Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / WUF13 çərçivəsində möhtəşəm konsert

WUF13 çərçivəsində möhtəşəm konsert

22.05.2026 [17:50]

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsert yüksək səviyyədə və böyük uğurla baş tutdu.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqi axşamında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış edib.

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.

Konsert çərçivəsində təqdim olunan zəngin və rəngarəng proqram, solistlərin peşəkarlığı və orkestrin yüksək ifaçılıq səviyyəsi dinləyicilərə unudulmaz musiqi anları yaşadıb. Bu tədbir WUF13 çərçivəsində mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən əlamətdar sənət hadisəsi kimi yadda qalacaq.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31