/ / ATƏT/DTİHB-in və ATƏT Parlament Assambleyasının 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə dair İlkin Faktlar və Nəticələr üzrə Bəyanatı ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının BƏYANATI
ATƏT/DTİHB-in və ATƏT Parlament Assambleyasının 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə dair İlkin Faktlar və Nəticələr üzrə Bəyanatı ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının BƏYANATI
12.10.2013 [10:45]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ATƏT/DTİHB-in 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə dair ilkin hesabatını Azərbaycan seçicilərinin iradəsinin təhqiri kimi qiymətləndirir və ümumiyyətlə qəbul etmir.
Azərbaycanda keçirilən prezident seçkilərinə oktyabr ayının 10-da ATƏT/DTİHB-in verdiyi qiymət bu seçkiləri müşahidə edən digər 20 beynəlxalq təşkilatın mövqeyindən kəskin surətdə fərqlənir və bu cür hesabatı qəbul etməklə ATƏT/DTİHB özünü təcrid vəziyyətinə salmış olur.
2013-cü il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti seçkilərinin azad, ədalətli və demokratik şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən genişmiqyaslı layihələr reallaşdırılmış, seçki prosesinin bütün iştirakçıları üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilmiş, namizədlərə istisnasız bərabər şərait yaradılmış, seçki komissiyalarının fəaliyyəti yerli və beynəlxalq ictimaiyyət üçün açıq olmuşdur. Aşkarlığın təmin olunması üçün işğal edilmiş ərazilər istisna olmaqla respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü internet istifadəçilərinə fasiləsiz müşahidə imkanı verən veb-kameralar quraşdırılmış, seçkiləri izləmək üçün 1400-ə yaxın beynəlxalq müşahidəçiyə və KİV təmsilçisinə, eləcə də 52000-ə yaxın yerli müşahidəçiyə prosesləri əvvəldən axıradək heç bir maneə olmadan izləmək üçün şərait yaradılmışdır.
Seçkiləri Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT və Avropa İttifaqı kimi çox nüfuzlu beynəlxalq qurumların təmsilçiləri, Fransa, İtaliya, Böyük Britaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələrin parlamentariləri, MDB-nin, Türkdilli Ölkələrin Parlament Assambleyasının və seçkilərə yüzlərlə müşahidəçi ilə qatılmış digər Avropa və Amerika təşkilatlarının nümayəndələri izləmiş və yekunda bu seçkiləri çox yüksək qiymətləndirərək, proseslərin azad və ədalətli keçirildiyini, seçkilərin nəticələrinə kölgə sala biləcək hər hansı bir halın müşahidə olunmadığını bəyan etmişlər. Seçki günü ATƏT/DTİHB-in əsas müşahidəni aparan 280 qısamüddətli müşahidəçisinin rəhbəri Mişel Vuazen ATƏT/DTİHB-in seçkilərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı təmsil etdiyi təşkilatın hesabatına etirazını bildirərək bəyan etmişdir ki, seçkilər azad, şəffaf və ədalətli keçib və qalibi birmənalı müəyyən edib.
Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti seçkilərin nəticələrinə dair yaydıqları 10 oktyabr tarixli bəyanatlarında Azərbaycan Respublikasında prezident seçkilərinin azad, şəffaf və ədalətli keçdiyini xüsusi vurğulamışlar.
Lakin ənənəvi olaraq yalnız bir qurum - ATƏT/DTİHB Azərbaycanda keçirilən seçkilərə qarşı yenə də qərəzli, ümumi müşahidə ab-havasında xüsusi qeyri-obyektivliyi ilə fərqlənən mövqe tutmuşdur. Bu seçkilərin müşahidəsinə dair missiyanın ilkin hesabatı çoxsaylı müşahidəçilərin real müşahidələri və faktlara söykənən mövqelərinə tamamilə zidd olmuş, həqiqətin açıq şəkildə təhrif olunmasına xidmət edən aralıq hesabatlarındakı qərəzli xətti davam etdirmişdir.
Qonşu ölkələrdə keçirilən seçkilər zamanı kobud qanun pozuntularına, o cümlədən insan həyatına qarşı sui-qəsdlərə göz yuman ATƏT/DTİHB həqiqətə uyğun olmayan, uydurulmuş iradları Azərbaycana qarşı irəli sürməkdə davam etməkdədir.
Prosesə kölgə salmaq səyləri ilə xüsusi fərqlənmiş bu hesabat tərtib edilərkən ən azı sadə balanslaşdırma prinsipinə məhəl qoyulmamış, hətta ATƏT/DTİHB-in əvvəlki seçkilərdəki missiyaları tərəfindən yüksək qiymətləndirilmiş məqamlar bir çox hallarda kəskin tənqid edilmiş, seçki prosesinin müxtəlif mərhələlərinə qiymət verilərkən əksər hallarda ya heç bir fakta söykənilməmiş, ya faktlar və Seçki Məcəlləsi də daxil olmaqla ölkə qanunvericiliyi açıq şəkildə təhrif olunmuş, ehtimallar əsas götürülmüşdür. Həmin hallarla bağlı mövcud olan çoxsaylı təkzibedilməz faktlar MSK tərəfindən missiyanın təmsilçilərinə dəfələrlə çatdırılsa da, bunlar nümayişkaranə surətdə qulaqardına vurulmuşdur.
Eyni zamanda, beynəlxalq dəyərlərin qorunması istiqamətində çox çətin proseslərdən keçməkdə olan və torpaqlarının 20 faizindən çoxu 20 ildən artıq müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasında yaranmış bir milyondan artıq məcburi köçkün və qaçqın reallığının seçkilərdə yaratdığı problemə missiya tərəfindən ümumiyyətlə əhəmiyyət verilməmişdir. Bununla qərəzli qiymətləndirməni təsdiq edən halların siyahısı daha da genişlənmiş olmuşdur.
Qiymətləndirmə missiyası bu hesabatı tərtib edərkən sanki imicinə və missiyasına zidd olan, hətta bir çox hallarda missiyanın vicdanlı nümayəndələri tərəfindən belə açıq narazılıqla qarşılanan bu xarakterli fəaliyyətin yaratdığı mənfi nəticələrin fərqinə varmağa ehtiyac duymasa da, geniş Azərbaycan ictimaiyyətinin beynəlxalq prinsip və dəyərlərə olan inam və sədaqətini sarsıda bilməmişdir.
Bütün bunları nəzərə alaraq, MSK sözügedən hesabat tərtib edilərkən müşahidə aparılması iddia edilən məntəqələr üzrə ATƏT/DTİHB-in müşahidə qruplarının rəylərinin qurumun internet səhifəsində açıqlanmasını və eyni zamanda, MSK-ya təqdim edilməsini israrla təkid edir və yalnız bundan sonra indi və gələcəkdə ediləcək təkliflərlə bağlı müvafiq addımlar atıla biləcəyini qurumun diqqətinə çatdırır.
Mərkəzi Seçki Komissiyası bir daha bəyan edir ki, beynəlxalq qurumlarla qarşılıqlı konstruktiv əməkdaşlığı yüksək qiymətləndirir və öz fəaliyyətində demokratik meyarları rəhbər tutan təşkilatlarla əlaqələrini daha da genişləndirərək inkişaf etdirmək niyyətində olduğunu və bir qayda olaraq qərəzli mövqe nümayiş etdirən ATƏT/DTİHB ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qaldığını bildirir.
Xəbər lenti
Hamısına baxSosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23

