/ / Mübariz Qurbanlı: Türkiyə Prezidenti Abdullah Gül Serj Sarkisyanı təbrik etməklə onun saxta qələbəsinə mənəvi dəstək verənlər sırasında olub
Mübariz Qurbanlı: Türkiyə Prezidenti Abdullah Gül Serj Sarkisyanı təbrik etməklə onun saxta qələbəsinə mənəvi dəstək verənlər sırasında olub
22.02.2013 [02:21]
“Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş vermiş qanun pozuntuları hər kəsə bəllidir. Bu ölkədə seçkilər faktiki olaraq ciddi qanun pozuntuları ilə müşayiət olunub. Real rəqiblərə sui-qəsdlərin edilməsi şəraitində və saxtakarlıq yolu ilə Serj Sarkisyanın qələbə qazanması beynəlxalq mətbuatda da özünə geniş yer tapıb. Təəssüf doğuran odur ki, S.Sarkisyanın saxta seçkilərinə bəzi beynəlxalq təşkilatlar ikili standartlarla yanaşırlar, kifayət qədər təpki göstərmirlər. Eyni zamanda, bizi daha çox bu təəssüfləndirir ki, Azərbaycanın strateji müttəfiqi olan, dost və qardaş hesab etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül də tələsik saxta yolla seçilmiş Sarkisyanı təbrik edir”. Bu fikirləri www.yap.org.az saytına Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, S.Sarkisyanı “qələbə” münasibətilə təbrik edənlər var. Amma dost ölkənin başçısının saxta yolla prezident seçilmiş və təcavüzkar ölkənin rəhbəri olan Sarkisyanı belə tələsik təbrik etməsi bu saxta seçkiləri ört-basdır etməkdə müəyyən rol oynayır. “S.Sarkisyanı tələm-tələsik təbrik edənlərin bir məqsədi var. Bu da onun saxta yolla prezident seçilməsini ört-basdır etməkdən ibarətdir. Hazırda Ermənistan müxalifəti saxta seçkiyə etiraz əlaməti olaraq aksiyalar keçirirlər. Belə bir şəraitdə S.Sarkisyana təbrik teleqramlarının göndərilməsi ona bir növ mənəvi dəstək rolunu oynayır. Bu mənada, biz təəssüf edirik ki, Türkiyə Prezidenti özünün təbriki ilə Sarkisyana mənəvi dəstək verənlər sırasında olub. Bu təbrik teleqramı heç də Ermənistanın Türkiyəyə münasibətini dəyişməyəcək. Ermənistanın və dünya ermənilərinin Türkiyəyə qarşı nə torpaq iddiası, nə də qondarma “erməni soyqırımı” iddiası bu cür təbriklərlə geri alınan deyil. Ermənilər bu iddialarından geri çəkilməyəcək, çünki erməni xisləti bizə bəlli bir məsələdir. Eyni zamanda, Türkiyə ictimai rəyi də bu məsələyə birmənalı yanaşmır. Türkiyə mətbuatı bu məsələyə geniş yer verir və hesab olunur ki, indiki şəraitdə bu təbrik vaxtından qabaq atılan addımdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

