Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

22.09.2026 [12:17]

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb. Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib.

Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə görə 1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövrlərə ayrılıb, otaq sayına görə isə 1-dən 5 və daha çox otaqlı olmaqla 6 qrup üzrə təsnifatlaşdırılıb. Təhlildə alıcıların hüquqi statusu, cinsiyyəti, yaşa görə bölgüsü üzrə statistika da əks olunub.

Qeyd edək ki, ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41 min 606 mənzilin alqı-satqısı aparılıb. Təkrar mənzil bazarında qeydiyyatı aparılan yeni tikililər 21 min 629 (52 faiz) olmaqla lider mövqedədir. İkinci sırada 18 min 865 sayla (45,3 faiz) Sovet dövründə tikilən mənzillər, 3-cü sırada isə 1112 sayla (2,7 faiz) Sovet dövründən əvvəl tikilən mənzillər qərarlaşıb.

Ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41 min 606 əqdin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25 min 31 alqı-satqı əqdi rəsmiləşdirilib. Regionlar arasında isə aktivlik Abşeron rayonunda (6054 əqd), Sumqayıt şəhərində (3838 əqd) və Gəncə şəhərində (2202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4481 əqd düşüb.

 

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30