“Milli şura”da toplaşanlar siyasi baxımdan iflasa uğramış adamlardır
05.07.2013 [01:44]
Mübariz Qurbanlı: Hakimiyyətə gəlmək istəyən şəxs hansısa xarici qüvvəyə istinad edirsə və bunun üçün addımlar atırsa, bu, artıq xəyanət sayılır
“Azərbaycan azad və demokratik dövlətdir. Ölkəmizdə qanunvericilik çərçivəsində hər bir vətəndaş, ayrı-ayrı siyasi partiyalar sərbəst şəkildə seçkilərdə iştirak edə bilərlər. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı da müxtəlif namizədlər irəli sürülür və bundan sonra da sürüləcək. Amma müxalifətin radikal qanadının, vaxtilə hakimiyyətdə olmuş və hakimiyyətdə olduqları zaman ölkəni böyük fəlakətlərə sürükləmiş dairələrin yeni bir namizədinin ortaya çıxması və onun ətrafında hay-küy qaldırması məntiqli deyil. “Milli şura” “vahid namizəd” sözünü istismar etməklə məşğuldur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “obyektiv.tv”yə müsahibəsində deyib.
M.Qurbanlı bildirib ki, “Milli şura”ya toplaşanların böyük əksəriyyəti o şəxslərdir ki, 1992-1993-cü illərdə Azərbaycanda siyasi hakimiyyətdə olublar. Onun fikrincə, “Milli şura” deyilən bir qurumun kənardan bir namizədi dəstəkləməsi orada toplaşan siyasi qrupların və fərdlərin faktiki olaraq özlərinin siyasi baxımdan çox zəif olduqlarını etiraf etmələridir: “Ona görə də, biz belə bir qurumun namizəd irəli sürməsindən hər hansı bir formada narahat deyilik, sadəcə, mətbuat bu barədə suallar verdiyinə görə onlara cavab veririk. Sual verirlər, biz də cavab veririk. Sonra da deyirlər ki, guya biz narahatıq. Biz digər namizədlərlə “Milli şura” deyilən qurumun namizədi arasında heç bir fərq görmürük. O da sıradan bir namizəddir və seçki prosesində onların elan edəcəyi proqram ortada olduqdan sonra təbliğat dövründə onlarla əlaqədar kifayət qədər fikrimizi deyəcəyik”.
Radikal müxalifətin satqın və xəyanətkar hesab olunması ilə bağlı verilən suala cavab olaraq YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan xalqı siyasi partiyaların milli marağa zidd hərəkət etməməsini istəyir. Onun sözlərinə görə, heç bir ölkədə siyasi partiyalar milli maraqları arxa plana keçirə bilməz: “Ölkə Prezidenti həm YAP-ın V Qurultayında, həm də Polis Akademiyasında keçirilən mərasimdə çıxışları zamanı bəzi hadisələrlə əlaqədar müqayisə apardı və müxalifətin radikal qanadının yol verdiyi səhvləri bir daha onların və cəmiyyətin diqqətinə çatdırdı. Bu, çox obyektiv yanaşmadır”.
Millət vəkili hesab edir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda gedən mübarizədə hər hansı siyasi qüvvə özünü əlahiddə şəkildə təqdim edə bilməz. Azərbaycanda başlanan xalq hərəkatı zamanı Azadlıq meydanında bir milyona yaxın vətəndaşımızın hansısa siyasi təşkilat tərəfindən oraya toplanmadığını deyən M.Qurbanlının sözlərinə görə, bu, xalq hərəkatı idi və hərəkatın içərisində siyasi təşkilatlanma prosesi getmişdi: “1992-ci ildə onlar xalqın adı ilə hakimiyyətə gəldilər, amma xalq onları hakimiyyətə gətirmədi. Xalqın adı ilə hakimiyyətə gəlib xalqa qarşı çıxdılar, silah tətbiq etdilər. Ölkənin real problemlərini həll etmək əvəzinə, Azərbaycanda qarşıdurmaya getdilər. “Xəyanət” sözünü ilk dəfə hakimiyyətdə olan AXC və “Müsavat”ın nümayəndələri parlamentdə bir-birlərinə deyirdilər. Biri deyirdi Şuşanı sən satdın, o birisi də deyirdi ki, Kəlbəcəri sən satdın və s. Hakimiyyətə gəlmək istəyən şəxs hansısa xarici qüvvəyə istinad edirsə və bunun üçün addımlar atırsa, bu artıq xəyanət sayılır”.
YAP İcra katibinin müavini onu da deyib ki, “Milli şura”nın elan etdiyi namizəd Rüstəm İbrahimbəyov bizim üçün sıradan bir namizəddir. Onun sözlərinə görə, R.İbrahimbəyov seçki kampaniyasında YAP-ın namizədi ilə rəqabət apara biləcək qabiliyyətə malik deyil. “Bütün göstəricilərə görə bizim namizədimiz “Milli şura”nın irəli sürdüyü namizəddən qat-qat üstündür. 10 il ərzində Azərbaycanda sosial-iqtisadi inkişafı və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlər bunu deməyə tam əsas verir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanda ÜDM üç dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 4-5 faiz civarına endirilib. Cənab İlham Əliyev xalqla daha yaxın təmas qurmaq, xalqın içərisində olmaq, Özünün şəxsi harizması və şəxsi nüfuzuna görə beynəlxalq miqyasda Azərbaycanın maraqlarını yüksək səviyyədə qorumaq baxımından digər namizədlərdən fərqlənir. Ümumiyyətlə, dövlət idarəçiliyi təcrübə tələb edir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və Onun siyasətinin davamçısıdır. Güclü Azərbaycanı güclü lider qura bilər. Güclü lider isə bütün səviyyələrdə xalqımızın maraqlarını qorumağa qadir olmalıdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
“Milli şura”nın namizədinə gəlincə, M.Qurbanlı deyib ki, 74 yaşlı kinorejissor, dramaturq R.İbrahimbəyov dövlət idarəçiliyində təcrübəsi olmayan şəxsdir. O bildirib ki, R.İbrahimbəyovun ətrafına yığışanlar isə bir il hakimiyyətdə oldular və biabırcasına hakimiyyəti qoyub qaçdılar. “Onlar öz canlarını xilas etmək üçün Ulu öndər Heydər Əliyevə müraciətlər etmişdilər. Yəni bu adamlar siyasi baxımdan iflasa uğramış adamlardır. Biz yenidən Azərbaycanı təcrübə meydanına çevirə bilmərik və çevirməməliyik” - deyə, M.Qurbanlı qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

