Kazan görüşü: sülh prosesində növbəti mərhələ
26.10.2024 [12:37]
Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması nəzərdə tutulur
Cənubi Qafqazda sülhün formalaşması regional sabitliyin yaranması ilə yanaşı, yeni iqtisadi gündəmə əsaslı təsir göstərir. Belə ki, mövcud situasiyada önə çıxan çağırışların hər biri nəticə etibarı ilə sülhlə əlaqəlidir - istər regional təhülkəsizliyin təmin edilməsi, istər iqtisadi münasibətlərin yeni formatda inkişafı prosesi, istərsə də beynəlxalq əməkdaşlığın daha irəli aparılması üçün yaranması gərəkən zəmin sülhə söykənir. Bu mənada, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi bütövlükdə, region ölkələri tərəfindən diqqətlə izlənir.
Son dönəmlərdə verilən bəyanatlar, açıqlamalar sülhlə bağlı pozitiv mənzərə yaratsa da, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ortaya mühüm suallar çıxarır. Halbuki, beynəlxalq hüququn tələblərinə uyğun davranış İrəvan üçün yeni perspektiv deməkdir - sülhün imzalanması üçün göstərilən səylər iqtisadi-siyasi dividendlərə əsaslanır.
İkitərəfli danışıqlar davam edir...
Təsadüfi deyil ki, sülh məsələsi yenidən müzakirə predmeti olub - oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Əslində, sülhlə bağlı bütün detallar kifayət qədər açıqdır. Sülh üçün mütləq şərt kimi çıxış edən məsələlər öz həllini tapmalıdır. 2022-ci ildən başlanan və ötən dövr ərzində bir neçə mərhələdə müzakirə və mübadilə edilmiş, bəzi məsələlər üzərindən razılıqların əldə olunduğu sülh prosesində müəyyən irəliləyişlər də nəzərə çarpır:
- Ötən ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlaması;
- Qarşılıqlı olaraq hərbçilərin azad edilməsi;
- Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi;
- COP29-a ev sahibliyini dəstəkləməsi;
- Bu ilin aprelində 4 kəndin qaytarılması, 13 kilometrlik ərazidə müvafiq delimitasiya hətta demarkasiya fəaliyyətinin reallaşdırılması;
- Müvafiq komissiyaların apardığı birgə müzakirələr, qəbul edilən Əsasnamə bu tezisi dəstəkləyir.
Yeri gəlmişkən, bu ilin avqustunda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə oktyabrın 23-də Ermənistan parlamenti tərəfindən təsdiqlənib. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası arasında “Dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” sənəd ratifikasiya edilib. Bu da özlüyündə Azərbaycanın sülhlə bağlı ortaya qoyduğu tələblərin İrəvan tərəfindən yerinə yetirilməsinin təsdiqi kimi meydana çıxır.
İrəvan beynəlxalq hüquqa riayət etsə...
Bununla belə, sülh üçün əsas amillər hələ də açıq qalmaqdadır. Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərtdən biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülhü üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklərin edilməlidir.
Digər məqam isə, vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll oluna bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk Qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.
İkitərəfli formatın yaratdığı üstünlüklər...
Beləliklə, Kazan görüşü növbəti dəfə Azərbaycanın məsələyə yanaşmasının haqlı olduğunu bütün detalları ilə ortaya çıxardı - keçirilən ikitərəfli görüşdə səsləndirilən fikirlər, verilən təlimatlar onu göstərir ki, məsələnin qarşılıqlı təmas formatında real həlli mövcuddur. Məsələyə kənar müdaxilə və ya fərqli vasitəçilik “arzusu” üçüncü bir tərəfin bu və ya digər şəkildə ən minimal həddə də olsa, öz maraqları müstəvisindən çıxış etməsinə yol açır. Bu mənada, Azərbaycan müzakirələrin ikitərəfli təmas formatında inkişafını dəstəkləyir. O başqa məsələdir ki, ayrı-ayrı dost ölkələr, həm Azərbaycan, həm də Ermənistanla münasibəti olan dövlətlər bu ikitərəfli müzakirələrin reallaşması üçün məkan-platforma təklifləri edirlər. Bir müddət əvvəl Qazaxıstanda baş tutan bu tip ikitərəfli görüş, son Kazan görüşü buna misaldır.
Beləliklə, Ermənsitan üçün hazırki münbit şərait bir çox üstünlüklər vəd edir - İrəvan destruktiv qüvvələrin boş və yalan vədlərinə inanmamalı, bölgənin gələcək pespektivi üçün yenidən təhdid yaratmamalıdır. Əksinə, sülhün imzalanması bölgəyə yeni iqtisadi şəkilləndirmə verəcəyi qədər Ermənistanın da dirçəlməsinə vəsilə olacaq. Bu isə İrəvanın dövlət maraqları ilə üst-üstə düşür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

