Cinayətə bərabər məsuliyyətsizlik
17.08.2024 [19:05]
Biz bir xalq olaraq çimərlikləri, dağlarımızı, meşələrimizi, o cümlədən də işğaldan azad olunmuş ərazilərdə yaşıllıqları, bulaqların ətrafını zibilləyən yaramazlara qarşı barışmaz mübarizə aparmalıyıq
Postmüharibə dövründə tarixi anlara şahidlik edirik. Artıq Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə otuz illik ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın göçü başlayıb. Eyni zamanda, bəhs olunan ərazilər minalardan təmizləndikcə paytaxtda və ölkəmizin digər guşələrində yaşayan insanlar o yerlərə getmək, Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Zəngilanı, Cəbrayılı canlı-canlı görmək istəyirlər. Qarabağa səfər edənlərin sayı ötən hər gün artır. Soydaşlarımızın dövlətimizin gücü ilə bərpa olunan doğma şəhər və kəndlərinə məmnuniyyətlə dönmələri, eləcə də insanlarımızın bir neçə günlüyə də olsa, Qarabağa səfərə getmək istəkləri çox yaxşıdır. Bunlar Azərbaycan xalqının vətənpərvərliyini, yurdcanlı olmasıını təcəssüm etdirir. Biz düz otuz il torpaq həsrəti ilə yaşamışıq, yuxularımızda Şuşanı görmüşük, xəyallarımız yurd yerlərimizə uçub, ruhumuz daim o yerlərdə dolaşıb. Şanlı Zəfərlərimizdən sonra isə artıq ürəyimizin dərinliyindəki Qarabağ həsrətinə son qoyulub, indi biz aylı-ulduzlu bayrağımızın əzəmətlə dalğalandığı azad torpaqlarımıza azad şəkildə gedib-gələ bilərik. Bu, bizim üçün böyük xoşbəxtlikdir, eyni zamanda, üzərimizdə çox ciddi məsuliyyət yaradır.
Ancaq Qarabağımıza insanların kütləvi axını bir sıra hallarda arzuolunmaz məqamlarla da müşayiət olunur. Belə hallardan biri barəsində söhbət açmaq istərdik. Məsələn, Şuşaya, Laçına aparan yolların ətrafındakı yaşıllıqların, bulaqların ətrafının zibillənməsi acı təəssüf doğurur. Əvvəllər biz belə hallara Abşeronda Xəzər sahillərindəki çimərliklərdə daha tez-tez rast gələrdik. Xəzərin qızıl qumlu sahillərində istirahətə, sərinlənməyə gələnlər yeməklərin qalığını, qarpızın, yemişin qabığını, boş su qablarını yığışdırmaq barədə düşünməz, elə orada da qoyub gedərdilər. Nəzarətin gücləndirlməsi nəticəsində belə halalr müəyyən qədər azalsa da yenə də təkrarlanır.
İndi isə oxşar mənzərələrə işğaldan azad olunmuş ərazilərdə rast gəlinir. Bəziləri sanki Qarabağın xalqımız üçün hansı müstəsna önəm daşıdıöğının fərqində deyillər. Qarabağın hər qarışı uğrunda igid Azərbaycan əsgərinin, zabitinin qanı tökülüb, onlar bu yerlər uğrunda canlarını veriblər, Vətən müharibəsinin hər günündə irəli gediblər və Zəfər çalıblar. Bu, hansısa uzaq tarixdə yaşanmayıb, bütün proseslər indiki nəslin şahidliyi ilə baş verib. Qarşımızda çox məkrli, hiyləgər və xarici güclər tərəfindən dəstəklənən düşmən var idi. Xatırlayırıq ki, müharibə günlərində ölkəmizə, Prezidentimizə, Ali Baş Komandana müxtəlif mərkəzlərdən nə qədər təzyiqlər olurdu. Ancaq biz dayanmadıq. Prezident İlham Əliyev bütün təzyiqləri Ona məxsus olan yüksək diplomatik məharətlə dəf edərək Azərbaycanı Qələbəyə apardı. Bu böyük Zəfəri xalqımız, dövlətimiz qazandı və burada əsas yük gənclərimizin üzərinə düşdü.
Bütün bunlardan sonra bəzi insanların Şuşanı, Laçını, Xankəndini, Kəlbəcəri öz təsəvvürlərində yalnız bir istirahət məkanı kimi qəbul edərək burada ətrafa zibil atmağı özlərinə rəva görmələri, ekoloji mühitə ziyan vurmaları cinayətə bərabər bağışlanmaz günahdır. Onsuz da bu yerlərdə ana təbiətimiz otuz il ərzində erməni vandallarının “yaşıl soyqırımına” məruz qalıb. Bəsitçay, Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib. Ermənilər bir sıra şəhər və kəndlərimizi yer üzündən silməklə, tarixi mədəni-dini abidələrimizi dağtmaqla, təhqirlərə məruz qoymaqla yanaşı, həm də yeraltı-yerüstü sərvətlərimizi - mineral su mənbələrini, meşə fondunu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talayıb. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edərək xammal kimi xarici ölkələrə satıb.
Belə faktların siyahısı çox uzundur. Qarşımızda onilliklər ərzində insanlıq simasını itirən, bütün humanist dəyərlərdən uzaq olan xain düşmən dayandığını bilirik. Onlar ölkəmizə ziyan vurmaqdan ötrü hətta təbiətə qəsd etməkdən belə çəkinməyiblər. Düşməndən bundan artıq nə gözləyəsən? Bəs şəhidlərimizin, qazilərimizin qanı ilə suvarılmış işğaldan azad olunmuş ərazilərə bivec, ögey münasibət bəsləyərək burada ətrafa, yaşıllıqlara, bulaqların yan-yörəsinə zibil atanlara nə ad verəsən? Bu torpaqları azad etmək, milli sərvətlərimizə sahib olmaq üçün minlərlə şəhid canından keçib, Prezident İlham Əliyev başda olmaqla bütün xalqımız əlindən gələni edib. Bu müqəddəs yerlərdə ərazilərin zibillənməsi, ilk növbədə şəhidlərimizin ruhuna, xalqımıza qarşı hörmətsizlikdir.
Bu gün Qarabağımızda böyük miqyaslı işlər görülür – müasir infrastruktur qurulur, şəhərlər, kəndlər salınır, tarixi abidələr bərpa olunur. O cümlədən ana təbiətə qayğı göstərilir, yeni yaşıllıqlar salınır. Bu gün Prezident İlham Əliyev o torpaqları cənnətə çevirir, bütün gücümüz, potensialımız o ərazilərin nümunəvi bərpasına yönəlib. Bəs özlərində heç bir məsuliyyət hiss etmədən ətrafı zibilləyən yaramazlar nə edirlər?
Əslində, belə yaramazlar ayaq basdıqları hər yeri zibilləyir, natəmizlik yaradırlar. Təkcə işğaldan azad olunmuş torpaqlar deyil, yuxarıda vurğuladığımız kimi, Xəzər sahillərindəki çimərliklərə, dağlarımıza, meşələrimizə, istirahət və turizm zonalarına da münasibət eynidir. Sual olunur: Nə vaxta kimi belə davam edəcək? Bir xalq olaraq belə hallara qarşı kəskin mübarizə aparmalıyıq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28

