/ / İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub
06.09.2013 [09:28]
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə birgə qrant müsabiqəsini elan edib.
AzərTAc xəbər verir ki, bu barədə sentyabrın 5-də Bakıda keçirilən mətbuat konfransında məlumat verilib.
İKT nailiyyətlərinin ölkədə geniş tətbiqindən danışan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, bu sahənin daha sürətli tərəqqisinə nail olmaq üçün dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və dövlətimizin başçısının sərəncam və fərmanları sektorun davamlı inkişafını müəyyən edib.
Nazir müavini bildirib ki, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən səbəblərdən biridir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün sahələr kimi, İKT-nin inkişafında görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müsabiqənin şərtləri barədə məlumat verib.
İcraçı direktor bildirib ki, müsabiqənin prioritetləri sırasına elmi tədqiqatların informasiya təminatı, innovativ inkişaf, informasiya resursları, İKT-nin tətbiqi, informasiya cəmiyyəti, elektron hökumət və humanitar siyasət problemləri, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, “Yaşıl” İKT həlləri, distant təhsil və s. məsələlər daxildir.
Müsabiqə üzrə maliyyələşdirilmənin həcmi 1 milyon 200 min manat nəzərdə tutulub. Elmin İnkişafı Fondu müsabiqəyə 1 milyon manat maliyyə vəsaiti ayırıb. Müsabiqəyə maliyyə həcminə görə kiçik (10 min manatadək) və orta (10 min və 100 min manat arasında) maliyyə həcmli layihələr qəbul olunacaq.
Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilərlər. Tətbiqi xarakterli layihələrə və müvəqqəti yaradıcı kollektivləri adıçəkilən müxtəlif qurumların nümayəndələrindən təşkil olunmuş layihələrə üstünlük veriləcək.
Qeyd olunub ki, Elmin İnkişafı Fondu və RİTN müsabiqəyə təqdim olunmuş layihələrin birgə ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcəklər. Müsabiqə bitdikdən sonra uğurlu layihələrin nəticələri üzrə məqalələr toplu şəklində çap olunacaq.
Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək.
Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
Müsabiqə cari ilin sentyabr-oktyabr aylarını əhatə edəcək. Bu müddətdə layihələr qəbul olunacaq, onların texniki və elmi ekspertizası işi təşkil ediləcək. Müsabiqənin nəticələrinin noyabrın 10-da açıqlanması planlaşdırılır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

