Nüfuzlu “ər-Riyad” qəzeti Səudiyyə Ərəbistanı – Azərbaycan münasibətləri barədə yazıb
24.12.2025 [21:53]
Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu “ər-Riyad” qəzetinin bugünkü nömrəsində “Səudiyyə Ərəbistanı–Azərbaycan münasibətləri: möhkəm tərəfdaşlıq və suverenliyə ardıcıl dəstək” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizlə Səudiyyə Ərəbistanı arasında formalaşmış əməkdaşlıq əlaqələrinin, diplomatik münasibətlərin tarixinə toxunulur. Qeyd olunur ki, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlər qarşılıqlı hörmət, islam həmrəyliyi və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşmış əməkdaşlıq modelini təcəssüm etdirir. Bildirilir ki, Krallıq bütün dövrlərdə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl və prinsipial şəkildə dəstəkləyib, regional sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş məsuliyyətli xarici siyasət xəttinə sadiq qalıb.
Yazıda vurğulanır ki, bu mövqe iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin dərinliyini əks etdirir. Eyni zamanda, ikitərəfli əlaqələrin son illərdə siyasi və iqtisadi sahələrdə, xüsusilə investisiya, ticarət və enerji istiqamətlərində, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə nəzərəçarpacaq dərəcədə inkişaf etməsi məqalədə öz əksini tapıb.
Yazıda, həmçinin Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlərə də qısaca toxunulur. Qeyd olunur ki, müasir Azərbaycan dövlətinin formalaşması prosesində siyasi rəhbərliyin milli suverenliyin möhkəmləndirilməsi və dövlət institutlarının qurulmasında rolu xüsusi əhəmiyyət daşıyıb. Son illər ərzində Azərbaycan siyasi və sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edərək regional və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Uzun illər davam edən işğaldan sonra ölkənin ərazi bütövlüyünün tam bərpası Azərbaycanın tarixində həlledici mərhələ kimi dəyərləndirilir.
Yazıda 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüşə də toxunulur. Bildirilir ki, həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb, tərəflər qarşılıqlı şəkildə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar. Bu razılaşma Cənubi Qafqaz regionunda sabitliyin, inkişafın və əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır.
Yazıda Azərbaycanın əldə etdiyi nailiyyətlərdə ölkə rəhbərinin danılmaz rolu bir daha vurğulanır. “Bu gün doğum gününü qeyd edən Prezident İlham Əliyevi Azərbaycan xalqı müasir Azərbaycan dövlətinin qurulmasında, suverenliyinin möhkəmləndirilməsində və Cənubi Qafqaz regionunda mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynamış siyasi lider, sülhün memarı və tam suverenlik mərhələsinin lideri kimi görür”, - deyə məqalənin sonunda bildirilir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17

