Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə hazırdır
18.09.2013 [09:36]
Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə hazırdır.
Milli Məclisin bir qrup deputatının, yaradıcı və sənət adamlarının cəbhə bölgəsinə etdikləri səfərdən sonra bu qənaətə gəlinib.
AzərTAc xəbər verir ki, sentyabrın 17-də tərkibinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun, Xalq yazıçısı Anarın, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadənin, xalq artistləri Amaliya Pənahovanın və Nurəddin Mehdixanlının, eləcə də uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyevin daxil olduqları bir qrup ziyalı Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına gedib, əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olublar.
Yaradılan şəraitdən razı qalan ziyalılar əsgərlərlə ünsiyyətdə olublar.
Sonra ziyalılar təmas nöqtəsindən xüsusi cihazların köməyi ilə düşmən mövqeyinə baxıb, komandirlərlə söhbət ediblər. Məlumat verilib ki, bu təmas xətti düşmənlə ən yaxın məsafədə yerləşdiyindən şəxsi heyət həmişə ayıq-sayıq vəziyyətdədir. Ermənilər tez-tez atəşkəsi pozsalar da, cavab atəşi ilə susdurulurlar.
Ziyalıların cəbhə bölgəsində keçirdikləri görüşlərdən biri də “Milli Qəhrəman Mübariz İbrahimov” postunda olub. Onlar burada Mübariz İbrahimovun yatdığı otaqda onun qəhrəmanlıq yolundan bəhs edən guşəyə baxıblar. Komandirlər Azərbaycanın igid oğlunun torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyi fədakarlıqdan ağızdolusu danışıblar. Vurğulayıblar ki, ermənilər bilməlidirlər ki, Azərbaycan xalqının minlərlə, milyonlarla mübarizləri var və onlar hər an işğal olunmuş torpaqlarımızı azad etmək iqtidarındadırlar.
Xalq yazıçısı Anar ölümün gözünə dik baxan və qorxmadan erməni əsgərlərinin üstünə təkbaşına gedərək onların hamısını məhv edən Mübariz İbrahimovun əsl xalq qəhrəmanı olduğunu deyib. Bildirib ki, vaxt gələr biz indi dayandığımız mövqedən deyil, ermənilərin işğal etdikləri həmin qarşı tərəfdən bu yerlərə baxarıq. Söz yox ki, o gün çox da uzaqda deyildir. Bax, onda burada işlədilən hərbi ləvazimat muzeylərdə nümayiş etdiriləcək.
Sonra ziyalılar “Bulaq” deyilən əraziyə gəliblər. Burada komandirlərdən biri maraqlı bir hadisəni danışıb. Onun sözlərinə görə, bir dəfə bir erməni silahla azıb bu bulağa gəlir. Həmin anda bir Azərbaycan əsgəri də bulaqdan su götürürmüş. Söhbət zamanı azərbaycanlı görür ki, qarşısındakı silahlı ermənidir və onlar əlbəyaxa olurlar. Azərbaycanlı avtomat silahdan bərk yapışır və bu an erməni atəş açmağa başlayır. O, avtomat silahda nə qədər güllə var atır. Lakin azərbaycanlı əlini silahdan çəkmir. Güllə qurtarandan sonra qızmış silahdan əlini çəkən azərbaycanlı görür ki, ovcunun içi tamamilə yanıb. Buna baxmayaraq o, ermənini əsir götürərək hərbi hissəyə gətirir. Bax, budur Azərbaycan əsgərinin qüdrəti - deyən komandir, belə əsgərlərimizin çox olduğunu diqqətə çatdırıb.
Sonra bulağın yaxınlığında qurulmuş çadırda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu təmas xəttinə gələn ziyalılara və eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinə son illər Azərbaycan ordusunda həyata keçirilən köklü islahatlar haqqında geniş məlumat verib. Bildirib ki, təkcə cari ilin 8 ayında təmas xəttində ermənilər tərəfindən atəşkəs 1515 dəfə pozulub, Azərbaycan əsgərləri cavab atəşi ilə düşməni susdurublar. Bu müddətdə Azərbaycan bir nəfər itki verib. Atəşkəsin pozulması əsasən Ağdam, Füzuli, Tərtər və sair ərazilərdə olub. ATƏT-in monitorinq qrupunun sərhəd bölgələrində keçirdiyi 16 monitorinqin heç birində insident qeydə alınmayıb.
İctimaiyyətlə ordu arasında yaranan birliyə toxunan nazirlik təmsilçisi onu da qeyd edib ki, tez-tez ziyalılar, Milli Məclisin deputatları sərhəd bölgələrində olub, əsgərlərə yaradılan şəraitlə maraqlanıblar. Bu görüşlərdə respublikanın kütləvi informasiya vasitələri nümayəndələri də fəallıqla iştirak ediblər.
Mətbuat konfransında Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb. Bildirilib ki, ordumuz bu gün dünyanın ən müasir texnikası və silahları ilə təmin olunub. Hərbi qulluqçuların bilik səviyyəsinin yüksəldilməsi üçün böyük işlər görülüb, onların sosial-məişət şəraiti xeyli yaxşılaşdırılıb. Təkcə keçən il 300 hərbçi daimi mənzillə, 400-dən çoxu isə xidməti mənzillə təmin edilib.
Müdafiə Nazirliyinin bir çox inkişaf etmiş ölkələrin müvafiq nazirlikləri ilə əməkdaşlığından danışan Eldar Sabiroğlu diqqətə çatdırıb ki, hazırda 31 ölkə ilə hərbi əməkdaşlıq barədə saziş bağlayan Azərbaycan Müdafiə Nazirliyi bu istiqamətdə işləri davam etdirməkdədir.
Sonra jurnalistlərin suallarına aydınlıq gətirən Eldar Sabiroğlu onu da vurğulayıb ki, Azərbaycan nə qədər inkişaf edirsə, Ermənistan bir o qədər geriyə addımlayır. Düşmən ölkənin iqtisadiyyatı tənəzzülə uğradıqca, hərbi vəziyyəti də bir o qədər zəifləyir. Onların tez-tez təmas xəttində hərbi təlimlər keçirməsi isə bir növ gözdən pərdə asmaq xarakteri daşıyır.
Mətbuat konfransından sonra ziyalılar “N” saylı hərbi hissəyə gəlib, onun şəxsi heyətinə Azərbaycan torpaqlarının müdafiəsində mətinlik və şücaət arzulayıblar.
Sonra konsert olub. Əsgərlər yallı gedib, müğənnilərin ifasında səslənən mahnılara qulaq asıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05

