"Ölkəmizin sağlam gələcəyinin qurulmasında hər birimiz məsuliyyət daşıyırıq"
17.01.2024 [11:02]
Qadın, ana və uşaq sağlamlığı hər zaman, bütün şərtlərə rəğmən aktualdır. Çünki ana və uşaq sağlamlığı gələcək nəsillərin sağlamlığı deməkdir. Mövzu mütəmadi olaraq medianın, ictimaiyyətin diqqətindədir, desək yanılmarıq. Ölkəmizdə, xüsusilə bölgələrdə ana və uşaq sağlamlığına dair Quba Regional Perenatal Mərkəzin direktoru, "Analıq məktəbi" layihəsinin rəhbəri Şəhla Həsənovanın fikirlərini oxucularla bölüşürük.
- Şəhla xanım öncə istərdik, ölkəmizdə ana və uşaq ölümü ilə bağlı vəziyyətə nəzər salaq...
- Azərbaycan Respublikasında Nazirlər Kabinetinin 2006-cı ildə qəbul etdiyi “Ana və uşağın sağlamlığının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq Bakı şəhərində Respublika Perinatal Mərkəzi, regionlarda isə 6 Regional Perinatal Mərkəz yaradılmışdır. Bu proqram hamilə qadınlara və doğulan körpələrə diqqətin artırılmasını, doğuşa yardım tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılmasını, tibbi heyətin nəzəri biliklərin və praktiki bacarıqlarının keyfiyyətinin artırmasını nəzərdə tutur. Qeyd edilən məsələlər TƏBİB tabeli müəssisələrdə daima nəzarət altındadır, tibbi xidmətin təkmilləşməsi üçün bütün zəruri tədbirlər görülməkdədir. Statistik rəqəmləri təhlil etdikdə ana və körpə sağlamlığının qorunması sahəsində xeyli müsbət dəyişikliklər diqqəti cəlb etməkdədir. Onu da xatırladaq ki, ölkəmizdə yaradılan 7 Perinatal mərkəz Naxçıvan, Lənkəran, Sabirabad, Şəki, Gəncə, Quba və Bakı şəhərlərində fəaliyyət göstərir. Mərkəzlər ən müasir avadanlıqlarla təmin edilib. Perinatal mərkəzlərin yaradılmasında məqsəd bu spesifik sahədə tibbi xidmətin ölkə üzrə bərabər paylanaraq əhali üçün əlçatan olmasıdır. “Ana və uşağın sağlamlığının qorunmasına dair tədbirlər Proqramı”nın tətbiqinin nəticəsi olaraq ana və körpə ölümünün sayında kəskin azalma müşahidə olundu.
- Sözügedən mövzu ilə bağlı verilən məlumatlar belə deməyə əsas verir ki, sanki ana və körpə ölümü daha çox bölgələrdə qeydə alınır...
