Azərbaycanda sənayenin inkişafı iqtisadi prioritetlər sırasındadır
31.07.2013 [09:37]
Prezident İlham Əliyev: Hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixrac yönümlü sənaye potensialı yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin ediləcəkdir
Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə edərkən sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son beş ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Statistik göstəricilərə görə, 2013-cü ilin birinci yarısında ümumi daxili məhsulun (ÜDM) tərkibində ən böyük çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 16,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9 faiz artıb, neft sektorunda isə 0,3 faiz azalma müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Altı ay ərzində 21,8 milyon ton neft, 8,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım müşahidə olunub.
Göründüyü kimi, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb. Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Cari ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda respublikanın müxtəlif bölgələrində və paytaxt Bakı şəhərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib. Məsələn, ötən il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı da sənayeləşmə istiqamətdə atılan mühüm addımlardan biridir. Bundan əlavə 2012-ci ilin aprelin 24-də dövlət başçısının iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunan Azgüntex zavodunun, həmçinin, STP-də ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışı olub. Tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Zavodda elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.
2012-ci il iyulun 10-da isə Qaradağ rayonunda 300 milyon avro dəyərində investisiya qoyulan “Holcim” sement zavodunun açılışı olub. Belə müəssisələrdən biri dekabrın 19-da Balaxanıda istifadəyə verilən Bakı bərk məişət tullantılarının yandırılması zavodudur. Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Qeyd edək ki, müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilib. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilib. 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da “Cnim” tərəfindən həyata keçiriləcək. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaq. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət etmək mümkün olacaq. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
Cari ilin altı ayı ərzində Bakı şəhərində “Gəmi təmiri və gəmiqayırma” İstehsalat birliyi, Sumqayıt şəhərində “Gilan” Tekstil parkı, Abşeron rayonunda “Milla” Süd məhsulları və Dondurma istehsalı zavodu, Birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, “Aspi Winery” üzüm emalı zavodu, Hacıqabul rayonunda Seramik plitələr zavodu və digər istehsal təyinatlı obyektlər istismara verilib. Həmçinin, 2013-cü ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7031 milyon manat vəsaitin 3187,4 milyon manatından istifadə edilib.
Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən, yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır. İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən sənayeləşmə prosesinə münasibət bildirən Prezident İlham Əliyevin dediyi kimi, bu sahə prioritet olaraq qalır: “Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılışını qeyd edəcəyik. Azərbaycanın sənaye potensialı böyüyür, artır. Bu ilin birinci rübündə qeyri-neft sənayemiz təxminən üç faiz artmışdır. Əminəm ki, gələcək illərdə bu artım daha da böyük rəqəmlərlə ölçüləcək. Hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixrac yönümlü sənaye potensialı yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin ediləcəkdir”.
Bununla bərabər, dövlət başçısının tapşırıqlarına əsasən qarşıya qoyulan məqsədlərə çatmaq üçün respublikada ixrac məhsullarının istehsalının artırılması da daim diqqət mərkəzindədir. Dövlət başçısı məlum çıxışı zamanı bir daha vurğulayıb ki, bunun üçün ilk növbədə, həm rəqabət qabiliyyətli məhsullar buraxılmalıdır, eyni zamanda, çox fəal siyasət aparılmalıdır ki, biz yeni bazarlara çıxaq, özümüzü təqdim edək və məhsullarımızı orada sata bilək: “Daxili bazarı həm sənaye məhsulları, həm tikinti materialları və həm də ərzaq məhsulları ilə təmin etməliyik. Bu, birinci məsələdir. Ancaq görülən və görüləcək işlərin miqyasını nəzərə alsaq görərik ki, biz ancaq daxili bazarla kifayətlənə bilmərik. Bizdə istehsal olunacaq məhsullar daxili bazarın tələbatından qat-qat üstün olacaqdır. Ona görə, mən indidən bu göstərişləri mütəmadi qaydada verirəm. Hesab edirəm ki, bunda böyük fayda vardır. Biz yeni bazarlara çıxış yollarını axtarmalıyıq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

