Fransa mətbuatında Şampan regionunda Azərbaycan günlərindən bəhs edən yazılar geniş yer alıb
31.10.2012 [02:50]
Şampan regionunda gündəlik nəşr olunan nüfuzlu “L’ Union” qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Reims şəhərinə gəlişi və buradakı tədbirdə çıxışından ətraflı bəhs edən məqalələr dərc edib. “Azərbaycanın səfir xanımı Reimsdə” sərlövhəli yazıda bildirilir ki, Qafqazın gənc müstəqil respublikasının birinci xanımı Mehriban Əliyevanın çıxışı və onun ölkəsi haqqında maraqlı sərgi və konsert Azərbaycan barədə az məlumatı olan reimslilərdə zəngin təəssürat yaradıb. Qəzet yazır ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə ilk dəfə tanış olan reimslilər bu günəşli ölkəyə maraqlarını gizlətməyərək daha ətraflı məlumat əldə etməyə çalışırdılar.
Məqalədə qeyd olunur ki, sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycanın zəngin və tarixi mədəniyyətə malik ölkə olduğu barədə fransızlarda geniş təsəvvür yaradıb.
Qəzetin “Reims azərbaycanlıları qəbul etmişdir” sərlövhəli digər məqaləsində deyilir: “Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir”.
Başqa bir yazıda isə Azərbaycan musiqiçilərinin konsertinin müvəffəqiyyətlə keçdiyi vurğulanıb və qeyd edilib ki, həmin konsertə maraq o qədər böyük idi ki, konservatoriyanın konsert zalı tamamilə dolub, hətta bəzi tamaşaçılar ayaqüstə dayanıb, yer olmadığından zala buraxılmayan yüzlərlə reimsli qapı ağzındaca qalıblar.
Qəzetin 19 oktyabr tarixli nömrəsində dərc olunan “Mehriban Əliyeva Reimsdə Azərbaycana həsr olunan sərgi və konserti təntənəli şəkildə açır” məqaləsində ölkəmiz, onun iqtisadi inkişafı, qədim tarixi, zəngin mədəniyyət və mənəvi dəyərləri barədə ətraflı məlumat verilir, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrdən, habelə Azərbaycanın hüdudlarından kənarda göstərdiyi humanitar yardımlardan bəhs olunub.
Qəzetin 26 oktyabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Reimsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” mövzusunda tədbirin böyük müvəffəqiyyətlə keçdiyi diqqətə çatdırılır. Azərbaycanın qədim bir ölkə olmasından söhbət açan müəllif bu diyarın dünya ədəbiyyatına Məhəmməd Füzuli kimi dahilər verməsi, XX əsrin əvvəllərində Şərq dünyasında ilk demokratik dövlətin Azərbaycanda qurulması, ilk dəfə qadınlara seçki hüququ verilməsi, yeraltı və yerüstü sərvətlərlə zənginliyi, tolerant mədəniyyətə, ənənələrə, tarixə və nəhayət, sivilizasiyaya malik ölkə olması haqda fransız oxucularına ətraflı məlumat verilir.
Musiqinin də bu gözəl ölkənin xəzinəsi olduğunu diqqətə çatdıran müəllif Şərqdə geniş yayılan muğamın Azərbaycanın ən qədim musiqi janrı olduğunu, 2003-cü ildə UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edildiyini bildirib.
Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Elmar Məmmədovun fikirlərinə istinadən qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü və səyi ilə 2004-cü ildə regionların inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının həyata keçirilməsinə, infrastrukturların inkişafına xüsusi diqqət yetirilməyə başlanıb.
Fransız iş adamlarını, səyahət həvəskarlarını Qafqazın incisi olan Azərbaycana dəvət edən səfir Elçin Əmirbəyovun vaxtilə fransız yazıçısı Aleksandr Dümanın (ata) ölkəmizə səfər etməsi, Azərbaycanın Şərq ilə Qərb arasında, qədim İpək yolunun üzərində yerləşdiyinə dair fikirləri “Azərbaycan Şalon-an-Şampanda” adlı yazıda yer alıb.
Regionun həftəlik “Vendredi” adlı mətbu orqanında Azərbaycanla bağlı sərgi və konsertin Reimsdən sonra Şalon-an-Şampanda təşkil edildiyi və hər iki tədbirin təsəvvürəgəlməz müvəffəqiyyət qazandığı barədə ətraflı bəhs olunub. Qəzet səfirliyimizin birinci katibi Elmar Məmmədovun sözlərinə istinadən bildirir: “Zəngin neft və qaz ehtiyatları olan Azərbaycanın bu sahədə Fransa ilə yaxşı əlaqələri var”.
Qəzetdə Azərbaycan muğamı və onun tarixi haqqında ayrıca məqalədə ətraflı söhbət açılır, Azərbaycanın eyni zamanda “Odlar yurdu” adlandırıldığı qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32

