Vaşinqton Ankaranı bölgədə əsas müttəfiqi hesab edir
22.05.2026 [09:30]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. İki dövlətin liderləri Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Ərdoğan regiondakı münaqişə zonasında atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirib, mübahisəli məsələlərin həllinin mümkünlüyünə inandığını, irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini bildirib.
Tramp: Prezident Ərdoğanla çox yaxşı telefon danışığım oldu
Suriyadakı vəziyyətə toxunan Türkiyə dövlətinin başçısı qonşu ölkədə uzunmüddətli sabitliyin bərqərar olmasını “bütün region üçün əhəmiyyətli qazanc” adlandırıb. Prezident Ərdoğan Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini vurğulayıb. O, Livandakı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün isə tədbirlər görülməli olduğunu əlavə edib. Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara Zirvə Görüşünə hazırlıqların davam etdiyini, Türkiyə olaraq bu tədbirin hər cəhətdən uğurlu keçməsi üçün bütün addımların atıldığını bildirib. O, həmçinin ABŞ Prezidentinə San Dieqoda məscidə edilən silahlı hücumla bağlı başsağlığı verib, Türkiyənin dini ekstremizm əleyhinə mübarizəyə daim hazır olduğunu ifadə edib.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərlə söhbətində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə təəssüratlarını bölüşüb. Türkiyə lideri ilə aralarında yaxşı münasibətlərin qurulduğunu xatırladan Tramp, bu söhbəti “çox yaxşı danışıq” kimi xarakterizə edib. Ağ Evin rəhbəri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bu barədə danışıb: “Prezident Ərdoğanla çox yaxşı telefon danışığım oldu. Bizim çox yaxşı münasibətlərimiz var. Olduqca sərt insanlarla yaxşı münasibətlər saxlamaq əla deyilmi? O, sərt adamdır, lakin heç kimin onunla mənimki kimi münasibəti yoxdur”. Tramp sözlərinə əlavə edib: “Düşünürəm ki, o, həqiqətən də müttəfiqdir. Bəziləri buna şübhə edir, lakin mən hesab edirəm ki, o, mükəmməl bir müttəfiqdir və öz xalqı ona hörmət edir”.
Xatırladaq ki, daha əvvəl Türkiyə rəhbərliyi alyansın şərq cinahındakı ölkələrin resurslarla təminatını gücləndirmək və Hörmüz boğazındakı vəziyyətdən asılılığı azaltmaq məqsədilə NATO-ya hərbi neft kəməri tikməyi təklif edib. Bu təşəbbüs hazırda alyansda təsdiqlənmə mərhələsində olan tədbirlər paketinin bəndlərindən biridir.
Türkiyə dünyada söz sahibi olan dövlətdir
Əlbəttə, ABŞ liderinin Prezident Ərdoğanla bağlı müsbət fikirləri təsadüfi deyil. Çünki Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada güclü dövlət kimi tanınır. Qardaş ölkənın hazırda regional proseslərə ciddi təsir imkanları var. Həm Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması, eləcə də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə təmin edilməsi prosesində rəsmi Ankaranın rolu inkaredilməzdir. Ankaranın Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasında rolunu beynəlxalq ekspertlər də etiraf edirlər.
Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Digər vacib məqam odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldir və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemini yaratmaqdadır. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper blok-1” ölkənin “Polad günbəz” (“Çelik kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.
Ankara hərbi gücünü artırır
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. Layihələndirmə işlərinin başa çatdırılmasından sonra Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanılması planlaşdırılıb. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi 2024-cü ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.
Donald Tramp ABŞ-da yenidən hakiyyətə gəldikdən sonra Vaşinqton-Ankara əlaqələri istiləşib. Bütövlükdə, ABŞ Türkiyənin regionda gücünü qəbul edir və bölgədə özünün əsas müttəfiqlərindən biri hesab edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

