Ermənistanın səmimiyyətinə inanmaq olmaz
31.10.2009 [11:24]
“Türkiyə ilə Azərbaycan iki qardaş ölkə olaraq tarixin bütün sınaqlarından üzüağ çıxıblar. Düzdür, məlum Sürix protokolunun imzalanmasından sonra müəyyən narazılıqlar yaşandı. Lakin xalqlarımızın tarixin dərinliklərindən gələn dostluq və qardaşlıq münasibətləri bu narazılıqların da arxada qoyulmasına yardımçı oldu. Milliyyətçi Hərəkat Partiyası (MHP) olaraq bu qardaşlığın bundan sonra da dünya düzənində öz sözünü deyəcəyinə inanırıq”. Bunu qəzetimizə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin MHP-dən olan üzvü Dəniz Bölükbaşı deyib.
- Bakıya bu səfəriniz sizdə hansı təəssüratı yaratdı?
- Milliyyətçi Hərəkat Partiyasının millət vəkilləri olaraq bura gəlməyimizin səbəbi Azərbaycan tərəfinin narahatlığını bölüşdüyümüzü Bakıda qardaşlarımıza bəyan etməkdir. Azərbaycanın dərindən yaralandığını görürük. ölkənizdə böyük bir narahatlıq hissi var və biz bunu təbii qarşılayırıq. MHP olaraq bizim tələbimiz bundan ibarətdir ki, AKP iqtidarı, ümumiyyətlə, protokolların parlamentdə müzakirəsini dayandırmalıdır. Daha dəqiq desək, protokollar geri qaytarılmalıdır.
- ümumiyyətlə, Türkiyə-Ermənistan yaxınlaşması məsələsində ermənilərin səmimiyyətinə inanırsınızmı?
- Əsla. Ermənistanın səmimiyyətinə inanmaq olmaz. Bizim partiyamızın məsələ ilə bağlı mövqeyi bəllidir və mən hələ Türkiyədə olarkən Azərbayan KİV-nə açıqlamamda da bəyan etmişdim ki, Ermənistanla başlayan dialoq prosesi çox təhlükəlidir. çünki Ermənistanın Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Ermənistan bizim sərhədlərimizi tanımır, Türkiyənin şərq hissəsini “Qərbi Ermənistan” adlandırır, Ağrı dağını milli simvol kimi görür və beynəlxalq miqyasda Türkiyəyə qarşı qarayaxma kampaniyası aparır. Eyni zamanda, Ermənistan tərəfi bu günə kimi həmin addımlarının heç birindən imtina etməyib. Əksinə, ötən hər gün ərzində öz mövqeyini daha da sərtləşdirib. Həmin sərtləşmə özünü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində də göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Kişinyov görüşündə erməni tərəfi əvvəllər razılaşdırılmış məsələləri belə yenidən müzakirəyə çıxarmağa cəhd göstərib. Yəni, görünən odur ki, protokolların imzalanması nəinki ermənilərin işğalçılıq siyasətindən əl çəkməsinə yol açıb, əksinə, onları daha da azğınlaşdırıb. Bütün bunlardan sonra, xüsusilə də, işğal altındakı Azərbaycan torpaqları azad edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması yolverilməzdir. Düşünürük ki, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri, o cümlədən, hökumət bunu nəzərə alacaq və protokolların parlamentdən keçməsi qeyri-mümkün olacaq.
- Bəzən bu cür fikirlər səslənir ki, guya bu protokolların imzalanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması ermənilərin Türkiyəyə qarşı qondarma “soyqırımı” iddialarından əl çəkməsinə səbəb olacaq. Siz buna inanırsınızmı və ümumiyyətlə, sərhədlərin açılacağı təqdirdə, qondarma “erməni soyqırımı” ilə bağlı xaricdən edilən təzyiqlərin aradan qalxacağı nə qədər real görünür?
- Mən Xarici İşlər Nazirliyində baş hüquq müşaviri olmuşam. Ermənilərin yəhudilərin İsveçrədəki qızılları və mal-mülkləri ilə bağlı qaldırdıqları məhkəmə iddiasının eynisini Türkiyəyə qarşı tətbiq etmək istədiklərindən və bu yolla getdiklərindən xəbərim var. Yəni, bunu demək istəyirəm ki, ermənilərin bizə qarşı əsassız iddialarından əl çəkəcəklərini düşünmək sadəlövhlük olardı. Eyni zamanda, onların xaricdəki havadarlarının da bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadədən əl çəkəcəkləri inandırıcı görünmür.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

