Azərbaycanda milli gəlirlərin əsas hissəsi sosial xərclərə yönəldilir
22.08.2013 [12:12]
Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının nəticəsidir
Bu bir həqiqətdir ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi həyata keçirilən düşünülmüş siyasətin, sistemli və kompleks proqramların məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın yeni dövrün tələblərinə uyğunlaşdırılması milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırıb. Həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədlər, o cümlədən, həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində uğurlu addımlar atılıb. Bir sözlə, güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunmasını əsaslandırıb.
Sözsüz ki, ölkənin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi inkişaf siyasəti bir neçə il bundan öncə həyata keçirilməsi mümkün olmayan sosial proqramları reallaşdırmağa imkan verir. Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır.
Bu məqamda qeyd edək ki, cari ilin avqustun 20-də Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin, eləcə də, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və yaxşı həyat şəraitinin təmin olunmasıdır. Yəni, Azərbaycan dövlətinin sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bir sözlə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlir.
Həmçinin, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması sözügedən sahədə kompleks islahatların reallaşdırmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb. Bu istiqamətdə ünvanlılıq prinsipinə, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, onların sosial təminatının yaxşılaşdırılması üçün pensiya və müavinətlərin həcmi artırılıb. Bununla yanaşı, maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradılıb, işsizliyin səviyyəsi azaldılıb. Ümumilikdə, 2001-2010-cu illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 6 dəfədən çox, yəni, 4,3 milyard manatdan 26 milyard manatadək artıb.
Eyni zamanda, dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin təqribən 30 faiz olması da hökumətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Qeyd etmək yerinə düşər ki, cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub. Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib və inflyasiyanı ənənəvi olaraq xeyli üstələyib. Ölkə üzrə orta aylıq əməkhaqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edib. Respublika üzrə xarici dövlət borcunun ÜDM-yə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Müqayisə üçün qeyd edək ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi artsa da, Ermənistan və Gürcüstanda bu göstərici azalıb. Azərbaycan orta aylıq maaşın həcminə görə, MDB ölkələri arasında ilk yerlərdə təmsil olunur. Ölkə bu göstəriciyə görə yalnız Rusiya və Qazaxıstandan geri qalır.
Əlavə edək ki, Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Hesabata görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Həmçinin, cari ilin aprelində Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanan “AB ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin xərcləri və səmərəsi” adlı hesabatda bildirilir ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi xeyli yüksəlib. Azərbaycan məşğulluq səviyyəsinə görə (60 faiz) bölgədə ən yüksək göstəricilərdən birinə sahibdir. 2000-2011-ci illərdə respublikamızda məşğulluğun səviyyəsi 18 faiz artıb ki, Azərbaycan bu göstəriciyə görə MDB ölkələri sırasında da ön sıralardadır. Hesabata əsasən, Azərbaycanda immiqrasiya prosesi də aktiv şəkildə davam edir. Bu prosesdə əsasən MDB ölkələrinin vətəndaşları iştirak edirlər. Azərbaycanda miqrasiya proqnozlarına gəldikdə isə ölkəni tərk etmək istəyən insanların sayı ildən-ilə azalır.
Ekspertlər də ölkəmizdə aparılan sosial siyasəti yüksək qiymətləndiriblər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli məsələyə münasibət bildirərək dövlət başçısının bu addımını əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli olduğunu vurğulayıb. O, qeyd edib ki, modern dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycanda sosial müdafiə başlıca yer tutur: “Sosial müdafiədə ünvanlılıq baş xətdir və belə bir əhəmiyyətli sosial kursun təməlini Ulu öndər Heydər Əliyev qoyub. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış müasir və modern dövlət modeli möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin 2003-cü ildən başlanan Prezidentlik fəaliyyətilə Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafında yeni nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində ciddi tədbirlər hazırlanıb həyata keçirilib. Onların içərisində minimum aylıq əməkhaqqının mütəmadi olaraq artırılması qeyd oluna bilər. Qeyri-məşğul əhalinin işlə təmin olunması, müasir məşğulluq sisteminin formalaşdırılması, yeni iş yerlərinin açılması diqqət mərkəzində olub. 2003-2008-ci illərdə ölkədə 766 min yeni iş yeri açılıb ki, onların 548 mini daimi idi. Yalnız 2008-ci ildə açılan iş yerlərinin miqdarı 120 mindən çox idi. Bu iş yerlərinin böyük hissəsi də qeyri-neft sektoruna və regionların payına düşür”.
Onun sözlərinə görə, sosial siyasət sahəsində ən mühüm addımlardan biri sosial yardım sisteminin dünya təcrübəsinə uyğunlaşdırılmasıdır: “Belə ki, 2006-cı il iyul ayından ünvanlı sosial yardım sisteminin tətbiqinə başlanıb. Sığorta-pensiya sisteminin dövlət sosial yardım sistemindən ayrılması və sosial pensiyaların müavinətlərlə əvəz edilməsi də yeniliklərdəndir. Azərbaycan Respublikasında vahid sığorta-pensiya sistemi pensiyaçıların sosial müdafiəsini daha da gücləndirib”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev isə deyib ki, əməkhaqlarının, pensiya və müavinətlərin artırılması Azərbaycanda son 10 ildə demək olar ki mütəmadi xarakter daşıyır: “Baxmayaraq ki, 2008-ci ildə ümumdünya maliyyə böhranı yaşandı və bu hadisə bir sıra ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərdi, lakin Azərbaycanda həyata keçirilən balanslaşdırılmış iqtisadi strategiya sayəsində ölkədə dinamik inkişafa nail olunub. Ölkə iqtisadiyyatının dinamik inkişafı isə birbaşa vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına öz təsirini göstərir. Cənab Prezidentin Sərəncamı ilə artıq bu il də maaşların artırılması prosesinə başlanılıb. Bir sıra sahələrdə çalışan dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçilərin əməkhaqları qaldırılıb və bu proses davam edərək bütün kateqoriyalardan olan əhalini əhatə edəcək. Bu onu göstərir ki, Azərbaycan dövlətinin qüdrəti artdıqca ölkə əhalisinin sosial rifah halı da yüksəlir. Yəni, Azərbaycan iqtidarı, ölkə Prezidenti birbaşa Azərbaycan xalqını düşünən siyasət yeridir. Heç şübhəsiz, dünyanın bir çox ölkələrində Azərbaycanın iqtisadi inkişaf modeli nümunəvi metod kimi maraq kəsb edir və öyrənillir”.
Onun sözlərinə görə, əməkhaqlarının artırılması inflyasiyanı bir neçə dəfə üstələyir ki, bu da əhalinin birbaşa sosial rifahının yaxşılaşmasına gətirib çıxarır: “Azərbaycanda kəndlərdə yaşayan əhalinin sosial vəziyyəti şəhərlərdə yaşayan əhalinin sosial vəziyyətinə yaxınlaşmaqdadır və bəzi hallarda ötüb keçməkdədir. Ölkədə yoxsulluğun səviyyəsi aşağıdır. Əhalinin banklarda əmanətləri artıb. İnsanlar bu gün turizm, səhiyyə, təhsil və s. kimi xədmətlərdən asanlıqla istifadə edə bilirlər”.
Beləliklə, minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Ümumilikdə, sosial siyasətin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Ötən ilə nisbətən 2013-cü il dövlət büdcəsi xərclərində sosial müdafiə və sosial təminat xərclərinin artırılması da deyilənləri bir daha təsdiq edir. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qaxda Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur: “Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

