/ / Türkiyə səfiri: Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin gələcəyi üçün yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu
Türkiyə səfiri: Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin gələcəyi üçün yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu
15.09.2024 [14:34]
Sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişinin və paytaxtımızın bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib: “Müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan cücərdi, qardaşlığımız əziz xatirələrinizlə daha da gücləndi. Qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhadəti vəzifə bilib tarixə yazdığınız dastana bənzər qəhrəmanlıqlar 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını erməni işğalından azad etməsi üçün də ilham mənbəyi oldu. Azərbaycanın haqlı mübarizəsində Türkiyənin siyasi və mənəvi dəstəyi ilə qazanılan Qarabağ Zəfərindən sonra - 2021-ci il iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin gələcəyi üçün ən önəmli yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu”.
Daha sonra Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzülüb.
Mərasim iştirakçıları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55

