Azərbaycan iqtisadiyyatının bütün sahələrində inkişaf templəri daha da artacaq
19.04.2017 [09:59]
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə www.yap.org.az saytına müsahibə verib:
- Kamran müəllim, 2017-ci ilin birinci rübünün yekunları cəmiyyətimizdə geniş müzakirə olunmaqdadır. Bu nəticələr haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında qeyd olunan iqtisadiyyat sahəsində cari nəticələr və bu sahədə gələcək prioritetlərə nəzər yetirmək çox vacibdir.
Sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Kənd təsərrüfatının inkişafı bir sıra səbəblərdən çox vacibdir. Bu sahəyə sərmayələrin yönəlməsi, sahibkarlara vergi imtiyazlarının verilməsi, istifadəsiz əkin torpaqlarının səmərəli istifadəsi kənd sakinlərinin kütləvi şəkildə əmək fəaliyyətinə cəlb olunması, işsizliyin aradan qaldırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi məqsədləri təmin edir. Və bu prosesin müsbət nəticələrini biz artıq müşahidə edirik. Sənaye potensialı da güclənir, artıq bir necə sənaye parkı fəaliyyət göstərir və bu parkların nəzdində bir çox yeni və müasir istehsal tələblərinə cavab verən zavod və istehsalat sahələri açılıb. Bu, yeni iş yerlərinin açılması ilə bərabər, xarici idxalı əvəzləşdirmək, Azərbaycanda istehsal olunan məhsullardan istifadə edərək digər hazır məhsulların istehsalını yaratmaq və rəqabətli mallarla Azərbaycanın ixrac potensialını genişləndirməklə xarici valyutanın ölkəyə axınını təmin etmək deməkdir.
- İnşaat sektorunun inkişafı da gündəmdə olan əsas məsələlərdən biridir. Sizcə, bu yöndə nə kimi addımlar atılır?
- Əlbəttə ki, mühüm və inkişafa ehtiyacı olan sahələrdən biri inşaat sektorudur. Çünki məhz bu sahə əmək resurslarını iri həcmdə fəaliyyətə cəlb edir, öz inkişafı ilə bərabər bir çox yanaşı sahələrin artımına səbəb olur. Keçən il inşaat sektoruna yönələn sərmayələr əvvəlki illərə nisbətdə 20-30% aşağı düşmüşdür və bu sahədə də operativ şəkildə atılan addımlar öz bəhrəsini verdi. Bu addımlardan ilk öncə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını qeyd etmək lazımdır. 2016-cı ilin axırında təsdiq edilən Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində ölkə vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı təbəqələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi bu Agentliyin əsas hədəfləri kimi göstərilmişdir. Və tam əminliklə demək olar ki, bu hədəflər artıq realizə olunur, iki irimiqyaslı layihə Agentlik tərəfindən icra olunur, tikinti işləri başlayıb. Digər bir addım qəzalı vəziyyətdə olan binaların söküntüsü və bu evlərin yerində gözəl memarlıq üslubunda layihələndirilən hündürmərtəbəli evlərin inşası proqramıdır. Bu proqram çərçivəsində artıq inşaat sektoruna əlavə sərmayə axını müşahidə olunur, 75 yeni binanın layihəsi hazırlanıb və tikinti işlərinə start verilib. Bu proqrama qatılan sahibkarlar gəlir əldə etmək imkanına nail olacaqlar ki, bu da gələcəkdə ümumi daxili sərmayələrin həcmini artıracaq. Ölkə başçısı qeyd edib ki, nəticədə bu layihənin icrası Bakı şəhərinin simasını gözəlləşdirəcək, yararsız və qəzalı halda olan binaların sakinləri yeni təmir olunmuş evlərlə təmin olunacaqlar, yeni iş yerləri açılır. Bu addımlar ümumilikdə inşaat sektorunun dirçəlməsinə və gələcək inkişafına səbəb olacaq.
- Hazırda ölkəmizdə turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Görülən işlər perspektiv üçün nə vəd edir?
- Turizm sahəsində də biz artıq keçən il atılan yeniliklərin bəhrəsinin şahidiyik. Bu sahənin inkişafı üçün Azərbaycanda hər bir şərait var idi. Yəni yol, nəqliyyat, mehmanxana və digər infrastruktur imkanlar mövcud idi, yalnız turistlərin Azərbaycana axını istənilən səviyyədə deyildi. Ölkə başçısının bu sahəni şəxsi nəzarətinə götürməsindən sonra irəliləyiş baş verdi. Belə ki, “ASAN viza” sisteminin yaradılması ilə viza prosedurları sadələşdi, elektron viza sistemi tətbiq olundu. Nəticədə ölkəyə gələn xarici turistlərin sayı artıb və artmaqda davam edir. Bu həm bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirlərinin, həm də ölkə büdcəsinə əlavə daxilolmaların artmasına gətirdi.
- Kamran müəllim, Azərbaycanın gələcək inkişafı üçün dövlət tərəfindən zəruri islahatlar həyata keçirilir. Bu islahatlar sosial-iqtisadi nailiyyətlərin davamlı olmasını nə dərəcədə şərtləndirir?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində iqtisadiyyatın bir sıra başqa sahələrində də əldə olunmuş nailiyyətlər qeyd olundu: ixrac potensialının artması və valyuta ehtiyatlarının qorunması, vergi və gömrük sistemində tətbiq olunan sistemli dəyişikliklər nəticəsində sahibkarlıq aktivliyinin artması, nəqliyyat sektorunda icra olunan yeni layihələr. Bu inkişafın davamlı və dayanıqlı olmasının vacibliyi ölkə başçısı tərəfindən xüsusilə vurğulandı.
Mən əminəm ki, ötən illərdə aparılan islahatların və iqtisadiyyatın restrukturizasiyası nəticəsində Azərbaycanın iqtisadiyyatının bütün sahələrində inkişaf templəri bundan sonra daha da artacaq. Bu da dövlətimizin ənənəvi olaraq sosialyönümlü siyasətini gücləndirərək, insanların rifahının artmasına gətirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11

