Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal sürətlə artıb

Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal sürətlə artıb

16.07.2013 [16:56]

Prezident İlham Əliyev: Biz artıq çox güclü hərbi sənayeyə malikik 
Məlum olduğu kimi, Azərbaycan yenidən müstəqillik qazandıqdan, daha doğrusu 1993-cü ilin iyunundan sonra Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasət nəticəsində qısa müddət ərzində ordu quruculuğu istiqamətində məqsədyönlü addımlar atılıb. İlk növbədə, müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşan keçmiş ittifaqın Hərbi Sənaye Kompleksi üçün fəaliyyət göstərən müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cu ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradılıb. Milli ordunun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə Ümummilli lider tərəfindən 2003-cü ildə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin tarixdən respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlayır. Bu siyasətin davamı olaraq respublikamızın müharibə vəziyyətində olmasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən həmin ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradılıb.
Ötən illər ərzində mühüm işlərin görülməsi nəticəsində Azərbaycanda müdafiə sənayesi sahəsində əhəmiyyətli nəticələr əldə olunub. MSN-nin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub. Son iki ildə bu müəssisələrdə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılıb. “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu gün hərbi müdafiə sənayesinin əsas sütunları kimi dəyərləndirilə bilər. Bu müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil müasir texnologiyalar istehsal olunur.
Eyni zamanda, respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələrin texniki imkanlarının daha da gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı davamlı tədbirlər görülür. Məsələn, “İqlim” və “Dalğa” kimi elm-istehsalat müəssisələrinin fəaliyyətə başlaması müdafiə sənayesi sektorunda dinamizmin daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Bu strateji obyektlər quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiyalar hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalına görə mühüm əhəmiyyətə malikdir.
Hazırda MSN tabeli müəssisələrində 750 adda məhsul istehsal olunur. 2013-cü ilin birinci rübünün yekunlarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,9 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olub.
Qeyd edək ki, cari il iyulun 1-də Ali Baş Komandan İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya və Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışında iştirak edib. Sadalanan müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə müdafiə sənayesinin inkişafına əhəmiyyətli təsir göstərəcək. Belə ki, hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür. Bu səbəbdən onların utilizasiya edilməsi zərurəti yaranır. Bu məqsədlə Şirvandakı “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılıb. Zavodda, həmçinin, döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcək. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaq.
Atıcı silahlar üçün döyüş sursatlarının istehsalı kompleksinin tamamlanması məqsədi ilə nazirliyin “Araz” zavodundan patronların əsas tərkib hissələrindən biri olan kapsul-alışdırıcıların istehsalı sahəsi də yaradılıb. Burada beş növ “Berdan” tipli kapsul-alışdırıcısının istehsalı nəzərdə tutulub.
Onu da deyək ki, artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. Məsələn, mayın 7-dən 10-dək İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində MSN məhsulları nümayiş etdirilib. İlk dəfə beynəlxalq sərgidə iştirakı 27 adda məmulatla “IDEF-2009” sərgisinə qatılmaqla başlayan MSN bu sərgidə 130 adda müdafiə təyinatlı məmulatla təmsil olunub. “IDEF-2013” sərgisində ilk dəfə olaraq 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş olunub. Nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.
Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda Azərbaycan istehsalı olan hərbi texnika nümayiş olunub. Həmin paradda çıxışı zamanı Prezident İlham Əliyev gələcəkdə hərbi sənaye sahəsində yerli istehsalın gücləndirilməsi ilə bağlı böyük planların olduğunu açıqlayıb: “Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf etmişdir, çoxlu hərbi zavodlarımız vardır. Bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, bizim ixrac imkanlarımız da artmaqdadır. Bu, onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər. Təki iradə, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndiririk və gücləndirməliyik”.
SEVİNC

Paylaş:
Baxılıb: 1088 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31