Azərbaycan ABŞ-ın ən yaxın müttəfiqidir
30.05.2013 [03:59]
Mayın 29-da Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu çərçivəsində “ABŞ-Azərbaycan strateji əməkdaşlıq: ABŞ-Azərbaycan münasibətləri” mövzusunda sessiya keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən sessiyada Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz Paşayev çıxış edib. Rektor deyib ki, hələ XX əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan etmiş Azərbaycan xalqı bütün dünyaya müstəqil şəkildə yaşayıb inkişaf etmək iqtidarında olduğunu sübut edib. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çoxpartiyalı parlamentdən ibarət olub, qadınların seçib və seçilmək hüququnu tanıyıb. Lakin 23 aydan sonra bolşeviklərin təcavüzünə məruz qalan AXC süquta uğrayıb. XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini bərpa edərək hüquqi dövlət qurub. Bir əsrdə 2 dəfə müstəqilliyini əldə edən Azərbaycan hər zaman ABŞ ilə yaxşı münasibətlər qurmağa çalışıb. Müstəqilliyin ilk illərində Azərbaycanda xaos, anarxiya hökm sürürdü və dövlətin ABŞ-ın dəstəyinə ehtiyacı var idi. Lakin ABŞ kimi dünyanın aparıcı dövlətinin diqqətini Azərbaycana yönəltmək çox çətin məsələ idi, ancaq biz buna nail olduq. Bu gün isə ABŞ-Azərbaycan münasibətləri inkişaf mərhələsindədir. Bu münasibətlərin yaxşı olması yalnız iki dövlət üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də əhəmiyyətlidir. ABŞ-da baş vermiş 2001-ci il 11 sentyabr terror aksiyasından sonra Azərbaycan birmənalı olaraq rəsmi Vaşinqtonu terrorla mübarizədə dəstəkləyəcəyini və hər cür yardım edəcəyini bildirib. Azərbaycan ABŞ-ın Əfqanıstanda apardığı terror əleyhinə mübarizədə də fəal iştirak edir.
ABŞ Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn Maknab bildirib ki, Azərbaycan heç bir qarşılıq gözləmədən antiterror əməliyyatlarında ABŞ-a yaxından kömək göstərib, rəsmi Vaşinqtonun bütün xahişlərini qəbul edərək öz hava məkanından istifadə etməyə icazə verib. Əfqanıstana daşınan yüklərin 40 faizi məhz Azərbaycan vasitəsilə həyata keçirilir. Azərbaycan hərbçiləri NATO-nun sülhməramlı qüvvələrinin tərkibində Əfqanıstanda çox cəsarətli xidmət aparır, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər.
Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan general D.Maknab Bakının gündən-günə gözəlləşdiyini, ölkənin böyük inkişaf yolu keçdiyini bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini sədri Səməd Seyidov qeyd edib ki, bu gün ABŞ ilə Azərbaycanın dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərin intensiv inkişafı olduqca əhəmiyyətlidir. Strateji tərəfdaşlıq daha səmərəli və əlverişlidir. Belə şəraitdə birgə iqtisadi layihələri həyata keçirmək asandır və hər iki tərəf üçün faydalıdır. Strateji tərəfdaşlıq həm ABŞ-a, həm də Azərbaycana milli maraqları qorumaqla əməkdaşlıq etməyə imkan verir.
Qeyd olunub ki, Azərbaycan tolerant ölkədir, burada məscidlərlə yanaşı, sinaqoqlar və kilsələr də fəaliyyət göstərir. Milli Məclisdə 25 qadın deputat var ki, bu da ölkədə gender bərabərliyinin mövcudluğuna sübutdur. Azərbaycan xalqı demokratik dəyərləri qəbul edir və bu dəyərlərlə irəliləyərək gələcəyə ümidlə baxır.
Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman hələ 5 il əvvəl səsləndirdiyi fikrini xatırladaraq deyib ki, yaxın gələcəkdə ABŞ-ın ən yaxın müttəfiqi Azərbaycan olacaq. Hazırda dünya soyuq müharibənin başa çatdığı dövrdə yaşayır. Dünyada çox mürəkkəb siyasi proseslər baş verir. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədirlər. Bu qitədəki dövlətlərin mövqeləri qətiyyən uzlaşmır. Halbuki, Avropa dövlətlərinin əksəriyyəti NATO-nun üzvüdür və ilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir. Lakin biz ziddiyyətli münasibətlərdə olan Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona görə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu bir həqiqətdir və bu həqiqət nə qədər tez dərk olunarsa, bir o qədər faydalı olar. 2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilib. Rəsmi Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Lakin Azərbaycan qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan edib və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərib.
Sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49

