Partiyamız qarşıdan gələn parlament seçkilərində inamlı qələbə qazanacaq
07.02.2020 [09:49]
Yeni Azərbaycan Partiyasının (YAP) 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin şanslarını necə dəyərləndirirsiniz?
- İlk olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri cənab İlham Əliyevə yenidən mənim deputatlığa namizədliyimin irəli sürülməsinə görə təşəkkür edirəm. Bu, çox böyük etimaddır. Nəzərə alaq ki, parlament müstəvisində də islahatlar aparılır, yeni parlamet yeni tələblərə əsasən formalaşır. Çalışacam ki, bu tələblərə cavab verim.
Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin mütləq əksəriyyətini tanıyıram. Biz uzun müddət parlamentdə çalışmışıq. Onlar xalqa, Vətənə, dövlətə bağlıdır, ölkəmizin inkişafına dəstək vermək istəyən insanlardır. Hesab edirəm ki, bu seçim kifayət qədər düşünülüb və kifayət qədər böyük etimad göstərilib. Çalışacağıq ki, bu etimada layiq olaq.
Bu gün partiyamızın mövqeyi cəmiyyətdə çox güclüdür. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda, Azərbaycanda yüksək inkişaf gedir, ictimai-siyasi sabitlik təmin olunub. Bütün bunlar YAP hakimiyyətinin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Bizim fəaliyyətimiz də bu siyasətin tərkib hissəsidir. Ona görə də, düşünürəm ki, parlament seçkilərində YAP inamlı qələbə qazanacaq. Partiyamızın namizədləri cəmiyyətdə tanınan insanlardır, onların böyük əksəriyyətinin uğur qazanacağı şübhəsizdir.
YAP tərəfindən namizədliyimizin irəli sürülməsi həm də bizim üçün böyük məsuliyyətdir. Çünki biz nə fərdi qaydada, nə bitərəf kimi, nə də başqa partiyanın üzvü kimi seçkilərdə iştirak edirik. Seçkilərdə Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək çox məsuliyyətli və şərəflidir.
- Ötən beş il ərzində millət vəkili kimi seçicilərinizin qaldırdığı məsələlərə yanaşmanız necə olub? Onların problemlərinin həlli istiqamətində hansı addımlar atmısınız?
- Çalışmışam ki, Ağstafa rayonunun sosial-iqtisadi, mədəni inkişafında həmişə iştirak edim. Və bu gün Ağstafa dünəndən fərqlənən rayondur. Hər gün dəyişiklik baş verir. Vaxtilə rahat yol yox idi, indi var, əhalinin məşğulluq imkanları genişlənib, məhsuldar işləyən müəssisələr yaradılıb. Rayonda quruculuq işləri aparılır. Əhali də müasir dövrdə gedən prosesləri yaxşı anlayır.
Mənə müraciətlərin hamısını yerinə yetirməyə çalışmışam. Nə mümkünsə, etmişəm. Elə məsələlər var ki, həll etmək mümkün deyil, bəzi müraciətlərin həlli millət vəkilinin imkanı daxilində deyil.
Ötən müddət ərzində minlərlə seçicini qəbul etmişəm, onlarla görüşüb problemlərinin həllinə çalışmışam. Həmişə çalışmışam ki, yazılı və şifahi olmasından asılı olmayaraq, heç bir müraciətə laqeyd qalmayım. Elə müraciətlər olub ki, bir günə, bir aya həll etmək olmayıb. Amma bunu unutmamışam, nə zaman mümkün olubsa, o məsələyə qayıdıb həll etmişəm. Yəni millət vəkili olaraq mənim işlərimin birincisi insanların problemlərinə diqqətlə yanaşmaqdır. Ağstafada mənə səs verənlərin də, səs verməyənlərin də problemlərinə diqqətlə yanaşmağı özümə borc bilmişəm.
- Nizami müəllim, hazırda seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Seçicilərlə keçirdiyiniz görüşlərin mövzusunu daha çox hansı istiqamətdə qurursunuz?
- Ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə əzmlə fəaliyyət göstərir. Biz də daim çalışmalıyıq ki, bu işdə dövlətimizin başçısına dəstək olaq.
Neçə illərdir ki, Ağstafanın millət vəkiliyəm, seçicilər mənim fəaliyyətimi izləyir və ona bələddirlər. Mənim fəaliyyətim barədə onlarda kifayət qədər təsəvvürlər var. Seçicilərlə keçirdiyim görüşlərdə də güman etmirəm ki, hansısa ciddi siyasi-ideoloji məsələlərdən söhbət açmağa ehtiyac var. Çünki artıq əvvəlki illər deyil. Bütün məsələlər, proseslər hamının gözü qarşısında baş verir. Mən görürəm ki, dövlət quruculuğu ilə bağlı, yaxud böyük iqtisadi problemlərlə bağlı, ölkənin hansı xətlə inkişafı ilə bağlı elə də çox suallar verilmir. Çünki bu yöndə mükəmməl dövlət siyasəti həyata keçirilir.
- Ağstafa rayonunda quruculuq işləri hansı səviyyədədir? Millət vəkili seçilsəniz, rayonla bağlı hansısa planlarınız, təklifləriniz olacaqmı?
- Bu gün ölkədə gedən dəyişikliklər, xüsusilə icra orqanlarının qarşısında qoyulan dövlət tələbləri onların məsuliyyətini artırır. Bununla yanaşı, millət vəkili olaraq bizim də böyük məsuliyyətimiz var.
Mən uzun illərdir ki, Ağstafa rayonundan millət vəkiliyəm, seçki dairəsinin ərazisini yaxşı tanıyıram. Problemlər getdikcə azalır. Əvvəllər seçicilər problemlərlə bağlı müraciət edirdisə, indi elə müraciətlər yoxdur. İcra orqanları öz işini yaxşı görəndə deputatın respublika əhəmiyyətli sahələr, qanunvericiliklə bağlı işlər görmək imkanları daha çox olur.
Deyə bilərəm ki, son illər Ağstafadan olan müraciətlər daha çox təhsil, səhiyyə ilə bağlıdır. Yəni iş axtaranlar xeyli azdır. Rayonun özündə mövcud olan iş yerləri kifayət qədər çoxdur. Kim istəyirsə, işlə məşğul ola bilər, öz biznesini yarada bilər. Yəni rayon miqyasında kifayət qədər böyük imkanlar açılıb.
Bütün bunların fonunda yenə də hər gün dəyişikliklər gedir. Millət vəkili o ritmi hiss etməlidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf siyasəti həyata keçirilir. Bu siyasət Ağstafada da özünü əyani şəkildə göstərir.
- Nizami müəllim, son olaraq namizəd olduğunuz seçki dairəsinin seçicilərinə nə kimi çağırış edərdiniz?
- Seçicilərimə hansısa üstünlüklərim barədə danışa bilmərəm. Mən onları, onlar da məni yaxşı tanıyırlar. Həmişə çalışmışam ki, seçicilərimin ümidlərini doğruldam. Eyni zamanda, seçicilər də bilirlər ki, deputatın işi yalnız rayonda gedən proseslə bağlı deyil, ölkə miqyasında gedən proseslərlə, qanunvericilik işləri, ölkəmizin uğurlarını dünyada təbliğ etməklə, bir sözlə, dövlətimizin başçısının siyasətinə dəstək verməklə bağlıdır.
Bununla yanaşı, Ağstafa mənim doğulduğum yerdir, mən bu torpağa çox bağlıyam, onun cəmiyyətini çox yaxşı tanıyıram. Harda böyük uğurlarımz var onu bilirəm, harda da daha çox irəli getməyə borcluyuq, onu da təsəvvür edirəm.
Mən seçicilərə müraciət edirəm ki, fevralın 9-da seçki məntəqələrinə gəlib azad, demokratik qaydada öz mövqelərini bildirsinlər, layiq bildikləri namizədə səs versinlər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

