Məlahət İbrahimqızı: İlham Əliyev vəd vermir, konkret iş görür
06.10.2013 [15:43]
“Seçkiöncəsi proseslər azad, şəffaf, sakit, əmin-amanlıq mühitində keçir. Hər bir namizədə bərabər şərait yaradılıb. Hər bir namizəd istədiyi kimi öz təbliğatını aparır”. Bu sözləri Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, bu bir daha demokratik prinsiplərin vətəndaş cəmiyyətində necə bərqərar olduğunu göstərir.
“Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var. Onların ailə üzvlərini də hesablasaq, demək olar ki, YAP ölkənin 50 faiz seçicisinin təmsil olunduğu bir partiyadır. İlham Əliyev prezident seçildiyi ilk gündən ölkəmizdə böyük işlər görür. Xarici siyasət, daxili siyasət, humanitar, sosial və digər sahələrdə böyük islahatlar aparılır. Adətən, namizədlər seçki kampaniyası dövründə, ən yaxşı halda seçkiöncəsi müəyyən hazırlıq görməyə başlayırlar, ictimai fəallıqlarını artırırlar və gündəmdə olmağa çalışırlar. Amma zaman dəyişib. Biz 21-ci əsrdə yaşayırıq. İnsanlar vədlərə, populist çıxışlara inanmırlar, insanlar bu gün konkret işlərə, konkret əməllərə, real işlərə səs verirlər. Bu gün möhtərəm Prezidentimizin gördüyü işlər, fəaliyyəti göz qabağındadır. O, nadir hallarda söz verər, vəd verər, amma konkret olaraq işlər görər. Ayrı-ayrı vaxtlarda seçicilərimlə görüşdə də qeyd edirəm. Prezidentimizin son illərdə gördüyü böyük işlərin, böyük layihələrin nəticələri, təməlqoyma məraismlərindən danışsaq, buna vaxt yetməz. Təkcə son 5 ili götürsək, gərək bu barədə günlərlə danışaq”.
M.İbrahimqızı bildirib ki, İlham Əliyevin xarici siyasətdə ən böyük uğurlardan biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir.
“50-70 illik müstəqilliyi olan dövlətlər bu statusu hələ qazana bilməyiblər. Amma Azərbaycan 20 illik müstəqilliyi tarixində bu statusu qazandı və mütləq əksəriyyətin dəstəyi ilə. Bu xalqımızın, dövlətimizin uğurudur.
Bu gün Azərbaycan elə bir inkişaf kursu götürüb ki, bölgələrimiz Avropanın inkişaf etmiş ölkələrinin bölgələrinə bənzəyir. 2003-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına imza atdı və bunun nəticəsində bölgələrdə böyük quruculuq işləri görüldü. Daha sonra isə rayon mərkəzlərindən bu inkişaf kəndlərə doğru aparıldı. Dünyanın əksər ölkələrində iqtisadi böhran hökm sürdüyü vaxtda Azərbaycan inkişaf edir. Elə bir layihə yoxdur ki, dayansın. Avropada böyük layihələr yarımçıq qalıb. Riqada bu yaxınlarda oldum. Orada yarımçıq qalmış bir körpü 8 ildir ki, maliyyə böhranı səbəbi ilə tikilmir. Amma İlham Əliyevin imzaladığı layihələr vaxtında və ya vaxtından öncə başa çatdırılır”.
M.İbrahimqızının sözlərinə görə, Azərbaycan xalqı həm də bu inkişafın birbaşa iştirakçısıdır. “Xalq Prezidentimizin apardığı siyasətin fəal iştirakçısıdır. Ona görə insanlar böyük məmnuniyyətlə İlham Əliyevə səs verəcəklər.
Düzdür, problemlərimiz var, möhtərəm İlham Əliyev bunu Özü də səsləndirir. Amma biz bunu özümüz etiraf edirik və Prezidentimiz Özü buna qarşı mübarizə aparır. Əminəm ki, qarşıdakı 5 ildə bu məsələlər, eləcə də Qarabağ problemi öz həllini tapacaq.
Azərbaycan qadını nə istəyir? Azərbaycan qadını övladı üçün əmin-amanlıq istəyir, təhlükəsiz mühit istəyir, oxumağı, inkişafı ilə bağlı şərait istəyir. Azərbaycan anası istəyir ki, övladı sağ-salamat böyüsün, təsadüfi siyasətin qurbanı olmasın. Çünki biz 1991, 1992-ci illərdə olanları gördük. Küçələrdən onların övladlarını yığıb aparırdılar, bir gün ərzində qara xəbər verilirdi. Azərbaycan qadını o xaosu görüb və yenidən o xaosa səs verməz. Azərbaycan qadını iqtisadi inkişafa, tərəqqiyə səs verir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan qadınlarını Prezidentimizin namizədliyinə səs verməyə çağırıram”.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

