Dekabrın 10-da...
03.12.2024 [09:38]
Ombudsman Ermənistanın müharibə cinayətləri haqqında yeni hesabat təqdim edəcək
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yüzlərlə kənd və qəsəbələr tamamilə yerlə-yeksan olunub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Hansı ki, bu, ən böyük cinayətlərdən biridir. Bundan başqa, mülki insanların kütləvi qətli, onların əsir və girov götürülməsi, 4 minə yaxın insanın taleyi haqqında heç bir məlumatın verilməməsi müharibə cinayətləri sırasındadır.
Ermənistan işğal dövründə ekoloji terror törədib
Eləcə də, işğal dövründə təxminə 60 min hektar meşə fondu məhv edilib. Həmin torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqları dağıdılıb, meşələr qırılıb və satılıb, torpaqlarımız qanunsuz yollarla istismar edilib. Xatırladaq ki, bu ərazilərin böyük hissəsini Ermənistanın kriminal rejimin başçıları öz mənafeləri naminə istifadə edirdilər. Son 30 ildə itirilmiş gəlir, ekologiyamıza vurulan ziyan da hesablanır. Təbiətə dəymiş ziyan Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınır. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlərin qanunsuz istismarına xarici şirkətlər də cəlb edilib. Azərbaycan Ermənistanın bu cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edir.
Yeri gəlmişkən, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə 10 dekabr Ümumdünya İnsan Hüquqları Günündə yeni hesabat təqdim ediləcək. O, həmin tarixdə yeni hesabatla bağlı mətbuata geniş məlumat veriləcəyini qeyd edib.
Erməni cinayətləri beynəlxalq müstəvidə ifşa olunur
S.Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyasındakı çıxışında da bu mövzuya diqqət çəkdiyini xatırladıb: “Bizim bütün tədbirlərimizdə əsas mövzu əlbəttə ki, Qarabağdır. İƏT yanındakı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası da bu mövzuda Azərbaycana yaxından dəstək olur. İƏT tərəfindən Xocalı soyqırımı genosid aktı kimi qəbul edilib, Bərdənin ermənilər tərəfindən bombalanmasına kəskin münasibət bildirilib, mütəmadi olaraq müxtəlif qətnamələr, qərarlar qəbul edilib. Birgə hesabatımız da təqdim olunacaq”.
Qeyd edək ki, sözügedən tədbirdə ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan Səbinə Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Ombudsman işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.
Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib.
İşğalçı ölkə milyardlarla dollar təzminat ödəməlidir
Ümumiyyətlə, bütün bu əməllərə görə Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir. Qeyd etdiyimiz kimi, Ermənistanın törətdiyi bu əməllər müharibə cinayətləridir. Ermənistan münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqla müharibə cinayətlərini İkinci Qarabağ savaşı zamanı da davam etdirib. Rəsmi İrəvan bütün bu kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablanması Ermənistanın ədalət mühakiməsindən qaça bilməyəcəyini göstərir. Beynəlxalq məhkəmələrdə işğalçı ölkə böyük məbləğdə təzminat ödənilməsi tələbi ilə üz-üzə qalacaq. Bütün bunlar rəsmi İrəvanın törətdiyi əməllərinə görə cavab verəcəyinin mesajıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41

