verə bilməyəndə müxtəlif vasitələrlə danışıqlardan qaçırlar. Hiyləgərlər işğal etdikləri ərazini ayrıca bir qurum kimi tanıtmağa çalışırlar. Lakin onlar buna nail ola bilmir və bundan sonra da nail ola bilməyəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

