/ / Professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” Qızıl ordeni təqdim edilib
Professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” Qızıl ordeni təqdim edilib
14.03.2013 [15:48]
Martın 13-də Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) “Xidmətlərə görə” Qızıl ordeninin təntənəli surətdə təqdim edilməsi mərasimi olub.
Filialın rus ədəbiyyatı tarixi kafedrasının dosenti Andrey Krupçanov təntənəli mərasimi açaraq, MDU-nun və Bakı filialının fəaliyyətindən danışıb. O bildirib ki, bu gün Bakı filialı ölkənin ən nüfuzlu və aparıcı ali məktəblərindən biridir. Bakı filialı riyaziyyat, psixologiya, filologiya, kimya və iqtisadiyyat üzrə bakalavr və magistrlərin hazırlandığı dinamik inkişaf edən ali təhsil ocağıdır. Filial dünyanın aparıcı universitetləri ilə fəal əməkdaşlıq edir. Son iki ildə Azərbaycanda ilk dəfə olaraq tədris və yaşayış korpuslarını ehtiva edən universitet kampusu inşa edilib. Burada ən müasir elmi avadanlıq quraşdırılıb, universitetin bütün əməkdaşlarının və müəllimlərinin bir araya gəlməsi üçün əsas olan mühit yaradılıb. O bildirib ki, professor Nərgiz Paşayevanın əzmkarlığı sayəsində MDU-nun Bakı filialı qısa müddətdə təkcə ölkənin deyil, həm də onun hüdudlarından kənardakı ali məktəblər arasında layiqli yer tuta bilib.
Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası Direktorlar Şurasının sədri, baş direktoru, professor Haynts Helmut Veypustek fəxri ordenlə təltif edilməsi münasibətilə rektor Nərgiz Paşayevanı təbrik edərək deyib ki, Bakıda olmaq onun üçün şərəfdir.
Haynts Veypustek Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının fəaliyyətindən danışaraq bildirib ki, onun təmsil etdiyi qurum beynəlxalq qeyri-hökumət təşkilatıdır. Senat Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının ali orqanıdır. Senata ictimai həyatda mühüm rol oynayan peşəkarlar, məsələn, dövlət xadimləri, nüfuzlu iş adamları, Avropa Parlamentinin üzvləri, universitetlərin rektorları və s. seçilirlər.
Sonra Haynts Helmut Veypustek Nərgiz Paşayevaya fəxri Qızıl ordeni təqdim edib.
Professor Nərgiz xanım Paşayeva “Xidmətlərə görə” Qızıl ordenlə mükafatlandırılması və onun fəaliyyətinə verilən yüksək qiymətə görə Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasına dərin minnətdarlığını və təşəkkürünü bildirib.
Nərgiz Paşayeva çıxışında vurğulayıb ki, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti mədəni-tarixi baxımdan ölkənin həyatında əhəmiyyətli rol oynayır. O deyib: “Hazırda bu universitet planetimizin altıdabir hissəsində özünün qeyd-şərtsiz birinciliyini saxlayır. Universitet bu günün özündə Rusiya elminin və mədəniyyətinin başlıca mərkəzi olaraq qalmaqdadır”.
Rektor Nərgiz xanım Paşayeva qeyd edib ki, Moskva Dövlət Universitetində bütün dövrlərdə insanları ətraf mühiti öyrənməyə və başa düşməyə, deməli, özünü təkmilləşdirməyə, daxilən mənəvi-əxlaqi zənginləşməyə öyrədiblər. Elm və təhsilin gücünün sərhədi yoxdur, o, xalqları və dövlətləri birləşdirir.
Rektor bəşəriyyətin inkişafında Avropanın mənəvi-maarifçilik rolunu vurğulayaraq bildirib ki, bütün dünya sivilizasiyasının inkişafına lazımlı təkanı elə Avropada yaradılmış ilk universitetlər verib.
Professor deyib: “Bu gün hər bir savadlı insanın şüurunda Avropa elmin, texnikanın, habelə mədəni irsin bütün sahələrində tərəqqi, gözəllik və romantika ilə assosiasiya olunur. Bunlarsız yaşamaq mümkün deyildir. Zaman Avropanın gözəl simasını dəyişə bilməmişdir”.
Nərgiz xanım Paşayeva bildirib ki, Sovet İttifaqının dağılmasından sonra dünya bütövlükdə dəyişib, Avropa da dəyişib. Məhz bu dövrdə, ötən əsrin 90-cı illərində “İkisürətli Avropa” ifadəsi yaranıb. Bu, o deməkdir ki, Avropa cəmiyyəti qeyri-bərabər inkişaf edir. Bəzi ölkələr sürətlə inkişaf edir, bəziləri isə inkişaf sürətinə görə geri qalır. Lakin XV-XVI əsrlərin humanistlərinin istifadə etdikləri “Avropa balansı”, “Avropa tarazlığı” kimi digər terminləri də yada salmaq lazımdır. Alimin fikrincə, bu gün həmin terminlər ölkələrimiz üçün də aktual və zəruridir.
MDU-nun Bakı filialının bütün nailiyyətlərinin uzun və gərgin fəaliyyətin nəticəsi olduğunu vurğulayan rektor deyib ki, universitetdə rusiyalı həmkarlarla birlikdə mütəşəkkil bir komanda yaranıb. N.Paşayeva əlavə edib: “Bugünkü mükafatın MDU-nun filialının hər bir əməkdaşına aidiyyəti vardır”.
Xanım Nərgiz Paşayeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının assistentliyindən M.Lomonosov adına MDU-nun Bakı filialının rektoru vəzifəsinədək mürəkkəb yol keçib. N.Paşayeva Azərbaycanın Əməkdar elm xadimidir, onun səyləri ilə qısa müddətdə Bakıda regionun ən yaxşı ali məktəblərindən biri yaradılıb. Burada təhsilin keyfiyyəti ən yüksək tələblərə cavab verir.
Rektor N.Paşayeva monoqrafiya və kitabların, elmi və dövri mətbuatda dərc olunmuş onlarca məqalənin müəllifidir.
Professor Nərgiz Paşayevanın layiq görüldüyü mükafatlar sırasında dünya mədəniyyətinin inkişafına töhfəyə görə UNESCO-nun medalı və Macarıstanın “Xidmətlərə görə” Komandor Xaç Ordeni var. O, Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına və rus incəsənətinin xaricdə təbliğinə böyük töhfəsinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilmiş yeganə qadındır.
Professor Nərgiz Paşayeva yaradıcı şəxsiyyətdir. Onun 2006-cı ildə yaratdığı “ÜNS” Teatrı sənətsevərlərin sevimli məkanına çevrilib.
Filologiya elmləri doktoru, pedaqoq, ictimai xadim, professor Nərgiz Paşayevanın bütün nailiyyətləri gərgin əməyin nəticəsidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü və İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva öz tələbələri üçün əsl vətənpərvərliyin gözəl örnəyidir.
Xatırladaq ki, iqamətgahı Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası 2012-ci il dekabrın 13-də Nərgiz Paşayevanın “Xidmətlərə görə” Qızıl ordeni ilə təltif edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” Qızıl ordeni xadimlərə fəaliyyətində böyük xidmətlərinə və yüksək peşəkarlığına görə verilir.
Sonda səhnə MDU-nun Bakı filialının əsas qəhrəmanlarına - konsertlə çıxış edən tələbələrə verilib. Tədbir ənənəvi olaraq tələbə himninin ifası ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

