/ / Şahin Əliyev: Qanunverici və icraedici hakimiyyətlər arasında qanunvericilik işlərinin planının qarşılıqlı razılaşdırılması adi prosedura sayılır
Şahin Əliyev: Qanunverici və icraedici hakimiyyətlər arasında qanunvericilik işlərinin planının qarşılıqlı razılaşdırılması adi prosedura sayılır
05.05.2010 [10:28]
- Bəzi KİV-lərdə Azərbaycanda Konstitusiya çevrilişinin həyata keçirildiyi yazılır. Bu iddialara səbəb Azərbaycan Prezidentinin parlamentə göndərdiyi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müzakirəsidir. Bu qanunun predmeti birbaşa Sizin rəhbərlik etdiyiniz şöbənin - Prezident Administrasiyasının Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin fəaliyyət dairəsini əhatə edir. Söhbət hansı Konstitusiya çevrilişindən gedir?
- Guya Konstitusiya çevrilişi həyata keçirildiyi barədə “dərin düşüncəli” mühakimələrə qanun layihəsinin 43.1 maddəsi səbəb olub. Məqalə müəllifləri iddia edir ki, bu maddəyə əsasən Milli Məclisin qanunvericilik planı mütləq Prezidentlə razılaşdırılmalı və bundan sonra Azərbaycan Prezidentinin razılığı olmadan parlament heç bir qanunu qəbul etmək hüququna malik deyil. Qanun layihəsinin 43.1 maddəsində belə əks olunub: “Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir”. Söhbət qarşılıqlı şəkildə razılaşdırmadan gedir. Əgər məqalə müəlliflərinin məntiqi ilə yanaşsaq, onda iddia etmək olar ki, Azərbaycan Prezidenti də Prezident Administrasiyasının qanunvericilik işləri planına bir layihə də daxil edə bilməz. Qanunverici və icraedici hakimiyyətlər arasında qanunvericilik işlərinin planının qarşılıqlı razılaşdırılması praktikası demokratik ölkələrdə adi prosedura sayılır. Söhbət layihələrin hazırlanması fəaliyyətinin koordinasiya olunmasından, bu prosesdə bir-birini təkrarlamağa yol verməməkdən gedir.
- Sizcə, Konstitusiya çevrilişi ilə bağlı sensasiyalı iddiaların ortalığa çıxmasına nə səbəb olub?
- Məncə, söhbət istənilən yolla, hətta ictimaiyyət üçün açıq olan bir sənədin konkret müddəalarının təhrif edilməsi ilə sensasiya axtarışından gedir. Nədənsə, normativ aktların layihələrinin linqvistik, hüquqi və digər ekspertizalarının, o cümlədən antikorrupsiya ekspertizasının keçirilmə ardıcıllığının dəqiq şəkildə əks olunduğu qanun layihəsinin müddəaları qəzetdə dərc olunan məqalələrin müəlliflərinin nəzərindən qaçıb. “Normativ-hüquqi aktlar” barədə Konstitusiya qanunu layihəsi Venesiya Komissiyasında, həmçinin avropalı ekspertlər tərəfindən ekspertizadan keçirilib. Azərbaycan 2006-cı ildə Avropa İttifaqı ilə imzaladığı Fəaliyyət Planına əsasən normativ aktlara dair qanun layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsinin təmin olunması barədə Avropa Komissiyası qarşısında öhdəlik götürüb. özünü demokratik hesab edən mətbuat özü demokratiyanın qaydalarına riayət etmir. Bir müddət əvvəl mən özüm “Azadlıq” qəzetində senzuranın mövcudluğu faktı ilə rastlaşdım. Qəzetin 19 aprel saylı nömrəsində Rövşən Hacıbəylinin mənim haqqımda yazdığı məqalədə iddia olunurdu ki, guya mən Prezident Aparatına işə 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə götürülmüşəm. “Azadlıq” qəzetinin elektron formatı oxucuların məqalələrə dair öz şərhlərini yazmasına imkan verir. Lakin mənim və tanışlarımın məqalə müəllifini bu vəzifəyə hələ Sovet İttifaqı dövründə, 1991-ci ilin oktyabrında təyin olunmağım barədə inandırmaq cəhdlərim boşa çıxdı. Bu məqaləyə şərhlər “Azadlıq” qəzetinin saytında yerləşdirilmədi.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

