ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycandakı həqiqətləri əks etdirmir
24.04.2013 [15:44]
Əli Həsənov: Hesabatın subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bəzi faktların təhrif edilməsi, ən əsası isə bu və ya digər məsələlərə dair Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi, ümumilikdə, sənədin obyektivliyini şübhə altına almağa tam əsas yaradır
Məlum olduğu kimi, bu günlərdə ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqlarının vəziyyəti ilə bağlı 2012-ci il üzrə hesabatı açıqlayıb. İllik hesabatın Azərbaycana aid olan hissəsində ölkəmiz haqqında insan haqlarının vəziyyəti gerçəkliklə müqayisədə, xeyli aşağı qiymətləndirilib, ölkəmiz tənqidə məruz qalıb.
Qeyd edək ki, bu, beynəlxalq səviyyədə ölkəmizə qarşı yönələn ilk belə məzmunlu hesabat deyil. Azərbaycan konturları dəqiq müəyyənləşdirilmiş inkişaf xəttinə malikdir. Ölkəmiz müstəqilliyinin ilk illərindən etibarən demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunu tutub. Bu məqsədlə, Azərbaycan bir çox beynəlxalq qurumlarla, xüsusən də Avroatlantik məkanla fəal əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar içərisində Azərbaycanın Avropa Şurası, ATƏT, Avropa Parlamenti, AŞ PA kimi qurumlarla qurduğu çoxillik səmərəli əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Bundan başqa, ölkəmiz ikitərəfli əlaqələr çərçivəsində demokratiya dəyərlərinin möhkəmləndirilməsi, insan haqlarının müdafiəsinin gücləndirilməsi yönündə Amerika Birləşmiş Ştatları ilə də intensiv əlaqələrə malikdir. Beləliklə, Azərbaycan özünün demokratiya və hüquqi dövlət quruculuğunu ən qabaqcıl dünya təcrübəsinin milli dəyərlərlə uzlaşdırılması əsasında həyata keçirir.
Azərbaycanın bu sahədə kifayət qədər böyük uğurlar qazandığını da söyləmək mümkündür. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası müasir demokratiyanın tələblərinə uyğunluğu baxımından ən uğurlu ali qanun nümunələrindən biri hesab oluna bilər. Eyni zamanda, digər sahələrdə yaradılan qanunvericilik bazası da məhz demokratik əsaslara söykənir. Belə ki, ölkəmizdə azad informasiya mühiti yaradılıb, dövlət senzurası hüquqi və praktik baxımdan tam aradan qaldırılıb, vətəndaşlara geniş seçki azadlıqları verilib. Ölkəmizdə ən çox diqqət yetirilən məsələlərdən biri kütləvi informasiya vasitələrinin, mətbuatın azad fəaliyyəti, qeyri-hökumət təşkilatlarının və digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş şəraitin yaradılması, internetdən istifadədə heç bir məhdudiyyətin olmamasıdır. İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı çox sürətlə gedir. Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, Azərbaycan söz, mətbuat, infomasiya azadlığının yüksək səviyyədə təmin olunduğu bir ölkədir və Dövlət Departamentinin hesabatında Azərbaycanda bu məsələlərin xeyli tənqid olunması obyektiv gerçəkliyə uyğun deyil.
Azərbaycanda insan hüquqlarının qorunmasına müsbət təsir edən məqamlardan biri korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin xeyli gücləndirilməsi, bu sahədə yeni, mütərəqqi metodların istifadə edilməsidir. Belə ki, cəzalandırma üsulları ilə yanaşı, sənədləşdirmə, qeydiyyat və digər prosedurların sadələşdirilməsi, elektron hökumət quruculuğu, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və digər tədbirlər bu işə öz töhfəsini verməkdədir. Bu isə Azərbaycanda insan hüquqlarının qorunma səviyyəsinin yüksək olduğunu söyləməyə əsas verən daha bir mühüm məqamdır.
