Mədəniyyət, ədəbiyyat və mənəviyyat qəzeti...
17.11.2022 [10:24]
30 yaşlı “525” - Rəşad Məcidlə müsahibə
Bu gün qəzetçilik sahəsində xüsusi yeri olan “525-ci qəzet”in doğum günüdür. Bir igidin ömrünə bərabər olan qəzetin nə az, nə çox, 30 yaşı tamam olur. “525-ci qəzet” ötən əsrin 1990-cı illərində Azərbaycanda nəşr olunan yeni qəzetlərdən biri olub. İlk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb.
Başda Rəşad Məcid olmaqla bir qrup gənc jurnalist tərəfindən əsası qoyulan qəzet sonradan jurnalistika məktəbinə çevrilib. Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxıb. Qəzetin baş redaktoru Rəşad Məcidlə əlaqə saxlayıb “525”in 30 illik fəaliyyəti, bu illər ərzində üzləşdiyi çətinliklər və gələcək planları barədə söhbətləşdik.
“Yeni Azərbaycan” müsahibəni təqdim edir:
- “525-ci qəzet”in 30 illik fəaliyyətini necə dəyərləndirirsiniz?
- “525-ci qəzet”in keçdiyi yol müstəqil Azərbaycanın keçdiyi keşməkeşli, tarixi bir yoldur. Qəzetin ilk sayında təsisçi olaraq bir fikir yazıb bildirmişdim ki, “525-ci qəzet” gənclərin qəzeti olacaq. Həqiqətən də, “525-ci qəzet” 30 il ərzində gənclərin qəzeti olaraq qaldı. Biz eyni zamanda yaşlı nəslin, klassik jurnalistlərin, peşəkar qələm adamlarının da qəzetinə çevrildik. Əslində “525-ci qəzet”in ən böyük üstünlüyü odur ki, yaşlı nəsil-peşəkar yazıçılar, jurnalistlər və publisistlərlə yeni nəslin ən gənc yazarlarını bir araya gətirdi, onların yazılarını səhifələrdə yanaşı verdi. Bu məqam ənənənin davam etməsi, təcrübənin öyrənilməsi baxımından olduqca əhəmiyyətli idi. İllərdir ki, “525-ci qəzet”də çoxlu jurnalist yetişib, Azərbaycanın elm adamları qəzetimizi məktəb adlandırırlar, biz də bununla qürür duyuruq.
- Bu illər ərzində “525-ci qəzet” hansı çətinliklərlə üzləşib?
- “525-ci qəzet”in fəaliyyətinin ilk illərində Azərbaycan mətbuatında Dövlət sirlərini mühafizə edən Baş İdarə var idi. Qəzetimizin vərəqlərinin ağ çıxdığı vaxtlar olub. 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə mətbuatda Dövlət sirlərini mühafizə edən Baş İdarə ləğv olundu, Azərbaycanda senzura tarixə qovuşdu. Həmin zamanlarda məmurlarla jurnalistlər arasında qarşıdurmalar olurdu və bu məsələlərin hər birində “525-ci qəzet” özünün təvazökar və orta rolunu həmişə oynayıb. Hazırda yeni media yaranıb və yeni media ənənəvi medianı bəzi hallarda sıradan çıxartmaqdadır. Buna baxmayaraq, “525-ci qəzet” bununla ayaqlaşmağa çalışır, qəzetimiz elektron versiyası olan qədim qəzetlərdən biridir. 2000-ci ildən saytımız var, eyni zamanda çalışırıq ki, digər platformalarda da “525-ci qəzet”in nüfuzunu qoruyub-saxlaya bilək. Lakin zaman, informasiya texnologiyaları dəyişir və bizim üçün nə qədər acı və kədərli olsa da, qəzetlər artıq tarixə çevrilməkdədir. Ona görə də hazırda mətbuat formasını dəyişir, yeni media yaranır və biz də istəyirik ki, “525-ci qəzet” yeni mediada da əvvəlki nüfuzunu qoruyub saxlaya bilsin.
- Hazırda kollektiviniz neçə nəfərdən ibarətdir?
- Kollektivimizin təxminən 20 nəfər üzvü var, lakin ənənəmiz belədir ki, kənar müxbirlərimiz də olur. Eyni zamanda “525-ci qəzet”ə köşə və digər yazılar yazan əməkdaşlar var. Onları da əlavə etsək, təxminən 30 nəfər əməkdaşımız var.
- Bu günü xüsusi olaraq qeyd edəcəksiniz?
- “525-ci qəzet”in 20 illik yubileyi keçiriləndə ölkəmizdə çox böyük rezonans doğurmuşdu. Yubileyimizə Azərbaycanda siyasi spektrın bütün nümayəndələri, mədəniyyət və incəsənət adamları toplaşmışdı. O zaman yubileyimizi “Gənclik sarayı”nda keçirmişdik. Sonrakı illərimizi isə xüsusi olaraq qeyd etmədik. Ancaq 25 illik yubileyimiz Bakı Dövlət Universitetində (BDU) baş tutdu. Bunun da mənası var idi, Azərbaycanın samballı universiteti bir qəzetin yubileyinin keçirilməsi üçün şərait yaratmışdı. Bu gün isə 30 yaşımız tamam olur və bu günü AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA-nın Ədəbiyyat İnstitutunda keçirəcəyik. Yubileyimizdə həm İsa Həbibbəyli çıxış edəcək, həm də akademik Teymur Kərimli məruzə edəcək. Bundan başqa, AMEA-nın müxbir üzvləri- Misir Mərdanov, Könül Bünyadzadə “525-ci qəzet” barədə fikirlərini bildirəcəklər. Bu 4 akademikin hər biri eyni zamanda “525-ci qəzet”in müəllifləridir, bununla da qürur duyuruq.
- Sizcə, Azərbaycanda “525-ci qəzet” deyəndə yada ən çox nə düşür?
- Məncə, daha çox mədəniyyət, ədəbiyyat və mənəviyyat...
- Qəzetinizlə bağlı gələcək planlarınız nədir?
- Artıq elə bir dövrə gəlib çıxmışıq ki, qəzetin yazılı versiyası ilə bağlı hansısa yenilik düşünmək o qədər də perspektivli deyil. Amma sosial media platformalarında da fəaliyyət göstəririk, yutub kanalımızı açmışıq və digər sosial platformalarımız fəaliyyət göstərir. Eyni zamanda saytımızı da yeniləmişik, feysbuk, instaqram səhifələrimizi də gücləndirmək istəyirik ki, “525-ci qəzet”i yeni mediada qoruyub-saxlaya bilək.
Söhbətləşdi: Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29