- Etiraf edək ki, paytaxtda zərurət yarandıqda lazım olan mütəxəssisləri asanlıqla bir araya gətirmək mümkündür. Bölgələrdə kadrların - mama ginekoloq, cərrah, reanimatoloq sayı məhduddur. Başqa bir ciddi səbəb isə paytaxt gənclərinin bölgələrdə yaşayan bəzi gənclərlə nisbətdə daha məlumatlı olmaqları, qərar verməkdə sərbəstliyi, həkimi ilə sıx əlaqədə olmasıdır. Bəzən hamiləlik haqqında lazımlı məlumatın olmaması ağır fəsadlara gətirib çıxarır. Bu baxımdan xüsusilə bölgələrdə, ucqar bölgələrdə tibbi maarifləndirməyə çox ciddi ehtiyac var. Bu baxımdan Ailə Sağlamlıq Mərkəzlərinin üzərinə ciddi məsuliyyət düşür. Bilavasitə şimal bölgəsində çalışdığım üçün, Qubada bu istiqamətdəki müşahidəmi sizinlə bölüşmək istərdim. Məlum olduğu kimi, hamilənin ciddi nəzarətdə olması, ana bətnində inkişaf edən körpənin diqqətlə izlənilməsi ən vacib məsələdir. Ailə Sağlamlıq Mərkəzlərinin vəzifələrindən biri də hamiləliyin hər hansı bir patalogiyasını gözdən qaçırmamasıdır. Bir az öncə qeyd etdiyim kimi, hamilələrə nəzarət ölkəmizdə milli protokollarla tənzimlənir. Milli protokolumuza əsasən hamiləlik müddətində qadına 7 həkim mama-ginekoloq baxışı və sahə mamasının 12 evdə baxışı həyata kecirilməlidir. Bu qaydalara məsuliyyətlə əməl olunduqda hamiləliklə bağlı hər hansı patolojı durumun gözdən qaçması qeyri mümkündür və bu hamilənin və bətnindəki körpənin sağlam qalmasına zəmin yaradır. Bildiyimiz kimi, ölkəmizdə icbari tibbi sığorta tətbiq olunub və hamilə xanımlara göstərilən tibbi xidmət dövlət tərəfindən qarşılanır. Qubada hamilə qadınlar Ailə Sağlamlıq Mərkəzində çalışan mama-ginekoloq və mamalar tərəfindən tam qayğı və diqqətlə əhatə olunublar. Əlavə olaraq hamilələrə whatsapp qruplar yaratdıq. Qrupların yaranmasında məqsəd hamiləlik müddətlərinə uyğun lazım olan məlumatlar, həkimə ziyarət vaxtı gəldikdə xatırlatmalar göndərilir. Qrupda hamiləlik dövrünün sağlam başa çatması üçün tövsiyyələr, maarifləndirici məlumatlar, motivasiya xarakterli söhbətlər, təcrübələr paylaşılır, hamilələri maraqlandıran suallar anındaca cavablandırılır. Hamilələrlə yaradılan sıx ünsiyyət hamiləyə kreativ yanaşma kimi qiymətləndirilə bilər. Açığı bu təcrübənin nəticələri ürəkaçan oldu. Hər hansı bir patolojı hal yarandıqda ana Ailə Sağlamlıq Mərkəzinə çağırılır, mütəxəssislər tərəfindən konsultasiya olunur, ehtiyac olduqda stasionar müalicə üçün Quba Regional Perinatal Mərkəzinə yerləşdirilir. Bu əlaqələndirmədə kənd mamaları yaxından iştirak edir, ən ucqar kəndlərlə belə operativ əlaqə qurulur. Eyni zamanda kənd mamaları yaranan istənilən durumla bağlı operativ bilgi toplaya bilirlər. Hamilələrlə aparılan işdə tətbiq etdiyimiz yeniliklər, müasir yanaşmalar hamilələr tərəfindən rəğbətlə qarşılanıb və xəstə məmnunluğunun artmasına səbəb olub. Qubada hamilələrin ciddi nəzarətdə olması üçün qurduğumuz bu sistem özünü doğrultdu, desəm yanılmaram.
Ümumilikdə bu sahədə müşahidə olunan müsbət dəyişiklik “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin və həyata kecirilməsinin məntiqi nəticəsidir. Bu sərəncamdan irəli gələn tapşırıqlara əməl olunması, bu sahədə mövcud olan problemlərin sürətlə aradan qalxmasını təmin edir.
- Bir həkim kimi fikirləriniz maraqlıdır. Uşaqların sağlam böyüməsi, sağlam nəsil kimi yetişməsi haradan başlayır? Mütəxəssis kimi tövsiyyələriniz...
