Azərbaycan düzgün strategiya nəticəsində böyük uğurlara nail olub
01.11.2017 [10:19]
Milli Məclisin deputatı Elşən Musayev www.yap.org.az saytına müsahibə verib:
- Elşən müəllim, son vaxtlar müəyyən beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı yenə də qərəzli kampaniyalar aparılır. Sizcə, bu kampaniyaların kökündə hansı amillər dayanır?
- Ən böyük amil Azərbaycan iqtidarının yürütdüyü uğurlu, müstəqil siyasət və Azərbaycan Prezidentinin bütün məsələlərdə, aspektlərdə sərgilədiyi qətiyyətli mövqedir. O siyasət, o mövqe ki, heç bir kənar şərtləri, müdaxiləni, hansısa ölkənin diktəsini özündə ehtiva eləmir. Üstəlik, qarşıdan prezident seçkiləri gəlir. Təbii, anti-Azərbaycan qüvvələr, müəyyən şəbəkələr bir şəkildə ürək bulandırmağa çalışacaqlar. Çünki Azərbaycanı sevməyən məlum qüvvələrin ölkə daxilində də məlum şəbəkəsi var. Biz onlara “5-ci kolon” deyirik. Həmin buqələmunlar, xalq düşmənləri müxtəlif formatlarda donoslar, anonimlər, yalan informasiyalar hazırlayaraq xaricə ötürürlər. Amma çifayda. İllərdir effekt vermir. Verməyəcək də. Çünki haqsızdırlar, ədalətsizdirlər, mübarizəni kişi kimi aparmırlar. Təsəvvür edin, erməni lobbisi və bu ələkçilərə qıl verənlər ən mötəbər qurumlara qədər sızıblar. Avropa Şurası nəhənglikdə qurum bir cinayətkara görə öz nüfuzunu necə zərbə altında qoyub və Azərbaycan hakimiyyəti ilə tələb formasında danışır, əleyhimizə qətnamələr qəbul etdirir. Halbuki, həmin cinayətkar bu ölkədə ən sanbalsız siyasətçinin belə qarşısına çıxacaq biri deyil. Sadəcə, Azərbaycan hüquqi dövlətdir. Cinayəti törədən üçünsə cəza nəzərdə tutulub. Hamının üzərinə siyasi damğa vurmaq olmaz. Avropanın təklif elədiyi odur ki, hüquqi nihilizm tətbiq edin. Yəni sizdə hüquq işləməsin. Bizsə deyirik, gedin işinizlə məşğul olun, bizim daxili işlərimizə qarışmayın. Bir insanı bu cür müdafiə edəcəyinizə, gedin 1 milyon qaçqının taleyini həll edin, erməniyə yerini göstərin, dünyada ədalətin bərpasına çalışın. Amma görünən budur ki, Avropanın və oradakı bəzi şəxslərin fərdi marağı qlobal maraqlardan daha üstündür.
- Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü ilə təxminən eyni vaxtda ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirdi. Bu dinləmələrin keçirilməsində məqsəd nədir?
- Bu dinləmələr periodik xarakterlidir və erməni mövqeyini ifadə edən bir təzahüratdır. Bir əlavəni də edim ki, adının əvvəlində iri hərfli ABŞ sözu olsa da, Helsinki Komissiyası əslində ermənilərin və ermənipərəstlərin toplandığı qurumdur. Bir Komissiyanın ki əsas fiquru Kristofer Smit ola, orada ədalətdən danışmağa, dəm vurmağa dəyərmi? Adam saxta “erməni soyqırımı”nın ən böyük təəssübkeşlərindən, dəstəkçilərindəndir, bütün varlığı ilə türkə, türk kökənlilərə nifrət edir, Amerikada Erməni Milli Komitəsinin radikal rəhbəri Aram Hamparyanla dostluq münasibətindədir. Beləsindən orijinal, mərkəzçi, obyektiv fikir gözləmək olarmı? Yox, təbii. Amma məni bir Azərbaycan vətəndaşı olaraq bundan daha çox üzən məsələ var. Söhbət sapı özümüzdən olan baltalardan gedir. Parlamentin iclasında da bu haqda danışdım. Çox acınacaqlı bir mövzudur. Ölkəmizdə özünü radikal müxalifət adlandıran kəsimin rəhbəri özünə bənzəyən övladını Helsinki Komissiyasının bütün dinləmələrində Azərbaycana qarşı danışdırır, erməni tərəfin mövqeyini müdafiə elətdirir, həmin Smitin düz yanında əyləşdirir. Mübarizəni ilk öncə belələri ilə aparmaq lazımdır. Ümumilikdə Helsinki Komissiyasının məqsədlərinə gəlincə isə, bu, ilk öncə erməni lobbisinin fəaliyyətini stimullaşdırmaq, eyni zamanda, Dağlıq Qarabağla bağlı zaman manevri etmək niyyətini güdür. Hər zaman olduğu kimi.
- Prezidentlərin görüşündən sonra Ermənistan tərəfinin verdiyi bəyanatlara da münasibətinizi bilmək istərdik...
- Erməni tərəf panikadadır. Özləri də anlayır ki, zaman yetişib. Düzdür, Sarkisyan bunu yorğunluq aspektində dəyərləndirməyə çalışdı, amma hətta bu deyilişdə də bir özünüifşa var idi. Artıq gerçəkdən müzakirə olunası bir şey qalmayıb. Torpaqlar qayıtmalıdır və Sarkisyanın etirafı, əslində, nökəri olduğu dövlətə ismarıc idi ki, imkan verin bu zillətdən qurtulaq, Azərbaycan onsuz da enində-sonunda öz halal haqqına qovuşacaq. Başqa variant yoxdur.
- Bu gün Azərbaycanın daxili və xarici siyasət kursu müstəqillik prinsipinə əsaslanır. Azərbaycan müstəqil dövlət kimi dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bu barədə fikirlərinizi bilmək istərdik. Dünyadakı iqtisadi böhran şəraitində Azərbaycanın qazandığı uğurların önəmi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan düzgün strategiya ilə getdiyi üçün uğurlara nail olub. Bu uğurların memarı isə Ulu öndərimiz Heydər Əliyevdir. Onun ideyaları, bizlərə miras qoyduğu Azərbaycançılıq yolu nə qədər layiqli formada davam edəcəksə, inkişaf da bir o qədər davamlı olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin qarantıdır, həm də ən yüksək səviyyədə qarantıdır. Bəzi ölkələrin prezidentləri var ki, öz şəxsi maraqları üçün həmin “qarant” anlayışını sözdən, şablondan o yana keçirmirlər. Amma bizim Prezident milli maraqlar üçün, Öz vətəndaşının haqqı üçün, sözün gerçək anlamında, qətiyyətlə, mərdliklə mübarizə aparan bir liderdir. Onu sona qədər qorumalıyıq ki, O da Azərbaycanımızı hər zamankı kimi qoruya bilsin. Ölkəmiz, doğma Azərbaycanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

