/ / Zahid Xəlil: Dünyanın ədəbiyyat biliciləri Nizami Gəncəvi yaradıcılığı ilə tanış olduqca onun dahiliyini bir daha etiraf edirlər
Zahid Xəlil: Dünyanın ədəbiyyat biliciləri Nizami Gəncəvi yaradıcılığı ilə tanış olduqca onun dahiliyini bir daha etiraf edirlər
12.01.2021 [09:25]
Müsahibimiz yazıçı-şair, filologiya elmləri doktoru, professor Zahid Xəlildir:
- Zahid müəllim, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu Sərəncamın əhəmiyyətini necə dəyərləndirirsiniz?
- İlk olaraq belə bir Sərəncam imzaladığı üçün cənab Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm. 2020-ci ildə möhtəşəm qələbə qazanan Azərbaycan dövləti mədəniyyət sahəsində də öz qədimliyini, gözəl, əvəzsiz söz sənətkarlarına malik olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Qeyd etmək istəyirəm ki, Nizami Gəncəvi dünyada bənzəri olmayan bir klassikdir. Dünyanın ədəbiyyat biliciləri Nizami Gəncəvi yaradıcılığı ilə tanış olduqca onun böyüklüyünü, dahiliyini bir daha etiraf edirlər. Dahi şairimizin 880 illik yubileyində dövlətimizin böyük Nizami Gəncəviyə verdiyi dəyəri olduqca yüksək qiymətləndirirəm. Ümumiyyətlə, möhtərəm Prezidentimiz milli mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə diqqət və qayğısını əsirgəmir. Qeyd edim ki, bu ənənə Ulu Öndərimiz Heydər Əliyevdən gəlir. Hələ Sovet dövründə Ulu Öndər Heydər Əliyev klassiklərimizin yubileylərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı qərarlar verməklə milli ədəbiyyatımızın, mədəniyyətimizin geniş miqyasda tanınmasını təmin edirdi. Bu yolu Prezident İlham Əliyev çox yüksək səviyyədə davam etdirir.
Yeri gəlmişkən, bir məqamı xatırlatmaq istəyirəm. Bir dəfə Ulu Öndər Heydər Əliyevin Mərdəkanda yazıçılarla görüşü keçirilirdi. Mən də həmin görüşdə iştirak edirdim. Heydər Əliyev həmin toplantıda dörd saat Nizami Gəncəvi haqqında danışdı və nitqi o qədər əhatəli idi ki, bu dörd saatın necə gəlib keçdiyini heç birimiz hiss etmədik. Əslində, Ulu Öndərin fikirləri Nizami Gəncəvi irsinin araşdırmaçısı olan insanlara yeni istiqamətlər və tapşırıqlar idi.
- 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi həm də gənc nəsil üçün bu ədəbi irslə daha yaxından tanış olmaq imkanı yaradır. Sizcə, bu amil gənclərin mənəvi inkişafında hansı rolu oynayacaq?
- Bu gün biz Nizami Gəncəvini dünya ədəbiyyatının böyük siması, klassiki hesab edirik və bu həqiqətən də, belədir. Təbii ki, həm də Nizami Gəncəvini yetişdirən Azərbaycan xalqı var. Nizami Gəncəvi zəngin mənəvi dəyərlərə malik olan bir xalqın mədəniyyəti üzərində yetişib. Nizami Gəncəvini, Məhəmməd Füzulini, İmadəddin Nəsimini yetişdirən xalqın mənəvi zənginliyi isə ölçüyəgəlməzdir. Mən Nizami Gəncəvinin “İsgəndərnamə” əsərini nəsrə çevirmişəm və bir daha şahidi oldum ki, o, çox qeyri-adidir, çox nəhəngdir. Bəzən Nizaminin bir beytində böyük bir poema yatır. Nizamini dərk etmək üçün mütləq onu oxumaq lazımdır. Təəssüf ki, müasir dövrdə kitab oxuyanların sayının azalması klassik ədəbiyyata da marağı azaldıb deyə bilərik. Amma məhz bu ildən istifadə edib Nizami kimi klassiki tanıtdırmaqla yanaşı, həm də onun ədəbi-bəddi irsini ən əsası gənc nəslə geniş çatdırmalıyıq.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, Nizami Gəncəvi həm də böyük uşaq şairidir. Bu qənaətə necə gəldiniz?
- Nizami Gəncəvinin əsərlərində xalqımızın fəlsəfi fikri, milli sosiologiyamız, psixologiyamız öz əksini tapıb. Bu mənada, Nizami Gəncəvinin əsərləri bütün yaş qrupları, o cümlədən uşaqlar üçün aktualdır. Məsələn, onun ən populyar əsərlərindən olan “Fitnə” əsəri istər uşaqların mənəvi-psixoloji inkişafında, istər gənc nəslin tərbiyəsində, istərsə də böyüklər üçün ibrətamizliyinə görə olduqca dəyərlidir. Belə süjetlər, belə əsərlər “Yeddi gözəl”lə yanaşı, digər poemalarda da öz əksini tapır.
- Qeyd etdiyiniz kimi, bu gün kitab oxunması əvvəlki dövrlərə nisbətən qənaətbəxş deyil. Ölkəmizdə klassiklərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, onların yaradıcılığı ilə bağlı geniş təbliğat işlərinin aparılması həm də gənclərin yenidən kitaba marağının artmasına hansı təsiri göstərə bilər?
- Cəmiyyətin inkişaf prosesinə bir sıra amillər təsir göstərir. Bu gün dünyanın “kiçilməsi” prosesi gedir. Əvvəlki dövrlərdə bizim üçün Avropa nə qədər uzaq idisə, bu gün artıq Avropaya getmək, gəlmək olduqca asanlaşıb. Təbii ki, gənclərimiz milli ədəbiyyatımız, milli fəlsəfi fikirlərimizlə yanaşı, Avropanın bizə verdiyi töhfələrlə də qidalanır. Amma biz Nizami Gəncəvinin əsərlərinin gənc nəslin arasında təbliğini qura bilsək, çox şeyə nail olarıq. Cənab Prezidentimiz bir dəfə çıxışında qeyd etdi ki, bizim tərbiyəmiz milli ənənələrə söykənməlidir. Bu, çox dəyərli və vacib bir məqamdır. Biz öz gələcəyimizin tərbiyəsində milli ənənələrə söykənməliyik. Milli ənənələrimizin ən bariz nümunələrindən biri isə Nizami Gəncəvi ədəbi irsidir. Bu irsin araşdırılması, tanıdılması vətənpərvər gələcəyimizin yetişməsinə də öz töhfəsini verəcək.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