- Bir körpə bir ailənin sabahı, bir xalqın, bir millətin gələcəyidir. Körpələrin, uşaqların hüquqlarını müdafiə edən qanunvericilik aktları, beynəlxalq konvensiyalar mövcuddur. Azərbaycan bütün bu hüquqi aktlara qoşulub. Deməli, körpələrin sağlamlığı hər bir dövlət üçün strateji məsələdir. Məlum olduğu kimi, Prezident İlham Əliyev uşaq hüquq və müdafiəsinə dair müxtəlif fərman və sərəncamlar imzalayıb, dövlət konsepsiyası qəbul olunub. Ölkəmizdə hamilə qadınların və 18 yaşına qədər uşaqların sağlamlığı dövlət tərəfindən sığortalanıb. Azərbaycanda bir körpənin sağlam dünyaya gəlməsi üçün bütün hüquqi, tibbi, maddi-texniki baza, dövlət təminatı mövcuddur. Deməli, insanların öz sağlamlığına münasibəti , həkimlərin məsuliyyəti, onların arasında sağlam əməkdaşlığına ehtiyac var. Körpə ana bətnində yarandığı üçün bir ananın sağlamlığı körpənin sağlamlığı deməkdir. Əgər bir qadın sağlam övlad sahibi olmaq istəyirsə, ilk növbədə hamiləlikdən əvvəl müayinələrdən keçməsi şərtdir. Qadında hər hansı xroniki xəstəlik varsa, o hamiləlikdə özünü daha sərt büruzə verir. Nəticədə müalicə almağa məcbur olan ana qəbul etdiyi dərmanlarla tək özünü yox, bətnində daşıdığı körpəni də təsirə məruz qoyur. Əlbəttə, bu arzuolunmaz bir haldır. Ona görə də qadın öncə müayinə və müalicə edilməli, hətta çürük dişlər belə müalicə olunmalı, daha sonra hamiləliyə qədəm qoymalıdır. Məsələn, sidik cinsiyyət orqanlarının infeksiyaları, ürək və qaraciyər, böyrək patalogiyaları ciddi ağırlaşmalara gətirə bilər. Hamiləlik kifayət qədər ciddi münasibət tələb edən bir fizioloji haldır və qadının öz sağlamlığına diqqət etməsini tələb edir..
- Sizcə qadınlarımızın öz sağlamlıqlarına münasibəti necədir, bu baxımdan müşahidələriniz nə deyir?
- Həyatda A-dan Z-yə hər şey hərəkətdə, inkişafdadır. Zamanla hər şey hansı məcraya yol almasından asılı olmayaraq dəyişir. Ona görə də insanın hər zaman maariflənməyə, bilik və bacarıqlarını artırmağa, yaşadığı həyat tərzinə diqqətlə yanaşmağına ehtiyacı var. Düşünürəm ki, hər doğulan qız övladı gələcəyin anasıdır. Bu baxımdan öncə körpələrin göz açdığı ailələrdə ,uşaq bağçalarında, məktəblərdə, daha sonra ali təhsil ocaqlarında maarifləndirmə proqramları fasiləsiz həyata keçirilməlidir. Qız övladlarımıza kiçik yaşlarından öz sağlamlığına, gigiyenasına diqqətlə yanaşmağı aşılamalıyıq. Aparılan maarifləndici işin nəticəsi olaraq sağlam ana, sağlam körpə, daha geniş pəncərədən baxdıqda isə ölkəmizin sağlam gələcəyini qurmuş olacayıq. Qısacası, qız övladlarımızın hərtərəfli formalaşması üçün, eyni zamanda ölkəmizin sağlam gələcəyinin qurulmaslnda bu gün hər birimiz məsuliyyət daşıyırıq. Onu da qeyd edim ki, biz Qubada fəaliyyət göstərən məktəb, kollec, ali tədris ocaqlarında mütəmadi konfranslar keçirir, yeniyetmələri, gəncləri mümkün qədər məlumatlandırmağa çalışırıq. Quba Regional Perinatal Mərkəzində “Analıq Məktəbi” çərçivəsində isə maarifləndirici işimizi daha da genişləndirməyə başlamışıq. ”Analıq Məktəbi” ilə daha geniş auditoriyaya xidmət etməyi planlaşdırırıq.
İntizar Əmirova
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

