/ / Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt-komitənin dördüncü iclası keçirilib
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt-komitənin dördüncü iclası keçirilib
06.02.2014 [09:25]
Fevralın 3-də Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin dördüncü iclası keçirilib.
Belçikada fəaliyyət göstərən “Eunews” informasiya portalı xəbər verir ki, alt komitədə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı, səfir Fuad İsgəndərov və nümayəndəliyin əməkdaşları təmsil ediblər.
Görüşün birinci hissəsində leqal və qeyri-leqal miqrasiya, həmçinin insan alveri, sığınacaq və sərhəd mühafizəsi məsələləri müzakirə olunub.
Azərbaycanda sərhəd təhlükəsizliyi çərçivəsində biometrik pasportların verilməsi, həmçinin Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi, 2014-cü ilin ikinci yarısında imzalanacaq readmissiya müqaviləsi məsələsinə də toxunulub. Bununla yanaşı, mobillik sahəsində əməkdaşlıq istiqamətində atılan addımlar müzakirə edilib.
Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Azərbaycanın “Şərq Tərəfdaşlığı” ölkələri arasında elektron hökumət, sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa İttifaqı ilə razılaşdırılmış digər elektron alətlərinin dövlət qurumları və vətəndaşlar üçün tətbiq olunması istiqamətində ən böyük addımlar atan ölkə olduğunu vurğulayıb.
Mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, korrupsiya və qeyri-leqal fəaliyyətin digər formaları, terrorizm, həmçinin maliyyə terrorizmi və çirkli pulların yuyulması ilə mübarizə siyasətində aparılan islahatlar, Cinayət Məcəlləsinə bu sahədə edilən dəyişikliklər xüsusi ilə qeyd olunub. Bundan başqa, Azərbaycan nümayəndə heyəti ötən il ərzində aşkarlanmış və zərərləşdirilmiş mütəşəkkil cinayət qruplarının, insan alveri ilə məşğul olan şəxslərin və beynəlxalq miqyaslı cinayət dəstələrinin statistikasını təqdim edib. Aİ nümayəndələri, öz növbələrində, korrupsiya ilə mübarizə sahəsində təcrübələrini paylaşmağa hazır olduqlarını bildiriblər.
Aİ “Şərq Tərəfdaşlığı” ölkələri ilə əlaqələr şöbəsinin başçısı Dirk Şubel Azərbaycanın Aİ üçün terrorizm sahəsində strateji tərəfdaş olduğunu qeyd edib və birgə əməkdaşlığı yüksək qiymətləndirib.
İclasda həmçinin hüququn aliliyi və ədliyyə mövzuları, habelə ədliyyə sahəsində Aİ-Azərbaycan arasında əməkdaşlıq məsələsi də geniş müzakirə olunub. Avropa Komissiyasının ədliyyə üzrə baş direktorluğunun nümayəndəsi ədliyyə sistemində aparılacaq islahatların vacibliyini və bununla bağlı ikitərəfli danışıqların zəruriliyini vurğulayıb.
Avropa İttifaqı nümayəndələri aparılan siyasəti razılıqla qarşılayaraq Azərbaycan nümayəndə heyətinin verdiyi təklifləri nəzərə alacaqlarını bildiriblər.
İclasın ikinci günü, alt komitə Azərbaycan və Avropa İttifaqında insan hüquqları mövzusunda fikir mübadiləsi ilə davam edib. Müzakirələr insan hüquqlarının qorunması üzrə dövlət siyasəti, ədliyyə sahəsində islahatlar, seçkilər və seçki ilə bağlı proseslər, məlumat və ifadə, birləşmək və toplaşmaq azadlığı, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyəti barədə təkliflər səslənib. Bununla yanaşı, Aİ və Azərbaycan beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində insan hüquqları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49

