Erməni kilsəsi, yoxsa “fransız kölgəsi”?
11.05.2024 [10:33]
Gücsüz etirazçılar kürsü davası aparır
Cənubi Qafqazda sülhün aktuallaşdığı bir zamanda Ermənistan daxilində bəzi qüvvələr prosesə mane olmaq üçün səfərbər ediliblər. Xəbər verildiyi kimi, Azərbaycan ilə Ermənistan arasında delimitasiyanın başlaması ilə bağlı aprelin 19-da əldə edilmiş razılığa əsasən Tavuş ərazisində ərazilərin müəyyənləşməsi prosesinə qarşı etiraz aksiyası başlanılıb. Mayın 4-də İrəvana yürüş başlayıb. Mayın 9-da Respublika meydanında “Baqrat hərəkatı” adlandırılan aksiyanın lideri arxiyepiskop Qalstanyan baş nazir Nikol Paşinyanın impiçment prosesinin başlandığını elan edib. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın mayın 9-u axşamı mitinqçiləri evlərinə getməyi təklif edib və mayın 10-da səhər saatlarından etibarən yenidən İrəvan küçələrində etiraz edəcəklərini bildirib.
Dünən mayın 10-da isə arxiyepiskop Qalstanyan tələbələri kütləvi tətillərə başlamağa çağırıb. Qeyd edək ki, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi də etiraz aksiyası ilə bağlı tətilə başlayıb. Onlar müxtəlif fakültələrə gedib “Tələbələr ayağa qalx” qışqıraraq tələbələri tətilə qoşulmağa çağırıblar. Tələbələr qarşısında çıxış edən keşiş Baqrat Qalstanyan 1988-ci ildə baş verənləri xatırladıb.
Bu arada baş nazir Paşinyanın impiçmenti ilə bağlı məsələnin reallaşma ehtimalı olduqca aşağıdır - o baxımdan ki, müxalifət həm impiçment proseduruna başlamaq, həm də onu uğurla həyata keçirmək üçün kifayət qədər səsə malik deyil. Ermənistan mətbuatının məlumatına görə, impiçmentin reallaşması üçün müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları ilə fəal müzakirələr aparılır. Lakin bu ideyanı həyata keçirmək üçün müxalifətin kifayət qədər səsi yoxdur. Ermənistan qanunvericiliyinə görə, impiçment proseduruna başlamaq üçün 36 deputatın və ya parlamentarilərin ümumi sayının üçdə birinin imzasını toplamaq lazımdır. Müxalifətin isə ümumilikdə, 35 deputatı var - hətta prosesi başlamaq üçün onlara daha 1 səs lazımdır. Nəzəri cəhətdən bunu müstəqil deputatların köməyi ilə reallaşdıra bilsələr belə sonradan səsvermədə çoxluğu əldə etmək daha çətin görünür. “Şərəfim var” katibi Tiqran Abramyanın jurnalistlərə açıqlamasına görə, bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb.
“Hayastan” blokundan olan deputat Artur Xaçatryan isə bildirib ki, prosedura başlamaq üçün müxalifət baş nazirliyə namizədini təqdim etməlidir. Müvafiq forma alındıqdan sonra isə 24 saat ərzində tələb olunan 36 imza toplanmalı, daha sonra 48-72 saat ərzində impiçmentlə bağlı səsvermə keçirilməlidir. Vurğulandığı kimi, səsvermənin nəticəsi Paşinyanın xeyrinə görünür - impiçment üçün ən azı 54 səs lazımdır ki, müxallifət bunu reallaşdırmaq üçün minimum ətrafına 18 deputat daha əlavə etməlidir. İrəvanın ayrı-ayrı küçələrində baş tutan aksiyalar isə davam etdirilib. Mərkəzləşdirilmiş mitinq Respublika meydanına axşam saatlarına təyin edilib.
Bu arada etirazçıların baş nazir namizədi haqda məlumat verilmir - bununla belə, erməni mətbuatı əsasən iki şəxsin üzərində dayanır. Bunun biri keçmiş prezident Robert Köçəryan, digəri isə keçmiş Ombudsman Arman Totayandır. Bütün bu qarışıqlığın başında dayanan kilsə isə bu “namizədlərin” heç birini dəstəkləmək fikrində görünmür - yayılan məlumatlarda erməni Qriqoryan Kilsəsinin başçısı Qareginin hazırkimproseslərin əsas aparıcı siması Baqrat Qalstanyanın namizəd olmasını istəyir. Beləliklə, yaradılan bu qarışıqlıqdan hər bir “düşərgə” öz xeyri üçün istifadə etmək arzusundadır.
Siyasi mütəxəssislər isə Ermənistanda baş verənləri xarici təsirlərin proyeksiyası kimi dəyərləndirir. Xüsusilə, Azərbaycanla vasitəçisiz görüşlərin keçirilməsi perspektivi dövründə bu kimi etirazların formalaşdırılması prosesə açıq mane olmaq istəyindən doğur. Siyasi analitiklər daha çox Qərb “əlini” bu işin səbəbkarı kimi vurğulayır. O baxımdan ki, revanşist siyasi müxalifət hələlik ikinci plandadır - öndə olan isə Fransanın siyasi xəttinə sadiqlik nümayiş etdirən kilsədir. Bu nöqteyi nəzərdən etiraz aksiyalarının məhz qərb dairələri tərəfindən “stimullaşdırılması” real görünür.
Xalqın mütləq əksəriyyəti isə regiona sülhün gəlməsini dəstəkləyir. Sosial şəbəkə seqmentlərində çıxış edən ermənilər baş verənləri növbəti siyasi ssenari adlandırıblar. Onların fikrincə, Ermənistanın müstəqil dövlət kimi ayağa qalxmasını istəməyən qüvvələr “kilsə etirazlarının” rüşeymini təşkil edir. Ermənilər iddia edirlər ki, Paşinyanın öz sərhədləri daxilində dövlət qurmaq arzusu onlar üçün daha yaxşı gələcək vəd edir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

