Siyasi birlik, milli həmrəylik...
01.03.2025 [07:30]
İnkişafımız üçün vacib şərtlərdən biridir
Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını qoyub - bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Artıq ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi dialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da möhkəmlənməsinə yol açır. Bu xoş və əsaslı ənənə davam etdirilir - artıq siyasi mühitin yeni standartlara, yeni çağırışlara uyğun inkişafı üçün əsaslı zəmin formalaşıb. Fevralın 25-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, 24 siyasi partiyanın nümayəndələrinin və həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin təmsilçilərinin iştirakı ilə keçirilən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa yeni siyasi münasibətlər sisteminin inkişafına əsaslı töhfə sayıla bilər.
Arzuxan Əlizadə: Belə görüşlər müsbət tendensiyadır və müsbət qiymətləndirilir
Görüşdə iştirak edən və təəssüratlarını “Yeni Azərbaycan”a bölüşən Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, AMİP tədbirin keçirilməsini təqdir edir: “Partiyamız, ümumilikdə, ölkədə müxtəlif məsələlərlə bağlı siyasi təşkilatların bir araya gəlməsini, dəyirmi masa arxasında məsələlərin müzakirə edilməsini, problemlərin həlli istiqamətlərini birgə müzakirə etməsini dəstəkləyir. Bu baxımdan da analoji tədbirlərin keçirilməsi tərəfimizdən yüksək qiymətləndirilir. Artıq bir neçə ildir ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. 2019-cu ilin noyabrında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Ötən dövr ərzində siyasi partiyalarla əlaqələr genişləndirilib. Bu prosesdə təbii ki, yeni yaradılmış şöbənin və onun rəhbərliyinin kifayət qədər əhəmiyyətli rolu var”.
A.Əlizadə vurğulayıb ki, görüşdə bir sıra dövlət strukturlarının rəsmiləri və siyasi mühitdə təmsil olunan ziyalılarımız iştirak edib. “Keçirilən bu tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən partiyaların rəhbərləri, eləcə də politoloqlar, alimlər, KİV-lərin təmsilçiləri iştirak edirdi. Bu kimi görüşlər siyasi partiyaların ölkənin siyasi gündəmindəki iştirakını daha da aktual edəcək. Bir daha vurğulayım ki, belə görüşlər müsbət tendensiyadır və müsbət qiymətləndirilir”, - deyə AMİP sədri əlavə edib.
Fəzail Ağamalı: Bu çox müsbət bir addımdır...
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyevin iradəsinə söykənən siyasi partiyaların yeni konfiqurasiyası ötən zaman kəsiyində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu inkişaf mərhələsində ortaya qoyulan hədəflərə çatmaq üçün mühüm addımlar atılıb. Bu addımların effektivliyində isə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və orada təmsil olunan peşəkar insanlar xüsusi rol oynayır. Ötən dövr ərzində siyasi partiyalarla iqtidar arasında sağlam və şəffaf əməkdaşlıq formalaşdı. Ciddi əhəmiyyət kəsb edən və siyasi birliyimizin növbəti təcəssümü olan dəyirmi masa partiyalararası və iqtidar-müxalifət münasibətlərində geniş perspektivlər yaradan mühüm hadisə kimi qiymətləndirilməlidir”.
F.Ağamalı deyib ki, fevralın 25-də baş tutan toplantı özündən əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə seçilir. “Bu dəfəki toplantıya politoloqlar, elm adamları, eyni zamanda, bəzi aparıcı KİV-lərin rəhbərləri də dəvət olunmuşdular. Bu çox müsbət bir addımdır. Tədbirdə bir daha milli həmrəyliyimizin yaranmasında, inkişafında siyasi partiyalar arasındakı birliyin ciddi əhəmiyyət kəsb etdiyi xüsusi olaraq önə çəkildi. Bu toplantı həm də bir çox hədəfləri özündə əks etdirdi. Bundan sonra da milli maraqlar və dövlət maraqları ətrafında birləşərək Azərbaycanın taleyüklü məsələlərin həllində dövlətimiz və xalqımızla bir olmağın zəruriliyi, həm Ədalət Vəliyevin çıxışında, həm də siyasi partiya rəhbərlərinin çıxışlarında xüsusi olaraq yer aldı. Eyni zamanda, gələcək dövrdə fəaliyyətin yeni çağırışlar, müasir siyasi dövrə uyğun şəkildə qurulması məsələsi ilə bağlı maraqlı təkliflər səsləndirildi. Bu gün demək olar ki, bütün siyasi qüvvələr dövlətin maraqları ətrafında birləşib. Yalnız marginal AXCP burada istisnalıq təşkil edir. Bu birlik Azərbaycanın güclənməsinə, tarixi torpaqlarımıza sahib çıxmaq üçün şərəfli xidmətimizə hədəflənməlidir. Ümidvaram ki, ciddi tarixi əhəmiyyət kəsb edən toplantı siyasi partiyaların birliyində yeni bir mərhələnin əsasını qoyacaq və bundan sonra əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”, - deyə AVP sədri vurğulayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10

