“Kaspi” Təhsil Mərkəzinin illik yekun hesabatının təqdimatı olub
22.09.2013 [11:02]
Sentyabrın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil Mərkəzinin ənənəvi illik yekun hesabatının təqdimatı olub.
AzərTAc xəbər verir ki, tədbirdə mərkəzin ötən tədris ilində fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat verilib, vəzifə və planlardan danışılıb.
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva əldə olunan nailiyyətlərdən danışaraq bildirib ki, Mərkəzin məqsədi ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaqdır.
Mərkəzdə “Kaspi Poliqlot” xidməti üzrə beynəlxalq sertifikat imtahanlarına (TOEFL, IELTS) hazırlıq kursları keçilir. Bu proqram çərçivəsində tələbələr yüksək nəticələr əldə edirlər.
Mərkəzin xaricdə təhsil xidmətlərini təklif edən “Kaspi Global” gənclərin xaricdə təhsil almaları və ya təhsillərini xaricdə davam etdirmələri, tələbə-gənclərin xaricdəki müxtəlif təhsil proqramlarında iştirakını təmin edir. Bu proqram, həmçinin dövri olaraq hər il Bakıda beynəlxalq təhsil sərgilərini keçirən yeganə təhsil mərkəzidir.
S.Vəliyeva qeyd edib ki, dünyanın tanınmış universitetləri ilə əlaqə quran təhsil mərkəzi daim aktual və novator layihələri ilə müstəqil təhsil məkanında tamamilə fərqlənir. Artıq “Kaspi Qlobal”ın 350-dək məzunu həmin universitetlərdə təhsil alır. Bu il isə proqram üzrə müvəffəqiyyətlə imtahan vermiş 80-dək tələbə dünyanın nüfuzlu universitetlərində oxuyacaq.
Kaspi Təhsil Mərkəzi magistr hazırlığında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) tələblərinə tam cavab verən kompleks proqramdan istifadə edir. Mərkəzin “Kaspi Professional” magistraturaya hazırlıq bölməsi xətti ilə respublikamızda yüzlərlə məzunumuz magistraturaya daxil olub.
Mərkəzin “Kaspi Kids” məktəbəqədər hazırlıq üzrə xidməti barədə danışan S.Vəliyeva deyib ki, bu proqram uşağın məktəbə və cəmiyyətə tam hazırlanmasını əhatə edir.
Qeyd olunub ki, “Kaspi Abituriyent” xidməti IX-XI sinif şagirdlərinin və məzunların bütün ixtisas qrupları üzrə kompleks şəkildə ali məktəblərə hazırlığını təşkil edir. Proqram çərçivəsində 550-dək məzun ölkəmizdə fəaliyyət göstərən universitetlərə qəbul olunub. Bu il daha iki “Kaspi” tələbəsi TQDK-nın qəbul imtahanlarında yüksək bal yığaraq Prezident təqaüdünə layiq görülüb. Bunlardan Qulu Quluyev 680 balla, Vəfa Qəmbərova isə 674 balla Bakı Ali Neft Məktəbinə daxil olublar.
Təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verən Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb, gələcək planlar barədə danışıb.
Tədbirdə “Kaspi” Təhsil Mərkəzinin yeni “Elektron təhsil” layihəsinin təqdimatı olub.
Qeyd olunub ki, “Kaspi” elektron təhsil sistemi Azərbaycanda bu qəbildən tamamilə fərqli bir sistem və imkanlar təqdim edir.
Sonda builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