Bütövlükdə, hesabata nəzər saldıqda, aydın olur ki, bəzi fərdi neqativ hallar ümumiləşdirilərək ölkə səviyyəsində insan haqlarının müəyyən sahəsi ilə bağlı mənzərəni göstərən əlamət kimi qiymətləndirilib. Halbuki, müəyyən neqativ hallara “demokratiyanın beşiyi” sayılan dövlətlər də daxil olmaqla, istənilən ölkədə rast gəlmək mümkündür. Ciddi dəlillərə əsaslanmayan, bəzi hallarda qərəzli məqsədlərə xidmət edən ayrı-ayrı şəxslərin iddialarının ölkəmiqyaslı problem şəklində təqdim olunması hesabatın hazırlanması zamanı ən azından süni şişirtməyə yol verilməsi deməkdir. Rəsmi Bakının sözügedən hesabata reaksiyasından da görünür ki, sənəddə kifayət qədər təhriflərə yol verilib. Xatırladaq ki, Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı qeyd olunan fikirlərə münasibətini bildirən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, strateji tərəfdaş kimi Azərbaycanla ABŞ energetika, təhlükəsizlik istiqamətləri ilə yanaşı, demokratiya sahəsində də sıx əməkdaşlıq edir və bu baxımdan, rəsmi Bakı Dövlət Departamentinin hesabatında Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyətinə diqqət yetirilməsinə normal yanaşır: “Lakin hesabatın subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bəzi faktların təhrif edilməsi, ən əsası isə bu və ya digər məsələlərə dair Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi ümumilikdə sənədin obyektivliyini şübhə altına almağa tam əsas yaradır”.
Şöbə müdiri Azərbaycanda KİV-lərin fəliyyətinə aidiyyəti olan qanunların beynəlxalq standartlara tam uyğunlaşdırıldığını, ölkəmizdə 5000-ə yaxın KİV-in qeydiyyata götürüldüyünü və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçdiyini, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, yüzdən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resurslarının fəaliyyət göstərdiyini söyləyib.
Dövlət Departamentinin hesabatında digər bir məqam sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda bu məsələ müvafiq qanunvericiliklə tənzimlənib. Lakin bəzi qüvvələr ölkə daxilində asayişi pozmaq, təxribatlar törətmək məqsədilə qanunlara zidd əməllərə yol verirlər və təbii olaraq, belə insanlara qarşı siyasi əqidəsindən, peşəsindən asılı olmayaraq müvafiq tədbirlər görülür. Hesabatda Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlərə münasibət bildirən Ə.Həsənov bu məsələdə ölkəmizə irad tutan dövlətlərin, ilk növbədə, öz daxilindəki vəziyyətə nəzər salmalarını məqsədəuyğun bilib: “Bu gün Avropanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar öz narazılıqlarını bildirən dinc nümayişçilərə qarşı su şırnağından, rezin güllələrdən və digər bu kimi vasitələrdən istifadə olunması geniş praktikaya çevrilmişdir. ABŞ və Avropada insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına göz yumanların Azərbaycana qarşı haqsız iradlarını heç bir halda səmimi qəbul etmək olmaz”.
Göründüyü kimi, hesabatının mətnində Azərbaycana münasibətdə qeyri-obyektiv yanaşma özünü göstərir. Buna baxmayaraq, Azərbaycan demokratiya prinsiplərinin möhkəmləndirilməsi yolunda irəliləməkdə davam edir. Azərbaycandakı mövcud iqtisadi inkişafı, azad biznes mühitini, ölkəmizin digər sahələrdəki uğurlarını əks etdirən beynəlxalq hesabatlar da kifayət qədərdir. Eyni zamanda, Azərbaycanın göstəricilərini özündə əks etdirən nüfuzlu beynəlxalq təşkilatların hesabatları ictimaiyyətin diqqətini daha çox cəlb edir, ölkəmizdə ən mötəbər beynəlxalq tədbirlər keçirilir, həmin tədbirlər bütün dünyada işıqlandırılır və beləliklə, dünya ictimaiyyəti Azərbaycandakı gerçəkliklər barədə daha yaxşı maarifləndirilir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

