/ / Fövqəladə Hallar Nazirliyi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirib
Fövqəladə Hallar Nazirliyi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirib
11.05.2013 [10:24]
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 10-da Fövqəladə Hallar Nazirliyi (FHN) “Kempinski Badamdar” mehmanxanasında təntənəli mərasim keçirib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları FHN-in ictimaiyyətlə əlaqə idarəsinin multimedia mərkəzinin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırladığı “Sən elə bir zirvəsən...” sənədli filminə baxıblar.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən söz açıb.
K.Heydərov bildirib ki, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı göstərən Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu, xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır. Dahi rəhbərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul olunur. Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Ümummilli lider bütün ömrünü, fəaliyyətini Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr edib. Dahi liderin əzmkar fəaliyyəti sayəsində Azərbaycan Respublikasının hərtərəfli tərəqqisinin əsası qoyulub. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamız bütün sahələrdə inkişaf edib.
Nazir deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatımızın, mədəniyyətimizin və digər sahələrin inkişafına çox böyük töhfələr verib. Məhz Onun verdiyi töhfələrin və misilsiz xidmətlərinin nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edir. Sovet dövründə Ulu öndər tərəfindən Azərbaycanda quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirilməsi bu gün ölkəmizdə güclü iqtisadiyyatın təməlini qoyub. Bu təməlin üzərində Prezident İlham Əliyev iqtisadiyyatımızın və digər sahələrin inkişafını təmin edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə həm quruculuq işlərində, həm aqrar sənayedə çox böyük irəliləyişlər olub. Ulu öndər Heydər Əliyev 1970-ci illərdən bugünkü inkişafın təməlini qoyub və Azərbaycanın gələcəyini görüb: “O xalq, doğrudan da, xoşbəxtdir ki, onun lideri vardır. Doğrudan da Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu öndəri var və Onun siyasətini davam etdirən Prezident İlham Əliyevi vardır”.
Ulu öndərin “bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” sözlərini xatırladan nazir bildirib ki, Ümummilli lider Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq hər bir azərbaycanlının təhlükəsizliyinin təminatı, baş verə biləcək təbii və texnogen halların aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, müvafiq işlər görüb. Heydər Əliyev müstəqillik illərində də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı məsələsini daim diqqət mərkəzində saxlayıb.
“Bu gün müstəqil Azərbaycanın öz inkişafının intibah və tərəqqi dövrünü yaşayır”, - deyən Kəmaləddin Heydərov Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hazırda dünyada ən sabit, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən, liderliyini qoruyub saxlayan ölkəyə çevrildiyini qeyd edib.
Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmişə Azərbaycan və azərbaycançılıq prinsipinə, eləcə də iqtisadiyyatımızın yüksəlməsinə mane olan texniki qəzaların vaxtında araşdırılıb aradan qaldırılmasına əməl edib və bundan sonra da buna əməl edəcək.
Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən, Azərbaycanın iqtisadi inkişafı naminə gördüyü işlərdən danışıb.
S.Novruzov vurğulayıb ki, Heydər Əliyevin bütün addımları xalqı qorumağa, onun inkişafına yönəlib. Ulu öndər Heydər Əliyevin yenidən rəhbərliyə gəlişi, ölkədə separatizmin qarşısını alıb, Azərbaycanı parçalanmadan, bacarıqsız idarəçilərdən xilas edib. Azərbaycan xalqının Heydər Əliyevə sevgisi tükənməzdir. Çünki bu böyük şəxsiyyət hər zaman xalqına xidmət edib. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, Azərbaycan Respublikasının müstəqilliyini əbədi və dönməz edib.
Deputat deyib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşdırılan Fövqəladə Hallar Nazirliyi bu gün nəinki Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə baş verən təbii fəlakətlərin və digər fövqəladə halların aradan qaldırılmasında mühüm rol oynayır. O, milli kadrların hazırlanmasında nazirliyin bütün strukturlarının, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bütün lazımi avadanlıq və vəsaitlə təchiz olunduğunu vurğulayıb.
Tədbir bədii hissə ilə davam etdirilib.
Tədbirə nazir müavinləri, FHN-in müvafiq strukturlarının rəhbərləri və əməkdaşları qatılıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

