Azərbaycan-Oman münasibətləri yeni mərhələdə...
31.10.2025 [11:20]
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu gün müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətlərilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Məhz bu amillər Azərbaycanla ərəb ölkələri ilə əlaqələri genişləndirir. Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də Ərəb Liqası ilə əməkdaşlıq müstəvisində də əlaqələr xüsusi vurğulanmalıdır.
Bu mənada, Oman Sultanlığı ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, oktyabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfər edib. Səfər çərçivəsində nazir Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Omanın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinin inkişafından məmnun olduqlarını bildiriblər.
İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında və ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha da stimullaşdırılmasında yüksəksəviyyəli səfərlərin həlledici rolu vurğulanıb. Ölkəmizin Omanda səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.
Parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazir Azərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindən dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.
Səfər zamanı Azərbaycanın XİN başçısı Oman Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə də görüşüb. Görüş zamanı tərəflər Azərbaycan ilə Oman arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Ölkələrimiz arasında parlamentlərarasıəməkdaşlıq əlaqələrinin inkişafı məmnunluqla qeyd edilib, hər iki parlamentdə dostluq qruplarının yaradılmasının münasibətlərin inkişafı istiqamətində mühüm addım olduğu vurğulanıb.
Görüşdə Azərbaycan ilə Oman arasında münasibətlərin inkişafında ikitərəfli siyasi təmasların mühüm rolu vurğulanıb.
Omanda Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və əlaqələrin dərinləşməsinə yeni imkanlar yaratdığı qeyd olunub.
Nazir Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.
Söhbət zamanı, həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08

